2.19. Standart prosedur və funksiyalar Standart prosedur və funksiyalar avtomatik qoşulan System moduluna
aiddir Tətbiq olunma sahələrinə görə onları aşağıdakı kimi təsnifləşdirmək olar:
1.
İdarəetmə prosedurları
2.
Dinamik paylanma prosedurları
3.
Çevirmə funksiyaları
4.
Hesabi funksiyalar
5.
Sıra prosedurları və funksiyaları
6.
Sətir prosedurları və funksiyaları
7.
Digər prosedur və funksiyalar
Aşağıdakı cədvəllərdə hər bir təsnifat qrupuna uyğun standart prosedur və
funksiyaların siayhısı verilmişdir.
İdarəetmə prosedurları. Prosedurlar Yerinə yetirdiyi əməliyyat Continue
Dövr operatorunda idarəni dövrün sonuna
ötürür.
Exit
Cari proqramdan avtomatik çıxışı təmin edir.
Halt(ExitCode:Word):Word
Proqramın yerinə yetirilməsini dayandırır
məcburi olmayan ExitCode:parametri
proqramın dayanma kodunu müəyyən edir.
Break
Dövr operatorundan vaxtından əvvəl çıxışı
təmin edir.