http://www.amu.edu.az
15 aprel 2015-ci il
Mən 1993-cü ildə Füzuli
rayonundan
məcburi
qaçqın
kimi Səbail rayonunun Bayıl
qəsəbəsində məskunlaşmışam.
Qaçqınlıq həyatının acı anları-
nı yaşamaqdan dərin sarsıntılar
keçirdıyimdən baş-beyin zədəsi
almışdım. O zaman Azərbaycan
Tibb Universitetində çalışan yaxın
qohumum mərhum Hacı Həsən
Quliyevin vasitəsilə Bakı şəhər
1 saylı xəstəxanasında çalışan
dosent Fəridə Abbasova məni
müayinə etdikdən, əsəb sarsıntı-
sı keçirdiyimi müəyyən etdikdən
sonra müalicəyə başladı. Həmin
illər ölkəmizdə mövcud olan ağır
durum özünü səhiyyə sahəsində
də göstərmişdi. Palatalar bərbad
vəziyyətdə idi. Adi elektrik, qız-
dırıcı xətləri yox dərəcəsində
idi. Çarpayılar köhnəlib sıradan
çıxmışdı. Hətta bir otaqda 5-6
həkim çalışırdı. Fəridə xanım
gah təcrübə keçən tələbələrlə
məşğul olur, gah da qəbuluna
gələn xəstələrə tibbi yardım
göstərirdi. Burada müalicə aldı-
ğım müddətdə müşahidə etdim
ki, xəstələrin çoxu onun yanına
gəlir. O, işinin çox olmasına bax-
mayaraq, müraciət edən hər bir
xəstəyə ayrıca vaxt ayırırdı. Hətta
o, biləndə ki, məcburi köçkünəm,
evindən yemək də gətirirdi.
Uzun müddət burada müalicə
aldığım zaman bir gün böyrək
çatışmazlığım oldu. Fəridə xa-
nımın məsləhəti ilə tibb elmləri
namizədi, əməkdar həkim Sultan
həkimin yanına getdim. O, məni
dinləyəndən sonra məsləhət ver-
di, dərman yazdı.
Həmin gündən çox vaxt ke-
çib. O ağrılardan əsər-əlamət
qalmayıb. Sultan həkimin xeyr-
xahlığını hələ də unutmamışam.
Bu illər ərzində o bir sıra məsul
vəzifələrdə çalışıb. Bu yaxınlar-
da eşitdim ki, Sultan həkim Bakı
şəhər 1 saylı Klinik Xəstəxanasına
baş həkim təyin edilib. Getdim
ki, təbrik edəm. Aradan uzun
müddət keçməsinə baxmayaraq
məni tanıdı, səhhətimlə maraq-
landı, yenə də özünəməxsus
dəyərli məsləhətlərini verdi.
Dostları ilə paylaş: