Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı


Arıqlamaq üçün süd məhsullarından



Yüklə 11,62 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix26.12.2016
ölçüsü11,62 Mb.
#3520
1   ...   25   26   27   28   29   30   31   32   33
Arıqlamaq üçün süd məhsullarından 

necə istifadə etməli?



 



Ağlarot fəsiləsindən 

olan xına tropik 

ölkələrdə təbii və 

mədəni şəraitdə bitən çoxillik 

həmşəyaşıl bitkidir. Xına boyaq, 

bəzək və müalicə bitkisi kimi çox 

qədimdən məlumdur

Hündürlüyü 1,5-2 bəzən isə 7 

metrə çatan xına bitkisi 20-30 

il yaşayır. Bitkinin birinci ildə 

verdiyi məhsul daha keyfiyyətli 

olur. İsti iqlim şəraitində xına 

bitkisi kol və ağac şəklində, 

mülayim iqlim şəraitində isə 

ot şəklində bitir. Çiçəklərinin 

rənginə görə xına ağ çiçəkli və 

qırmızı çicəklidir. Çiçəkləri qı-

zılgül kimi ətirlidir, noxud boyda 

yumru meyvə gətirir və toxum 

bu meyvələrdən alınır. Ucu 

iti, yumurtavari yarpaqlarının 

uzunluğu 3-5 santimetr, eni 1,5-2 

santimetrə çatır.

Təbii şəraitdə xına Şimali Afri-

kanın, Ərəbistanın, Livanın, Pa-

kistanın, İranın, Yəmənin, Soma-

linin, Şri-Lankanın, Hindistanın, 

Yaponiyanın, Floridanın, Kali-

forniyanın tropik və subtropik 

iqlimə malik olan dağ ətəklərində 

bitir. Aparılan təcrübələr göstərir 

ki, Azərbaycanda (Abşeron, 

Şirvan, Naxçıvan zonala-

rında) və Cənub-Şərqi 

Türkmənistanda, həmçinin 

Qara dəniz sahillərində 

geniş becərilə bilir. 

Alimlərimizdən əczaçılıq 

elmləri doktoru R.K. Əliyev 

xınanın bütün hissələrini, 

o cümlədən rəngləyici 

maddələrini təmiz kris-

tal şəklində alaraq klinik 

sınaqdan keçirmiş və 

müəyyən etmişdir ki, xınadakı 

rəngləyici maddələr qüvvətli 

antiseptik xassəyə malikdir. Apa-

rılan kimyəvi analizlər göstərir 

ki, xına tozunda müxtəlif yağlar, 

sellüloz, azot, kül, pantizon, 

kitrə, antraqlikozidlər, rəngləyici 

maddələr, tannin maddələri, xlo-

rofil, S və K vitaminləri vardır.

Ekstraksiya yolu ilə xına-

dan alınan xlorofilli maddədən 

ekzemanın və irinli yaraların 

mualicəsində geniş istifadə 

olunur. Rəngləyici kristalın 

suda 1 % -li, spirtdə isə 5 %-li 

məhlulundan irinli yaraların, 

xüsusilə follikulit xəstəliyinin 

müalicəsində istifadə olunur. 

Yaranın ətrafına və üstünə həmin 

məhluldan sürtdükdə 3-4 gündən 

sonra yara tamamilə sağalır. 

Şərq təbabətində xına tozundan 

sulu yaraları qurutmaq üçün 

səpmə dərmanı şəklində, sarılıq 

xəstəliyinin müalicəsində, mədə 

pozğunluğunda, qızılçada, göz 

xəstəliklərində, podaqraya qarşı 

dərman kimi istifadə olunur.

Hindistanda isə ciyər, dalaq, 

revmatizm, cüzam və çətin 

müalicə olunan dəri xəstəliklərini 

xına ilə müalicə edirlər. Xına 

boyaq, bəzək məqsədi ilə 

də istifadə edilən ən qədim 

bitkilərdəndir. Saçın, saqqalın 

boyanmasında, əl-ayaq dırnaqla-

rının bərkiməsində xına sınanmış 

bitkidir. Xınanın çicəklərindən 

müxtəlif ətirlər alınır. Xınalı 

sabundan və şampundan istifadə 

etdikdə saç parlaq şabalıdı rəngə 

çalır.



Yüklə 11,62 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin