"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix26.12.2016
ölçüsü0,61 Mb.
#3543
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
15.

 

Ali attestasiya komissiyasında dissertasiyalara baxılması 

 

 

Dissertasiya  şuralarının  işinə  və  dissertasiyaların  müəyyən  edilmiş  tələblərə  uyğunluğu 



üzərində  nəzarətin  və  attestasiyaların  həyata  keçirilməsi  ilə  bağlı  Komissiyanın  rəyasət 

heyətinə  və  kollegiyasına  təklif  və  tövsiyələr  vermək  üçün  Komissiyanın  nəzdində  

ekspert şuraları yaradılır. 

Komissiyanın  kollegiyasının  qərarına  əsasən  ekspert  şurasının  iclaslarına  iddiaçılar, 

dissertasiya  şuralarının  sədrləri,  opponentlər,  elmi  rəhbərlər  və  elmi  məsləhətçilər, 

həmçinin apancı təşkilatın nümayəndələri dəvət edilə bilərlər. 




15 

 

Dəvət  olunmuş  iddiaçı  üzürsüz  səbəbə  görə  bir  il  müddətində  ekspert  şurasının  iclasına 



gəlmədikdə  Komissiya  dissertasiya  işinin  ekspertizasını  dayandırır  və  onu  müdafiənin 

keçirildiyi dissertasiya şurasına geri göndərir. 

İddiaçının  attestasiya  işinin  bütün  materialları  ilə  tanış  olmaq  hüququ  vardır. 

Komissiyanın  ekspert  şurasının  qərarının  surəti  iddiaçının  xahişi  ilə  bir  ay  müddətində  

ona verilir. 

 

Komissiyada  fəlsəfə  doktoru  elmi  dərəcənin  verilməsi  üçün  təqdim  olunan  dissertasiya  və 



attestasiya işlərinə baxılma müddəti isə dörd aydan çox olmamalıdır. 

Dissertasiyanın  ekspertizasının  keçirilməsi  üçün  daha  uzun  müddət  tələb  olunduğu 

hallarda  müddətin  uzadılması  məsələsi  Komissiyanın  kollegiyası  tərəfindən 

əsaslandırılaraq həll edilir. 

 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin