Kəskin babasil zamanı. 4 q yaxĢı yuyulmuĢ gicitkən yarpağı ilə murdarça qabığını 1 litr
qaynar suya töküb od üzərinə qoyun. 15-20 dəqiqə qaynatdıqdan sonra soyudub süzün. Aldığınız
cövhərdən 1 stəkan səhər tezdən acqarına, axĢamlar isə yeməkdən qabaq qəbul edin.
Damar ağrılarında. 1 xörək qaĢığı quru doğranmıĢ kök hissəsini 0,5 stəkan günəbaxan
yağının üzərinə töküb 30 dəqiqə qaynadın, sonra süzüb ağrıyan nahiyəyə sürtün.
Podaqra tutmalarında (oynaq xəstəliklərində). 20 q quru doğranmıĢ yarpağından götürüb 1
stəkan qaynar suya tökün. 30 dəqiqə dəmlədikdən sonra süzüb, 0,5 stəkan miqdarında gündə 3-4
dəfə qəbul edin. Bu xəstəlik zamanı gicitkən Ģirəsindən də istifadə etmək olar.
İflic zamanı. 5 q quru doğranmıĢ yarpağı 1 stəkan qaynar suya töküb 15-20 dəqiqə
dəmləyin. Aldığınız cövhərdən gündə 3 dəfə, 1 xörək qaĢığı qəbul edin.