Damar ağrılarında istifadə olunan bağambürc mazının hazırlanması. 3 hissə xırda
doğranmıĢ bağambürc və 2 hissə təzə donuz piyindən götürüb 1,5 saat biĢirib süzün. Sonra üzərinə
30 q mum və 8 q kamfora əlavə edib (qaynatmadan) qızdırın Hər gün səhər və axĢam xəstə
nahiyəyə sürtün.
Müalicə məqsədləri üçün istifadə ancaq meyvəli ağacların üzərində olan bağambürcdən
istifadə etmək məsləhət görülür. Ġynəyarpaqlı və qovaq ağacları içərisindəki bağambürc tibbi
nöqteyi-nəzərincə əhəmiyyətli deyildir. Dərman məqsədləri üçün bağambürc ancaq payızın
sonunda, günəĢ batmaq üzrə olanda toplanmalıdır. Xammal açıq havada qurudulur.