QIRXBUĞUM – Polygonaceae Juss. fəsiləsi Subibəri – Polygonıım hydropiper L.
Qırxbuğum cinsinin dünya florasının tərkibində 300-ə qədər növü yayılmıĢdır. Yer kürəsinin
hər yerində rast gəlmək olar. Qafqazda 40, o cümlədən Azərbaycan florasının tərkibində 27-yə
qədər növü məlumdur.
Subibəri – P. hydropiper L. çox da hündür olmayan birillik ot bitkisidir. Çiçəkləri xırda
yaĢılımtıl, bəzən çəhrayı rəngdə olub, salxımvari çiçək qrupunda toplanmıĢdır. Bu ən çox nəmli
çəmənliklərdə, kanal və arxların kənarlarında yayılmıĢdır. Yarpaq və zoğları bibər kimi yandırıcı
tama malikdir.
Subibəri Azərbaycanda Böyük Qafqazın Ģərq və qərb zonalarında, Kür düzənliyində, Kiçik
Qafqazın mərkəzi və cənub ərazilərində, Lənkəranın düzən və dağlıq hissələrində yayılmıĢdır.
Bundan baĢqa bitkiyə bataqlıqlarda, çay və göllərin kənarlarında, xüsusən dağlıq zonalarda da çox
rast gəlinir.
Otunun tərkibində 2,0-2,5% flavonoid törəmələri – ramnazin (C
17
H
14
O
7
), onun sulfo efirinin
kalium duzu (C
17
H
13
O
7
SO
3
K), izoramnetinin sulfo efirinin kalium duzu (C
15
H
11
O
7
SO
3
K), rutin
(C
27
H
30
O
16
), kversetin (C
21
H
20
O
11
), hiperozid (C
21
H
20
O
12
) və kempferol aĢkar edilmiĢdir. Bundan
baĢqa 3,8%-ə qədər aĢı maddəsi, efir yağı, qarıĢqa və sirkə turĢusu tapılmıĢdır. Su bibərinin
qankəsici xüsusiyyətlərini ilk dəfə 1912-ci ildə N.P.Kazanov aĢkar etmiĢdir.
Subibərinin cövhər və dəmləmələrindən dünyanın bir sıra xalqları revmatizmdə, müxtəlif
növ qanaxmaların kəsilməsində, sidiyə gedə bilmədikdə, cinsiyyət yolları xəstəliklərinin
müalicəsində geniĢ istifadə edirlər.
Subibərindən hazırlanan antiseptik preparatlar soyuqdəyməyə qarĢı, yarasağaldıcı,
qankəsici, büzüĢdürücü, sidikqovucu, ağrıkəsici vasitə kimi iĢldəilir.