Stomatit, gingivit zamanı. 1 xörək qaĢığı doğranmıĢ otundan götürüb termosa töküb üzərinə
0,5 litr qaynar su əlavə edin. 1 saat saxlayıb süzün. Aldığınız dəmləmədən ağzınızı tez-tez
yaxaylayın.
Diqqət! Subibərindən hazırlanan preparatlardan qanı qatı olanlar və yaxud tromba meylli
xəstələr, eləcədə böyrək və sidik yollarında soyuqlaması olan xəstələrin qəbul etmələri məsləhət
görülmür.
TƏRƏÇĠÇƏKLĠLƏR – Chenopodiaceae Vent. fəsiləsi Çuğundıır – Beta vulgaris L.
Kimdən soruĢsanız ―çuğundur nədir?‖ cavab verəcəklər ki, çuğundur ləzzətli borĢ, vineqret,
əla növ vitaminli salat, isti bürkülü günlərdə insanda təravətləndirici, sərinləĢdirici və
gümrahlaĢdırıcı təsir oyadan kvas və s. deməkdir. Çuğundur aktiv maddələrlə zəngin qiymətli nadir
bitki hesab edilir. Az tərəvəz bitkisi tapılar ki, çuğundur kimi tərkibindəki insan sağlamlıgı üçün
böyük əhəmiyyət kəsb edən faydalı maddələrini yaza qədər saxlasm. Çuğundıır həmçinin sınaqdan
çıxınıĢ loğman bitki adlanır. Ġbn Sina öz əsərlərində qeyd edir ki, qədim romalılar, yunanlar
çuğundur Ģirəsi ilə qanazlığını, qıcqırmanı müalicə edərmiĢlər. Müntəzəm surətdə çugundurdan
istifadə edən insanlar heç vaxt qan dövranlarından Ģikayət etməzmiĢlər. Çuğundurun
kökmeyvələrində, gövdə və yarpaqlarının tərkibində çoxlu miqdarda Ģəkər,
alma, quzuqulağı turĢusu, C, B
1
B
2
, PP vitaminləri, həmçinin yod, dəmir,
natrium, manqan, kalium və s. maddələr aĢkar edilmiĢdir. Bitkinin gövdə və
yarpaqlarının tərkibindən çoxlu miqdarda askorbin və foli turĢuları, nadir
mikroelementlərdən mis, kobalt, litium və s. aĢkar edilmiĢdir ki, bu tip
elementlərin sayəsində orqanizmə xarici mühit tərəfindən daxil olan
radioaktiv və rentgen Ģüalarını neytrallaĢdrılır. Çuğundur fəal surətdə həzmi
normallaĢdırır. Hələ qədim zamanlarda bir sıra həkimlər arıq və xəstə olan
uĢaqlara biĢirilmiĢ çuğundurun üzərinə zəncətil tozu səpib verirdilər ki, onların iĢtahları artsın və
çox qida qəbul etsinlər. Həkiınlər qəbizlik, piylənmə, hipertoniya, qara ciyər və böyrək xəstəliyi
olan xəstələrə məsləhət görürlər ki, həmiĢə qidalarına çuğundur qatsınlar. Qanı az olan insanlar
cuğundur Ģirəsini, kök və turpdan alınan Ģirələrlə qarıĢdırıb qəbul etdikdə qan dövranı yaxĢılaĢır və
hemoqlobinin miqdarı artmağa baĢlayır. Çuğundurun tərkibində çoxlu miqdar yod olduğundan
ondan yaĢlı və halsız qocaların qəbul etmələri məsləhət görülür. Çuğundur yaĢlı insanların beyin
qan dövranını yaxĢılaĢdırır, aterosklerozun və qan təzyiqinin aĢağı düĢməsinə səbəb olur.