Bəzək qərənfili (“Allah çiçəyi”) – Dianthus calocephalus Boiss.
Dianthus yunan sözü dios – allah, anthos – çiçək mənasını daĢıyır.
Dünya florasının tərkibində qərənfil cinsinin 300-dən artıq növü yayılmıĢdır. Bunlardan
Qafqazda 40, o cümlədən Azərbaycanda 26 növünə təsadüf edilir. Bunlardan 3 növü mədəni halda
becərilir. Qərənfil cinsinin növləri baĢlıca olaraq Avropa ölkələrinin ərazilərində,
Asiyanın d
ağlıq sahələrində tropik zonalarda çox yayılmıĢdır.
Qərənfil növlərinin əksəriyyəti bəzək, dərman, boyaq təbiətli bitkilər
hesab edilir.
Xalq təbabətində qərənfil cinsinin bir neçə növündən müxtəlif
xəstəliklərin müalicəsində istifadə edilir. Bunlardan biri də bəzək qərənfili -
Dianthus calocephalıts Boiss.- dir. Bu hündürlüyü 20 (60-66) sm-ə qədər olan
çoxillik ot bitkisidir. Yarpaqları oturaq, çiçəkləri hamaĢçiçəkdən ibarətdir.
Bəzək qərənfillərinə Azərbaycanda Naxçıvan MR-in dağlıq rayonlarında, Kiçik Qafqazın
cənub ərazilərində təsadüf etmək olar. Bunlardan baĢqa bitkiyə çəmənliklərdə, qayalıqlarda və
subalp çəmənliklərində də rast gəlmək olar. Rəvayətə görə bəzək qərənfıli «Zevsin çiçəyi», «Allah
çiçəyi» hesab edilir.
Dərman xammalı kimi bitkinin otundan (gövdə, yarpaq və çiçəklərindən)
istif
adə edilir. Otunun tərkibində 13,6% C vitamini, saponin, xüsusilə də
çiçəklərində, otunun tərkibində alkaloidlərin izləri, qlikozidlər, triterpen
saponinlər, flavonoid birləĢmələri və kumarinlər aĢkar edilmiĢdir.
Müalicə məqsədləri üçün bitki çiçək açan zaman onun yaĢıl hissəsi toplanıb
istifadə edilir.
Qərənfildən hazırlanan preparatlar vasitəsilə soyuqdəymə, mikrob
əleyhinə, qankəsici, yarasağaldıcı, ağrıkəsici vasitə kimi və uĢaqlığın
tonusunun artırılmasında istifadə edilir.