Həqiqi fikariya – Ficaria ficarioides (Bory et Chaub.) Halacsy
Bitkinin dünya florasının tərkibində 5-6 növü yayılmıĢdır. Cinsin növlərinin əksəriyyəti
Aralıq dənizi ölkələrinin ərazisində təsadüf edilir. Qafqazda fikariya cinsinin 4, o cümlədən
Azərbaycanda 3 növünə təsadüf etmək olar.
Bunlardan müalicə məqsədləri ücün ən maraqlısı həqiqi fıkariya –
F. ficarioideshesab edilir. Həqiqi fikariya çoxillik ot bitkisi olub, 4-10
sm hündürlüyündə, iri dəstə formalı uzunsov iri kökyumrusuna malikdir.
Gövdəsi qısa, yarpaqları düz formalıdır. Kökətrafı yarpaqları yumurtavarı
və yaxud yumurtavarı-dairəvidir. Ləçəklərinin sayı 7-9 ədəd olub sarı
rəngdədir.
Həqiqi fıkariya Azərbaycanda Böyük Qafqazın Quba ərazisinin
qərb zonalarında, Kiçik Qafqazın mərkəz hissəsində, Naxçıvan MR-in
dağlıq zonalarında yayılmıĢdır. Bundan baĢqa bitkiyə alp zonasının qar
əriyən yamaclarında, daĢlar arasında təsadüf etmək olar.
Kimyəvi tərkibi öyrənilməmiĢdir.
Müalicə məqsədləri ücün bitkinin kök hissəsini çiçək açıb
qurtardıqdan sonra. yarpaqlarını isə çiçək açan zaman toplamaq məsləhətdir. Fikariyanın çiçəyi
solduqdan sonra bitkidən dərman məqsədləri üçün istifadə etmək məsləhət görülmür. Çünki bu
dövrdə bitkidə insan orqanizminə zəhərli təsir göstərən maddələrin sintezi baĢlayır.
Fikariyadan hazırlanan preparatlar soyuqdəymə, ağrıkəsici, yarasağaldıcı, qankəsici, qan
təmizləyici vasitə kimi istifadə olunmaqla yanaĢı orqanizmi mikroelemctlərlə və C vitamini ilə
təmin edir.