Qaşınma, qoturluq, gicişmə və dəri vərəmində. Əlavə
vasitə kimi 2 xörək qaĢığı doğranmıĢ otundan götürüb 1 stəkan
qaynar suya töküb agzını qapaqla örtün, 1 saat dəmləyib süzün.
Sonra aldığınız ekstraktla gündə 2-3 dəfə xəstə nahiyələri yuyun.
Diatez zamanı. 1 xörək qaĢığı doğranmıĢ otundan götürüb 1,5 stəkan qaynar suya töküb
yarım saat dəmləyin. Süzüb xəstə nahiyəni yuyn. Əməliyyatı gündə 3 dəfə təkrar edin.
Baş ağrıları zamanı. Bitkinin yaĢıl hissəsindən yığıb agrıyan nahiyəyə qoyub, yun Ģərflə
bağlayın, 1-2 saat bu vəziyyətdə saxlayın.
Əzələ revmatizmində. Bitkinin yaĢıl otundan götürüb azca əzib (elə etmək lazımdır ki, Ģirəsi
dərinizə sıçramasın) ağrıyan yerin üzərinə qoyub yun Ģərflə bağlayın.
Damar revmatizmiı zamanı baş verən ağrıların aradan qaldırılmasında. 50 ədəd
çiçəyindən götürüb 0,5 litr arağın üzərinə töküb qaranlıq və isti yerə qoyun, 2-3 həftə tez-tez
çalxalamaqla dəmləyin. Süzüb axĢamlar ağrıyan nahiyələrə sürtün.