Farmakoloji təsiri. Sulu ekstraktı ilə dəriyə təsir etdikdə qıcıqlandırma, dəri altına
yeritdikdə isə ağrı reaksiyaları əmələ gətirir. Qana yeritdikcə, döyüntülərin azalmasına və nəfəsin
dərinləĢməsinə səbəb olur (S.O.Çervinskiy). Dəmrovotunun alkoloidləri ağrıkəsici, bakterosid,
xüsusiyyətlərə malikdir. Bunlar mərkəzi sinir sisteminə sakitləĢdirici təsir göstərir. Homoxelidonin
kimyəvi quruluĢuna görə papaverinə yaxın olub spazmatik xüsusiyyətlərə ınalikdir.
1893-cü ildə X.Haqcr qeyd edir ki, xelidonin alkoloidi öz müalicəvi təsirlərinə görə morfıni
xatırladır. Ġbn Sina yazır ki, dəmrovotunu çeynədikdə diĢ ağrıları sakitləĢir.
V.K.Varlix yazır ki, müalicə məqsədləri üçün bitkidən çiçək açan zaman toplanan ot
hissəsinin müalicəvi effekti daha yüksək olur. QurudulmuĢ ot tərkibindəki süd Ģirəsinin 80%-ni
itirdiyinə görə, dərman preparatlarını ancaq bitkinin yaĢıl yaĢ hissəsindən hazırlamaq lazımdır. Bir
çox tədqiqatçılar V.K.Varlixin bu fıkri ilə razılaĢmırlar. Alimlər qeyd edirlər ki, bitkinin otunu
qurudan zaman onun tərkibindəki maddələr itmir, əksinə bitkinin tərkibində pıxtalaĢır və onun
müalicəvi təsirini artırır. Dəmrovotunun süd formalı Ģirəsi dəriyə yandırıcı təsir edib, qabarlar əmələ
gətirir.