Elmi redaktorlar amea-nın müxbir üzvləri


Qafqaz quĢarmudu – Sorbus caucasica Zinserl



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə221/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   217   218   219   220   221   222   223   224   ...   730
  
Qafqaz quĢarmudu – Sorbus caucasica Zinserl. 
 
Dünya  florasının  tərkibində  P.M.Jukovskiyə  (1971)  görə  80,  Ġ.A.Qurbanov  və  baĢqalarına 
(1976)    görə  90-a  qədər  növü  yayılmıĢdır.  QuĢarmudu  cinsinin  hibrid  mənĢəli  çoxsaylı  formaları 
vardır  (Ġ.N.Konovalov,  1954).  V.Y.Komarov  (1954)  keçmiĢ  SSRĠ  ərazisində  quĢarmudunun  34 
növünə  təsadüf  edildiyini  qeyd  edir.  Qafqazda  quĢarmudu  cinsinin  20-yə  qədər  növü  (2  növü 
mədəniləĢdirilmiĢdir),  Azərbaycanda  isə  11  növünə  rast 
gəlinir. QuĢarmudu növlərinə ən çox yer kürəsinin mülayim 
Ģimal ərazilərində rast gəlmək olar. 
Rus xalqı quĢarmudu cinsini ailə xoĢbəxtliyi və sevgi 
rəmzi  kimi  sevib  qoruyurlar.  Buna  görə  də  hər  təzə  ailə 
quran  gənclər  evlərinin  qabağında  xoĢbəxtlik  rəmzi  olan 
quĢarmudu  əkirlər.  Orta  əsrlərdə  Avropa  xalqları  bir  çox 
qorxunc xəstəliklərdən özlərini qorumaq üçün quĢarmuduna 
ilahi bir qüvvə kimi səcdə edirmiĢlər. 
QuĢarmudu  qiymətli  qida,  dərman,  boyaq  və  bəzək  təbiətli  bitkilər  sırasına  daxildir. 
Bunlardan ən qiymətlisi aĢağıdakılardır: Qafqaz quĢarmudu - S.caucasica Zinserl. hündürlüyü 6-8 
bəzən isə 15 sm-ə çatan dağınıq çətirli bitkidir. Diametri 40 sm-ə qədərdir. Yarpaqları tək-lələkvari 
(11)13-15(19) yarpaqcıqdan ibarətdir. Çiçək qrupu çoxçiçəkli, qalxanvaridir. Çiçəkləri ağ rənglidir. 
May-iyun  aylarında  çiçək  açır,  avqust-sentyabrda  meyvə  verir,  meyvələri  qıĢda  ağacların  üstündə 
qalıb, quĢların yemini təĢkil edir. 
Qafqaz  quĢarmudu  Azərbaycanın  Quba  rayonu  ərazisində  və  eləcə  də  yuxarı  dağ  meĢə 
qurĢağında yayılmıĢdır. MeĢələrin kənarlarında, talalarda və fıstıq meĢələrində rast gəlinir, tək-tək 
və qrup halında bitir. 
QuĢarmudu  ağacının  budaqlarında  salxım  formasında  sallanan  parlaq-qırmızı  rəngli 
meyvələri onun yanından keçən insanları heyran qoyur, sanki dümağ qarın üzərində parlaq-qırmızı 
rəngli Ģamlar yanır. Bizim babalarımız nahaq yerə deməyiblər ki, hərgah siz kürəyinizi quĢarmudu 
ağacına söykəsəniz öz canlı enerjisini sizə ötürəcəkdir. QuĢarmudunun qabıq hissəsini erkən yazda, 
çiçəklərini  may  ayında,  parlaq-qırmrzı  od  rəngli  meyvələrini  isə  payızın  axırlarında  tam  yetiĢən 
zaman toplayırlar. QuĢarmudunun bütün hissələri qiymətli boyaq və müalicəvi xüsusiyyətlərə malik 
maddələrlə zəngindir. 
QuĢarmudu  meyvəsinin  tərkibində  160  mq%-ə  qədər  askorbin  turĢusu,  sorbin  turĢusu 
(C
6
H
8
O
2
),  β-karotin  (C
40
H
56
),  β-karotin-epoksid  (C
40
H
56
O),  kriptoksantin  (C
40
H
56
O),  3,18% 


96 
 
qlükoza,  4,3%  fruktoza,  0,7  saxoroza,  sorboza,  sorbirit,  bir  neçə  üzvi  turĢu,  sianin-xlorid 
(C
27
H
31
O
16
Cl), aĢı maddəsi, efir və piy yağları və s. aĢkar edilmiĢdir.  
QuĢarmudu polivitaminli bitkilər sırasına daxildir. Meyvəsinin tərkibində zəngin bioloji fəal 
maddələr  olduğundan,  seleksiya  məqsədləri  üçün  çox  yararlı  hesab  edilir.  Giləmeyvəsinin 
tərkibindəki P vitamini aktivliyinə görə mədəni halda becərilən əksər meyvə və giləmeyvəli ağac və 
kollar  arasında  birinci  yeri  tutur.  Leventala  görə  Ukrayna  ərazisində  mədəni  halda  becərilən 
quĢarmudu  meyvəsinin  tərkibində  620-4350  mq%-ə  qədər  aĢı  və  boyaq  maddəsi  aĢkar  edilmiĢdir 
(bax. cədvəl 4).  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin