Qalxanvari vəzinin normal işləməsi üçün. 2-3 xörək qaĢığı təzə və yaxud qurudulmuĢ
qırmızı quĢarmudu meyvəsindən götürüb 0,5 litr qaynar suya töküb termosda bütün gecəni
dəmləyin. Aldığınız dəmləmədən gündə 3-4 dəfə stəkanın 1/2 hissəsi qədər yeməkqabagı qəbul
edin. Müalicə kursu 1,5-2 aydır.
Qusma və toksikoz zamanı. Gündə 10-15 ədəd təzə və yaxud donmuĢ quĢarmudu meyvəsini
çeynəyib udun.
Uzunmüddətli xəstəliklə bağlı ümumi zəiflik, tez-tez və uzunsürən başağrıları zamanı. 1
stəkan quĢarmudu Ģirəsinin üzərinə stəkanın 2/3 hissəsi qədər əzvay Ģirəsi, stəkanın 1/2 hissəsi
qədər isə bal və yaxud kaqor əlavə edin. Götürdüyünüz qarıĢıqları ehtiyatla qarıĢdırdıqdan sonra
tünd ĢüĢə qablara doldurub ağızını möhkəm bağlayıb soyuducuda saxlayın. AlınmıĢ Ģirədən gündə 3
dəfə 1 çay qaĢığı yeməkdən əvvəl qəbul edin. Müalicə kursu 3-4 həftədir.