Elmi redaktorlar amea-nın müxbir üzvləri


Kimyəvi  tərkibi  və  müalicəvi  xüsusiyyətləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə256/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   252   253   254   255   256   257   258   259   ...   730
Kimyəvi  tərkibi  və  müalicəvi  xüsusiyyətləri.  Ədəbiyyat  məlumatlarına  əsasən  qeyd  etmək 
lazımdır ki, gördəvərin kimyəvi tərkibi ətraflı tədqiq olunmamıĢdır. Lakin, bəzi mənbələrdə bitkinin 
tərkibində  üzvi  turĢulardan  izomasliyan,  izovalerian  aĢkar  edilmiĢdir.  Bundan  əlavə  bitkidən  efir 
yağı,  aĢı  maddələri,  flavanoid  birləĢmələri,  C,  karotin  vitaminləri  və  s.  də  müəyyən  olunmuĢdur. 
Yarpaqlarının  tərkibində  az  miqdarda  suda  həll  olan  saponinlər,  boyaq  və  qatran  maddələri, 
flavanoid  birləĢmələri  müəyyən  edilmiĢdir.  Saponinlər  bəlğəmgətirici,  sidikqovucu  təsirə  malik 
olmaqla yanaĢı, çoxlu miqdarda qəbul etdikdə zəhərləyici təsir göstərir.  
Flavanoid  maddələri,  kapilyar  divarlarının  möhkəmləndirilməsində,  daxili  qanaxmaların 
qarĢısının  alınmasında  mühüm  əhəmiyyət  kəsb  edir.  Gördəvərin  tərkibində  həmçinin  kitrə  və  efir 
yağı  da  aĢkar  edilmiĢdir.  Efir  yağının  əsas  tərkib  hissəsini  izovalerian,  izoyağ  turĢuları, 
metilheptilen,  alfapinen  və  terpinsal  təĢkil  edir.  Gördəvərdən  hazırlanan  preparatlar  büzüĢdürücü, 
ağrıkəsici,  tərqovucu,  soyuqdəymə,  ekzema  və  yarasağaldıcı  xüsusiyyətlərə  malikdir.  Bundan 


111 
 
hazırlanan  sulu  dəmləmə  mədə  soyuqdəymələrində,  diĢ  ağrılarında,  eləcə  də  qankəsici,  ishal, 
ĢiĢlərin, sümüklərdə baĢ verən sızıltıların aradan qaldırılmasında iĢlədilir.  
Kök və kökümsovlarından hazırlanan cövhər müxtəlif diĢ xəstəliklərinin müalicəsində tətbiq 
edilir.  Qankəsici,  yaraların  və  ĢiĢlərin  müalicəsində  isə  bitkinin  yaĢıl  hissəsindən  hazırlanan 
cövhərlərdən istifadə edilir.  
Otundan hazırlanan cövhər və dəmləmə isə babasil ĢiĢlərinin sağaldılmasında iĢlədilir.  
Bitkinin  ən  müsbət  xüsusiyyətlərindən  biri  də  ondan  ibarətdir  ki,  onun  preparatları 
orqanizmdə  baĢ  verən  zəifləĢmiĢ  hüceyrələrin  fəaliyyətini  artırır,  onları  zəhərli  maddələrdən 
təmizləyir, tonusunu qaldırır, stimullaĢdırı təsir göstərir.  
Son  zamanlar  tibb  mütəxəssisləri  bitkinin  farmakoloji  xüsusiyyətlərini  öyrənərək  belə  bir 
nəticəyə gəlmiĢlər ki, insan gördəvərdən hazırlanan preparatlardan uzun müddət istifadə etdikdə heç 
bir mənfi təsir hiss etmir.  Gördəvərdən hazırlanan cövhər və dəmləmələrdən müxtəlif xəstəliklərin 
–  vərəm,  dizenteriya,  xərçəng,  revmatizm,  revmatik  artrit,  artroz,  ostexondroz,  böyrək  daĢlarının 
əridilməsində,  qara  ciyər,  parogentoz,  çətin  sağalan  yaraların,  orqanizmin  təmizlənməsində  və 
immunitetin normaya salınmasında geniĢ istifadə edilir.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin