114
tapılmıĢdır. Tərkibində aĢı maddəsi olduğu üçün ondan hazırlanan dəmləmədən və cövhərlərdən
büzüĢdürücü vasitə kimi mədə-bağırsaq xəstəliklərində, yarasağaldıcı kimi, tərlədici, epilepsiya,
revmatizm, oynaq ağrılarında istifadə olunur.
Kökündən, eləcə də çiçəklərindən hazırlanan dəmləməsindən əsəb, hipertoniya, zökəm
xəstəliklərində, həmçinin qurdqovucu və sidikqovucu vasitə kimi istifadə edilir.
Tibet və monqol təbabətində ağ ciyər xəstəliklərində, həzm orqanlarının nizama
salınmasında iĢlədilir. Bundan baĢqa sulu çıxarıĢı damarbərkidici kimi soyuqdəymə, yara əleyhinə,
əsəb, bağırsaq xəstəliklərində və həyəcanlanmada tətbiq edilir. Yayın istisində bitkilərin
əksəriyyətində olan Ģeh damcıları buxarlanıb yox olduğu halda, quĢqonmazın yarpaqlarının üzərinə
yerləĢən «yaĢıl fincanın» içərisi həmiĢə sərin Ģeh damcıları ilə dolu olur. Burada isə bitkilər,
ağaclar, günəĢ və göy əks olunur, aĢağı əyilsən, sən də öz əksini görə bilərsən. Yarpağa toxunan
kimi yaĢıl fincanın içərisindəki sərin Ģeh damlaları yerə tökülmədən, civə kimi o tərəf - bu tərəfə
axır. Orta əsr kimyagərləri bu suyu «göy damcısı», «göy Ģehi» kimi təsvir edib, onun köməkliyi ilə
«fəlsəfə daĢını» axtarmağa baĢlamıĢlar. Orta əsrlərdə Qərbi Avropa xalqları quĢqonmazı ot kimi
təsvir etmiĢlər. Qədim zamanlarda belə düĢünürdülər ki, əgər səhər tezdən üzüniizü quĢqonmazın
Ģehi ilə yusanız, sizin əvvəlki gözəlliyiniz özünə qayıdar. O zamandan bəri bir çox ölkələrin,
xüsusilə də Ġsveçrənin qadınları quĢqonmazın Ģeh damcısı ilə dolu yarpaqlarla üzlərini silərək artıq
piyləri, çil və piqment ləkələrini yox edirmiĢlər. QuĢqonmazın otundan hazırlanan cövhərlərdən
vanna Ģəklində, yaĢ sarğı halında, təpitmə formasında dəri səthində olan irinli yaraların, çiban,
ekzema və qoturlugun müalicəsində istifadə edilir. Təzə yarpaqlarını qurudub narın toz halına
salaraq kəsik yaralarn üzərinə səpib qanı kəsərmiĢlər.
Biz respublikamızda ilk dəfə olaraq quĢqonmazın kök hissələrindən aĢı təbiətli boyaq
ekstraktı hazırlayıb yun ipi bozumtul, sarı, sarı-narıncı, narıncı, yaĢılımtıl, qəhvəyi, zeytunu, tütünü,
bozumtul-qara və s. rəng və çalarlara boyadıq. Alınan rəng və çalarlar fıziki-kimyəvi təsirlərə qarĢı
davamlı olub xalçaçılq sənayesində istifadə oluna bilər.
Qarağacyarpaq quĢqonmazın kök hissəsindən hazırlanan aĢı və boyaq təbiətli qatı
ekstraktından gön-dəri, ətriyyat-kosmetika sahələrində istifadə edilə bilər.
Dostları ilə paylaş: