Elmi redaktorlar amea-nın müxbir üzvləri


Gavalı – Prunus domestica L



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə274/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   270   271   272   273   274   275   276   277   ...   730
 
Gavalı – Prunus domestica L. 
 
Dünya florasının tərkibində gavalının 30-a qədər növü (F.X.Baxteev, 1970). Azərbaycanda 
5 növü (2 növü mədəni halda əkilir) yayılmıĢdır. Gavalı ən qədim bitkilərdən hesab edilir. Hələ DaĢ 
dövrü  insnalarının  gavalı  bitkisinin  meyvələrindən  qida  kimi  istifadə  etmələri  haqqında  tarixi 
mənbələrə rast gəlirik. 
Gavalının  yarpaq  və  meyvələrinin  tərkibində  C  vitamini,  kversetin,  rutin,  kempferol,  3-
rutinozid peonidin, 3-qlükozid pelartonidin, 3-qlükozid sianidin antosianları, sulu karbonlar, 11,5% 


116 
 
saxaroza, 0,54-5,6%-ə qədər pektin və s. maddələr tapılmıĢdır.  
Bitkinin bütün hissələrinin tərkibində çoxlu miqdarda aĢı maddəsi aĢkar edilmiĢdir. Bitkidən 
alınan  ekstraktlardan  enterit  və  dizenteriya  xəstəliklərinin  müalicəsində  geniĢ  istifadə  edilir. 
Gavalının kök, budaq, çiçək və yarpaqlarından alınmıĢ ekstraktlar soyuqdəymədə, bakterisid kimi, 
eyni zamanda maddələr mübadiləsinin nizama salınmasında böyük 
rol  oynayır.  Çəyirdəyinin  içərisindəki  ləpəsi  da  xeyirlidir.  Yaxın 
vaxtlarda ləpənin tərkibində tapılan B
17
 vitamini hüceyrələrdə baĢ 
verən  zərərli  mutasiyaların  qarĢısının  alınmasında  mühüm  rol 
oynayır.  Bu  B
17
  maddəsi  -  orqanizmi  xərçəng  xəstəliyindən 
qoruyur. Gavalının tərkibində çoxlu pektin maddəsi tapılmıĢdır ki, 
insanda  baĢ  verən  ateroskleroz  xəstəliyinin  müalicəsində  istifadə 
edilir, 
orqanizmi 
zəhərli 
maddələrdən, 
ağır 
metallardan, 
radionuklidlərdən  təmizləyir.  Bundan  baĢqa  gavalının  tərkibində 
insan  sağlamlığı  üçün  çox  mühüm  əhəmiyyət  kəsb  edən  kalium,  kalsium,  fosfor,  maqnezium, 
manqan  və  s.  makro  və  mikroelementlər,  B  qrupu  vitaminləri,  askorbin  turĢusu,  karotinoid  və  s. 
vardır. ġəkərli maddələrdən fruktoza, saxaroza olmadığı üçün Ģəkər xəstəliyinə tutulmuĢ insanlara 
bundan pəhriz qidası kimi  yeməyi məsləhət görürlər. Meyvənin ən müsbət xüsusiyyətlərindən biri 
də  ondan  ibarətdir  ki,  onun  konservləĢdirilmiĢ  meyvəsinin  tərkibindəki  bioloji  fəal  maddələrin 
olduğu kimi qalmasıdır. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin