Gavalıdan sousun (şirənin) hazırlanması. 25 ədəd saf gavalı, 100 q Ģəkər, 3/4 hissə çaxır,
1/2 xörək qaĢığı kartof unu götürün. Gavalını qazana töküb üzərinə azca su əlavə edin. Sonra
gavalını sürtgəcdən keçirib üzərin kartof niĢastası, zövqünüzə görə Ģəkər, çaxır əlavə edib qarıĢdırın
və odun üzərinə qoyub qarıĢdıra-qarıĢdıra qaynadın. Aldığınız sousu kükü və sıyıqla birlikdə
süfrəyə verin. Quru gavalı meyvəsindən də sous hazırlamaq olar.
Göyəm – Prunus spinosa L. Göyəm - Prunus spinosa L. Çox budaqlanmıĢ kol və ya 3-4 m hündürlükdə olan alçaq
ağacdir. Cavan zoğları sarımtıl-qonur və ya qırmızımtıl rəngli, məxməri tüklü və çılpaqdır.
Tumurcuqları enli-yumurtavaridir. Yarpaqları ellipsvari, tərs yumurtavaridir. Çiçəkləri tək-tək və ya
nadir hallarda cütdür. Ləçəkləri ağ və yaĢıl rəngə çalır. Mart-may aylarına qədər çiçək açır, iyul-
avqustda meyvə verir.
Göyəm Azərbaycanın Samur-Dəvəçi ovalığında, Quba rayonu ərazisində, Kür-Araz
ovalıqlarında, Alazan-Əyriçay vadisi ətrafında, Kiçik Qafqaz
ərazisində, Lənkəranın dağlıq zonalarında yayılmıĢdır. Göyəm
ovalıqlardan baĢlamıĢ orta dağ qurĢaqlarına qədər ərazilərdə
təsadüf edilir. Göyəm meyvələrində 6,65-7,07% Ģəkər (qlükoza və
fruktoza), 0,8-1,7% alma turĢusu, aĢı maddələri aĢkar edilmiĢdir.
Təzə və qurudulmuĢ Ģəkildə yeyilir, Ģorabaya qoyulur, kompot,
mürəbbə, Ģərbət, likör, araq, Ģirkə hazırlanır. ġaxta vurduqdan
sonra göyəm meyvələrinin büzüĢdürücü xüsusiyyətləri azalır,
Ģəkərin miqdarı artır, beləliklə meyvələr daha Ģirin olur. Göyəmin
yarpaqlarında 195-200 mq%-ə qədər C vitamini tapılmıĢdır.
Göyəm sıx gözəl çiçəklərə malik olub çələngi xatırladır. Göyəm qiymətli dərman bitkisi
hesab edilir. Onun bütün hissələri - çiçək, meyvə, cavan budaqları, yarpaq, qabıq, kökü müalicəvi
təsirə malikdir. Yazda onun çiçək və cavan yarpaqlarını toplayıb, mehvuran kölgəli yerlərə sərib
qurudaraq istifadə edirlər.
118
Göyəmin çiçək və yarpaqları iĢlədici, sidikqovucu, ödqovucu qantəmizləyici xüsusiyyətlərə
malikdir.
Kök və kökümsovları isə tərqovucu, istiliksalıcı, meyvəsi isə büzüĢdürücü xüsusiyyətlərə
malikdir.