Qanı dayanmayan yaraların müalicəsində. Bunun üçün qurudulmuĢ qarayoncanı toz halına
salıb yaranın üzərinə səpib tənziflə sarıyın. Sarğını gündə 1-2 dəfə dəyiĢin.
Sağalmayan yaraların müalicəsində. 1 xörək qaĢığı otunu qaynar suya töküb qapaqla örtün
və 7-10 dəqiqə saxlayın. Sonra süzün və 4 qat tənzifə hopdurub xəstə nahiyənin üzərinə qoyub
sarıyın. Müalicəni yara sağalana qədər davam etdirin.
Dəri xərçənginin müalicəsində əlavə vasitə kimi.1 xörək qaĢığı doğranmıĢ otundan
götürüb 0,5 stəkan qaynar suya tökün. 2 saat dəmlədikdən sonra tənzifə hopdurub xəstə nayhiənin
üzərinə qoyub sarıyın. Sarğını gündə 2 dəfə dəyiĢdirin.
Diqqət! Bitki nisbətən zəhərli olduğundan daxilə qəbul edən zaman götürülən xammalın
miqdarına diqqət yetirin.