141
kökünün qabığından qossipol (C
30
H
30
O
8
), aĢı maddəsi, K qrupu vitaminləri, efır yağının izi,
trimentilamin, toxumundan qossipol, qossipen (C
21
H
20
O
13
– hidroliz olaraq qlükoza və aqlikon –
qossipetin (C
15
H
10
O
8
), qossiroza (raffinoza - C
18
H
32
O
16
) çevrilir) tapılmıĢdır. Bundan baĢqa
toxumundan piqment qossipurnurprin (C
30
H
32
O
7
N) və 41%-ə qədər yağ aĢkar edilmiĢdir. Bitkinin
kök və toxumundan qossipol (gossypolum) tozu alınmıĢdır. Alınan preparat açıq-sarıdan tünd-sarı
rəngə qədər olub yaĢılı çalara malikdir. Suda həll olmur, az miqdarda spirtdə isə həll olur. Alınan
preparat kimyəvi terapevtik xüsusiyyətlərə malik olub, müxtəlif virusların məhv edilməsində
istifadə olunur. Təcrübələrə görə pambığın çiçəklərindən alınan flavonoid birləĢmələrindən ibarət
preparatlar kapilyarların möhkəmləndirilməsində, qan təzyiqinin, eləcə də tac damarların tonusunun
aĢağı salınmasında tətbiq edilir. Prof. P.A.Əliyevə görə (1972) qurudulmuĢ kökündən hazırlanan
sulu ekstraktı daxilə qəbul etməklə qanaxmaların qarĢısını almaq olar. Qossipol preparatını 3%-li
spirtli cövhəri ilə dəmrov və çibanları müalicə edirlər.
Biz ilk dəfə olaraq pambığın yarpaqlarınqdan flavonoid və aĢı maddələri ilə zəngin olan
boyaq ekstraktı hazırlayıb yun ipi sarı, limonu-sarı, limonu-narıncı, narıncı, narıncı-sarı, narıncı,
zeytunu, tütünü, tütünü-yaĢıl, tütünü-qəhvəyi, qəhvəyi, tünd-qəhvəyi, Ģabılıdı, bozumtul, bozumtul-
qonur, fıruzəyi və s. rəng və çalarlara boyadıq. Aldığımız rəng və çalarlar hər növ poroĢoklarla
yuyulmağa, eləcə də günəĢ Ģüasına davamlı olub, xalçaçılıq sənayesində müvəffəqiyyətlə tətbiq
oluna bilər.
Dostları ilə paylaş: