Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə29/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   25   26   27   28   29   30   31   32   ...   139
MusiqiĢünaslıq. Dünya musiqisinin təşəkkül tapması, inkişaf etməsi və müasir 

dövrdə  yüksək  səviyyəyə  yüksəlməsində  qədim  və  zəngin  mədəniyyətə  malik  olan, 

geniş ərazidə məskunlaşan türk xalqlarının rolu son dərəcə böyük və əvəzedilməzdir. 

Bu xalqların təbiətində,  mənəviyyatında, dünyagörüşündə,  düşüncə  tərzində, dilində, 

qəlbində  ecazi  musiqi  aləmi  hökmrandır.  Onların  özləri  kimi  torpaqlarında  da  bir 

əsrarənglik, avazlıq, şairanəlik, heyrətamiz gözəllik qərar tutur. Orta əsr Şərq musiqi 

mədəniyyətini zinətləndirən, dövrünün ən qüdrətli musiqişünas alimi Səfiəddin Əbdül 

Mömin  ibn  Yusif  ibn  Faxir  əl-Urməvi  1216-cı  ildə  Urmiya  şəhərində  doğulmuş, 

burada  boya-başa  çatmışdır.  Səfiəddin  o  dövrdə  İslam  dünyasının  mədəni  mərkəzi, 

böyük  elm  ocağı  sayılan  Bağdad  şəhərinə  gedir,  "Müstənsəriyyə"  mədrəsəsində 

təhsilini davam etdirir. Bir sıra Şərq

 

dillərini öyrənən gələcəyin böyük sənətkarı gərgin 



əməyi, fövqəladə istedadı nəticəsində tarix, ədəbiyyat, xəttatlıq, musiqi və başqa elm 

sahələrində məşhurlaşmağa başlayır (2).  

Lakin  bir  an  belə  əfsanəvi    udunu  dilə  gətirməyi  unutmayan  Urməvi  imkan 

düşdükcə  saray  şənlik  və  təntənələrində  iştirak  edər,  Şərq  musiqisini  acgözlüklə 

dinləyər, məqam düşdükcə ara-sıra özü də çalardı. 

"Məcmu-məxtut"  adlı  bir  əsərdə  deyilir:  "...O,  ud  çalmaqda  öz  zamanında 




132 

 

əvəzsizdir".  XIV  əsrin  əvvəllərində  yaşayan  bir  ədib  Səfiəddinin  məclisində  iştirak 



edərək hadisəni müşahidə edənlərdən biri ilə danışmışdır. Müşahidəçi demişdir: "Bir 

gün ruzigarın əllaməsi, hünər və sənətin ustadı Səfiəddin Əbdül Möminin hüzurunda, 

Bağdad bağlarının birində imiş. Ustad ud çalırmış. Musiqinin gözəl sədası yaxınlıqda 

pərvaz edən bülbülü cəlb edir. Bülbül səsə gəlir. Uçub qarşıdakı budağa qonur. Sonra 

daha da yaxınlaşıb musiqini dinləyənlərin lap yanına gəlir. Nəhayət, sevincdən coşub 

qanad  çalmağa  başlayır,  udun  səsinə  səs  verir,  axırda  o  qədər  şeyda  olur  ki,  gəlib 

adamların arasında oturur, oxuyur"[3]. 

Urməviyə dünyəvi şöhrət qazandıran,  musiqi aləmində əvəzsiz inci sayılan iki

 

kitabı  daha  məşhurdur.  Onlardan  biri  1252-ci  ildə  Bağdadda  tamamlanan  "Kitab  əl-



ədvar"  ("Musiqi  dövrləri  haqqında  kitab")  əsəridir.  O  bu  əsəri  tanrıya  müraciətlə 

başlayır  və  risalənin  əhəmiyyətini  yada  salır:  "Əmrlərinə  tabe  olduğum  və  qəlbinin

 

istəklərinə əməl etməkdə xoş əlamət gördüyüm mənə tapşırdı ki, onun üçün müəyyən 



intervallar  və  silsilələr  haqqında,  ritmik  dairələr  və  onların  növləri  haqqında  qısa 

məlumat yazım, bu, elmə və təcrübəyə bir xeyir versin. Onun tapşırığına itaətkarlıqla 

əməl  edərək,  mən  hafizəmdə  olanları  yazdım.  Bu  sənəti  diqqətlə  öyrənən  əvvəllər 

bilmədiyi və çoxusunu zamanın məhv etdiyi bir sıra şeylərə vaqif olar" (4).  

Ərəb dilində yazılan əsər on beş fəsildən ibarətdir. Musiqinin bir sıra  mühüm

 

sahələrini  özündə  cəm  edən  əsər  öz  əhəmiyyətini  indi  də  saxlamaqdadır.  Burada 



musiqi  səsinin  gücü,  pərdələrin  bölüm  qaydaları,  intervallar  və  onların  nisbətlər 

qaydaları,  ritmlər,  çalğı  alətləri,  muğamlar  və  onların  adları,  ifa  tərzləri,  emosional 

təsiri  və  bir  sıra  başqa  mühüm  məsələlərə  geniş  yer  verilir.  Əsərin  ən  maraqlı 

cəhətlərindən biri də  not  yazısı  məsələsidir. Səfiəddin özünəməxsus  ustalıqla  musiqi 

səslərini  kağız  üzərində  qeydə  götürmüşdür.  Onun  səs  düzümü  udun  sim  və 

pərdələrini nəzərə alaraq tərtib edilmişdir. 

Səfiəddin  orta  əsr  Şərqinin  böyük  musiqişünası  və  yeni  musiqi  sisteminin 

banisi, Şərqdə yazı notu icad edən ilk bəstəkar hesab olunur[5]. 

Səfiəddin  Urməvinin  digər  mıısiqi  əsəri  "Risaleyi-Şərəfiyyə"  adlanır.  Alim 

risaləni  XII  əsrin  70-ci  illərində  Təbriz  şəhərində  yazmışdır.  O,  əsərin  yazılmasının 

səbəbini  bildirərək  yazır:  "Bu  bir  əsərdir  ki,  harmonik  nisbətlər  haqqında  elmi 

araşdırır  və  bunu  qədim  yunan  müdriklərinin  müəyyənləşdirdiyi  əsaslar  üzərində 

bəyan edir. Eyni zamanda onların əsərlərində və müasir alimlər tərəfindən yaradılmış 

əsərlərdə  rast  gəlmədiklərimi  də  bura  əlavə  etmişəm.  Bu  əsər  "Hakimi-aləmin" 

kitabxanasının zənginləşdirilməsi naminə yazılmışdır"[6]. 

"Risaleyi-Şərəfiyyə" beş fəsildən ibarətdir. Alim əsərində səs, səsin yaranması, 

səs  birləşmələri,  intervallar  arasında  nisbətlərin  təsnifi,  onların  müəyyənləşdirilmə 

qaydaları,  vəznlərin  mahiyyəti,  melodiya  yaratmaq  məsələləri  və  musiqi  alətləri 

haqqında dərin elmi araşdırmalar aparır və nəzəri mülahizələr söyləyir. 

Böyük musiqişünas həm də iki simli alətin yaradıcısıdır. Onlardan biri "nühzə" 

(əylənmə),  digəri  isə  "muğni"  (sövq  verən)  adlanır.  Nühzə  "çəng"  (arfa)  və  kanon 

formasında  tərtib  olunmuşdur.  Dördbucaqlı  formalı,  qırmızı  söyüd  ağacından 




133 

 

düzəldilmiş bu alət 81 simdən ibarətdir. Simlər alətin üzərinə elə bir üsulla çəkilir ki, 



hər üç sim yerdə köklənə bilsin... Quruluşu kanon, rübab və nühzədən əxz edilmiş bu 

alət  (müğni  -  T.B.)  sarı  ərik  ağacından  düzəldilmişdir.  Çanağı  rübab  çanağından 

böyük,  həm  də  enli  və  üçbucaq  formalıdır,  onun  dəstəsində  33  sim  vardır[7].  Onun 

haqqında  hələ XIV əsrdə  yaşamış böyük Azərbaycan musiqişünası Xacə Əbdülqadir 

Maraği  "Məqasid  əl-əlhan"  əsərində  yazır:  "...Müstəsim  zamanının  ən  görkəmli 

alimlərindən biri olan Əbdül Mömin Səfiəddin Urməvi elm ilə əməlin vəhdəti rəmzi, 

bir  çox  görkəmli  sənətkarların  müəllimi  olmuşdur.  Şərqin  məşhur  musiqişünasları 

Şəmsəddin  Səhrəvərdi,  Əli  Sitayi,  Həsən  Zafer  və  Hüsaməddin  Qotluq  Buğa  onun 

yetişdirmələridir"[8]. Səfiəddin 1294-cü ildə Bağdad həbsxanasında vəfat etmişdir. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin