İnsultlarin biRİNCİLİ profilaktikasinin təŞKİLİNƏ daiR Şirəliyeva R. K., ⃰Əliyev R. R


Açar sözlər: insult, yayılma, risk amilləri, birincili profilaktika



Yüklə 416,14 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix28.12.2016
ölçüsü416,14 Kb.
#3742
1   2   3   4   5
Açar sözlər: insult, yayılma, risk amilləri, birincili profilaktika. 

 

Baş beynin  damar  xəstəlikləri ən aktual  tibbi  və sosial problemlərdən biridir 

[1,  2].  Son  zamanlar  beyin  qan  dövranının  kəskin  pozulmalarının  rastgəlmə 

tezliyində  yüksək  artım  müşahidə  olunur  [3].  Müasir  zamanda  insult  əksər 

ölkələrdə  ölüm  səbəbləri  arasında  ikinci-üçüncü  yerləri,  əlilliyin  səbəbi  kimi  isə 

birinci  yeri  tutur  [4,  5].  Keçən  əsrin  90-cı  illərinin  ədəbiyyatlarındakı  məlumatlar 

göstərir  ki,  epidemioloji  tədqiqatlara  əsasən  hər  il  dünyada  9 mln.  nəfər 

serebrovaskulyar xəstəliklərlə xəstələnir. Bunlardan təqribən 6 milyonu insultların 

payına  düşür  və  4,6  milyon  insultdan  əziyyət  çəkən  xəstə  ölür  [6,  7,  8].  ÜST-ün 

2002-ci  il  üçün  verdiyi  məlumata  əsasən  hər  il  dünyada  15  mln.  insan  insultla 

(əsasən  işemik  insult)  xəstələnir,  onlardan  5  mln.  nəfər  ölür,  daha  5  mln.  nəfər 

həmişəlik  başqasının  köməyindən  asılı  qalır  [9,  10].  İnsultdan  əziyyət  çəkən 

xəstələrin  14%-də  ilk  12  ay  ərzində  təkrar  insult  baş  verir  [11].  İnsultlar  zamanı 

effektiv  müalicə  və profilaktika  metodlarının tətbiqi Qərbi  Avropa ölkələri,  ABŞ, 

Yaponiya və Avstraliyada son 15 il ərzində insultla bağlı ölüm hadisələrinin 50%-

dən çox azalmasına səbəb olmuşdur [12]. İnsult probleminə çəkilən xərclər yüksək 

göstəricilərə  malikdir,  inkişaf  etmiş  ölkələrdə  səhiyyə  büdcəsinin  4-6%-ni  təşkil 

edir [13]. Ancaq insultun vurduğu ziyan ABŞ-da 2003-cü ildə 51,2 milyard, 2007-

ci  ildə  62,7  milyard  ABŞ  dolları  olmuşdur  [14,  15].  2010-cu  il  üçün  bu  məbləğ 

73,7  milyard  dollar  təşkil  etmişdir  [16].  Rusiya  Federasiyasında  insulta  çəkilən 

birbaşa və dolayı xərclər hər il 16,5-22 milyard dollar təşkil edir [5]. 



Problemin  aktuallığını  nəzərə  alaraq,  bizim  təqdim  etdiyimiz  elmi  işin 

məqsədi,  Azərbaycanda  insultun  epidemiologiyasına  və  risk  amillərinin 

yayılmasına  aid  aparılan  elmi  işlərə  əsaslanaraq  [17-25],  ilkin  insultların 

profilaktika modelinin təşkil edilməsidir. 


Yüklə 416,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin