Naxçivan döVLƏt universiteti 1967


qədər məhdud həcmdə tətbiq etmək məsləhət görülür



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə166/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   162   163   164   165   166   167   168   169   ...   190
qədər məhdud həcmdə tətbiq etmək məsləhət görülür.  
 
Çeviklik 
   İ.P.Deqtyarovun qeyd etdiyi kimi  kifayət dərəcədə çeviklik imkanlarına malik olmayan 
boksçunun yüksək nəticələrə nail olması müəyyən baxımdan mümkünsüzdür. Məhz buna görə 
də  bu  keyfiyyətlərin  inkişaf  etdirilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Çeviklik-müəyyən  qədər  qısa 
vaxt kəsiyində hərəkətləri dəqiq, uyğun və cəld icra olunması imkanları, həmçinin qüvvənin zaman 
və  məkan  parametrlərinə  müvafiq  formada  idarə  olunması  bacarıqlarının  məcmusudur.  Buna  görə 
də  çeviklik  ilk  öncə  hərəkətlərin  mühiti  dəqiqliyi,  ikinci  zaman  və  üçüncü  mürəkkəb  hərəki 
tapşırıqların cəld həlli ilə bilavasitə əlaqədardır.  
   Çevikliyin inkişafı üçün kiçik məktəbli və yeniyetməlik dövrü daha zəruridir. Belə ki, 
məsələn çevikliyin komponentlərindən biri olan hərəkətlərin dəqiqliyinin daha gözəçarpan artımı bu 
yaşda  müşahidə  edilir.  Bununla  belə  hərəkətlərin  amplitudunun  40-50  dərəcə  hüdudlarında 
olmasının  maksimal  artımı  imkanları  8-10  yaşda  təzahür  olunur,  lakin  12  yaşdan  sonra  praktiki 
olaraq  dəyişilmir,  həmçinin  kiçik  bucaqlı  (10-15  dərəcəyə  kimi)  hərəkətlrəin  fərqləndirilmə 
dəqiqliyi  13-14  yaşa  kimi  artır.  Artıq  14-15  yaşda  mühitdə  bədənin,  onun  ayrı-ayrı  hissələrinin 
vəziyyətinin  qiymətləndirilmə  imkanları  stabilləşməklə,  yaşlı  göstəricilərinə  çatmış  olur.  Yaşla 
əlaqədar 
olaraq 
çevikliyin 
təkmilləşdirilməsi 
qüvvənin 
fərqləndirilmə 
imkanlarının 
yaxşılaşdırılmasını  sübuta  yetirir.  Əzələlərin  gərginlik  səviyyəsinin  daha  təkmil  şəkildə 
fərqləndirilməsi 15-17 yaşlı gənclər üçün xarakterikdir.  
   Uşaqlarda orqanizmin inkişafı ilə ynaşı həmçinin hərəkət tempinin fərqləndirilmə imkanları 
da dəyişir. 7-8 yaşlarında velosipedin pedallarının hərlədilməsi ilə əlaqədar olan tapşırılmış tempin 
kifayət  qədər  yayanmaları,  yəni  tempin  itirilməsi  qeydə  alınmışdır,  lakin  14  yaşa  kimi  hərəkət 
tempinin  nizama  salınması  imkanlarının  yaxşılaşması,  eləcə  də  yaşlı  göstəricilərinə  çatması 
vurğulanır.  
   Çeviklik  keyfiyyətinin  xarakteristikalarına  həmçinin  yaşla  əlaqədar  olaraq,  mühitdə  şəxsi 
bədən  vəziyyətinin  dəyişilmələrində  (yerindən  uzununa  tullanma)  və  əşyanın  hədəfə  atılmasında 
zəruri olan dəqiqlik və sərrastlıq da aid edilə bilər. Mühitdə öz hərəkətlərinin icra dəqiqliyi fasiləsiz 
olaraq  4  yaşdan  17  yaşa  kimi  yüksəlir.  Tullanmalar  zamanı  yerə  düşmə  və  atma  zamanı  hədəfə 
dəymə  dəqiqliyinin  daha  gözəçarpan  artımı  kiçik  məktəbli  yaşında  müşahidə  olunur.  Sonralar  isə 
hərəki  vərdişlərə  yiyələnmənin  və  onların  məşqinin  sayının  artması  ilə  əlaqədar  olaraq 
yeniyetmələrdə hərəkətlərin dəqiqliyi tədricən artır.  
   Məlum bir haldır ki, idman məşqi çevikliyin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. 
14-15 yaşlı idmançılarda hərəkətlərin dəqiqliyi eyni yaşlı məşq etməyən yeniyetmələrə nisbətən iki 
dəfə  çox  olur.  Hərəkətlərin  idarə  olunması  imkanlarının  yaxşılaşması  öz  növbəsində  digər 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin