XÜLASƏ M.Q.Əliyeva NAXCIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ P. GALLİCUS ARISI (HYMENOPTERA, VESPİDAE) KOLONİYASININ MÖVSÜMİ İNKİŞAF TSİKLİ Məqalədə 2011-2013-çı illərdə Naxçıvan Muxtar Respublikası şəraitində Polistes gallicus L. arısı koloniyasının mövsümi inkişaf tsikli üzərində aparılmış müşahidələrin nətiçələri verilmişdir.
Müəyyən edilmişdir ki, Polistes gallicus növünün mövsümi inkişafı üç dövrü əhatə edir - yuvanın
əsasının qoyulmasından ilk işçi fərdin uçuşuna qədər, işci fərdlərin sayının maksimuma çatması,
koloniyanın dagılması, erkək və dişi fərdin əmələ gəlməsi.
Kagız arılarının (Vespidae) xarakterik xüsusiyyəti ondan ibarətdir ki, onlar öz qanadlarını
bədən boyunca bir-birinə parallel olaraq yigirlar. Yetkin fərdlər nektarla və tozcuqla qidalanırlar.
Buna görədə onlar qida əldə etmək üçün çiçəklər üzərində tez-tez otururlar. Sürfələrini isə paralizə
olmuş və yaxud da öldürdükləri həşəratlarla qidalandırırlar. Tək halında yaşayan arılar yuva qazırlar
və yaxud gildən kamera düzəldirlər. Vespinae fəsilə üstlüyünün nümayəndələri mum ifraz etmirlər
və ona görə onlar öz yuvalarını nazik kagıza oxşayan əşyadan qururlar. Bunu biz Polistes gallicus-
un qurdugu yuvada müşahidə apararkən görə bilərik. Yuvanı qurmaq üçün bu arılar köhnə oduncagı
oyurlar, agacların kötüklərindən, çəpərlərdən, quru budaqlardan istifadə edirlər. Nəticədə qeyd
edilən yerlərdə dərin şirimlar qalır.