Саго qoyunları
yetişdirilir. Bu qoyunlar rütubətli subtropik iqlim şəraitində saxlanılmağa
uyğunlaşmışlar.
9.
Gəncə-Qazax bölgəsində yerli aborigen qoyunlar -
Bozax cinsi
saxlanılıb yetişdirilir. Bu qoyunlar yerli dağ və dağətəyi iqlim, əsasən köçəri
və yarımköçəri sürülmə şəraitinə uyğunlaşmışlar. Bozax cinsindən olan
qoyunlar 400-500 km uzaq məsafədə yerləşən qış otlaqlarına və Kıçk Qafqaz
dağlarında yerləşən yaylaqlara sürülməyə dözümlüdürlər.
Əhalinin qoyun ətinə, quyruq yağına, motal pendirinə və süd məhsul
larına, həmçinin qaba və yarımqaba yuna olan tələbatını nəzərə alaraq,
fermerlərin və kəndli təsərrüfatlarının özləri bu zona üçün əlverişli olan
qoyun cinslərini seçib yetişdirirlər.
Şəkil 66.
Qonur Qafqaz malı
Qonur Qafqaz mali
südlük-ətlik istiqamətli qaramal cinsi olub, yerli
Qafqaz malının Şvis cinsindən olan buğalarla cütləşdirilməsindən alınmışdır.
Bu cins 1960-cı ildə təsdiq edilmişdir. Cins yaradılarkən Azərbaycan
zebusunun qanından da istifadə olunmuşdur. Qonur Qafqaz malının bədən
quruluşu və məhsuldarlığı artmış, yerli şəraitə uyğunlaşma qabiliyyəti
yüksəlmişdir. Rəngi qonurdur, inəklərin diri kütləsi 400-450 kq olmaqla, ildə
orta hesabla 2000-2500 kq 3,8-3,9 % yağlılığında süd verir, ət çıxarı 50-55
faizdir. Cinslə damazlıq işi eksteryerin möhkəmlənməsi və məhsuldarlığın
daha da yüksəlməsi istiqamətində aparılır.
429
Ş ə k il 67.
Qırmızı Qazax malı
Qirmizi Qazax mali
xalq seleksiyasının məhsuludur, rəngi qızılı qırmızı,
bəzən
də
tünd
qırmızıdır, möhkəm konstitusiyaya, mütənasib gövdə
quruluşuna, normal yelin formasına malik olmaqla, çətin iqlim şəraitinə
dözümlülüyü və normal bala
verməsi ilə fərqlənir. Laktasiya ərzində
inəklərin süd məhsuldarlığı 1900-2000 kq, südünün yağlılığı 3,7 3,9 %, diri
kütlə
orta hesabla
inəklərdə
380-400 kq, buğalarda isə 450-500 kq olur.
Cavan malın təmiz
ət
çıxan 50 faizdən yüksək olur. Qırmızı Qazax malı çox
az miqdarda Ağstafa, Qazax,
Tovuz
və Gədəbəy rayonlarının fermer
təsərrüfatlarında
qalmışdır.
Genofondun
qorunması
üçün tədbirlər görülür.
Ş ə k i! 68.
Azərbaycan zebusu
Azərbaycan zebusu.
Uzun illərdən bəri xalq seleksiyası nəticəsində zebu
malları və onun populyasiyalan yaradılaraq, bu günə qədər gəlib çatmışdır.
430
ölkəmizin heyvanat aləminin nadir növlərindən biridir. Rəngi qonur və
qara-qonur olmaqla hürgücləri aydın hiss olunur. Azərbaycan zebusu və
onun hibridləri yerli şəraitə və xəstəliklərə dözümlüdür, yemə və yüksək
qayğıya tələbkar deyildir. Azərbaycan zebusu tezyetişkənliyə malik olmaqla,
diri çəkisi 300-310 kq, təmiz ət çıxan 58,8-60 % çatır. İldə orta hesabla 500
kq süd verir. İllik südünün yağlılığı isə 5-6 faizdir. Lənkəran-Astara
bölgəsində yayılmışdır.
Şakil 69.
Azərbaycan camışı
Bu cins akademik A.Ağabəyli tərəfindən yaradılmışdır. Uzun illərdən
bəri aparılan damazlıq-seleksiya işlərinin və normal yemləmənin məhsulu
dur. Seçmə və taylaşdırma nəticəsində Azərbaycan camış cinsinin həm məh
suldarlığı, həm də eksteryer göstəriciləri xeyli yaxşılaşmışdır. Bu cins 1970-cı
ildə təsdiq olunmuşdur. Camışların orta süd məhsuldarlığı 1300-1500 kq,
südünün yağlılığı 8-12%, ana camışların orta diri kütləsi 400-500 kq, törədici
kəllərinki isə 800-1000 kq-dır. Respublikada Azərbaycan camış cinsi
təmizlikdə yetişdirilir ki, bu da ölkəmizin bütün bölgələrində yayılmışdır.
Camış Azərbaycanın “qara mirvarisi” adlandırırlar, bir çox yoluxucu
xəstəliklərə (vərəm, brusellyoz, leykoz, teylerioz və s.) olduqca davamlı olub,
onlarla yoluxmurlar, yalnız pasterellyoz və emfizematoz karbunkula
həssasdırlar. Camış südündə zülalın miqdarı inək südünə nisbətən (11-12%)
iki dəfə (20-28%) artıq olur. Onların südü və digər məhsulları həm də insanın
bəzi xəstəliklərində müalicəvi əhəmiyyətə malikdir.
431
Şəkil 70. Qarabağ qoyun cinsi
Bu cins xalq seleksiyasının məhsuludur, respublikamızda çox yayılmış
qoyun cinsidir. Qarabağ qoyununun quyruğu yağlı, ucunda cılız irtməyi,
quyruq aynası açıq və üçkünc olur, qulaqları əsasən kərədir, başı, ayaqlan,
qarnı və boynunun aşağı tərəfi yunsuzdur. Qoyunları buynuzsuz, qoçları
•buynuzlu, rəngləri müxtəlif olur. Qoyunların diri kütləsi 47-51 kq, qoçlarınkı
isə 61 -74 kq-dır. Yunu qaba olub, qarışıqdır. Orta hesabla hər qoyundan 2,3
kq, qoçlardan isə 3,2 kq yun qırxılır. Süd məhsuldarlığı 35-40 kq, südünün
yağlılığı 7,6 faiz olur, ilər 100 baş ana qoyundan 110-115 bala alınır.
Respublikanın yay və qış otlaq şəraitində inkişaf etdirilir. Azərbaycanın
Qarabağ, Mərkəzi Aran, Muğan-Salyan zonalarında yayılmışdır.
Şəkil 71. Qaradolaq qoyunu
Qarabağ qoyun cinsinin bir dəstəsidir. Sahibkar Hacı Məmmədhüseyn
Rəhimovun ( Ağcabədi rayonu, Qaradolaq kəndi) fəal iştirakı ilə xalq
432
seleksiyasının
məhsulu
kimi
XX
əsrin 30-cu illərində yaradılmışdır.
Qaradolaq qoyunları Q arabağ qoyun cinsinə nisbətən məhsuldardır. Qoç
ların diri kütləsi 72-78 kq, ana qoyunlarınkı isə 55-60 kq olur. Qoçlarından
ildə 2,5-3,0 kq, ana qoyunlardan isə 2-2,5 kq yun qırxılır. Hər 100 baş ana
qoyundan ildə 110-115 baş quzu almır. Qaradolaq qoyun cinsi ət çıxımının
nisbətən çox və dadlı olması ilə fərqlənir. Yunu qaba və yanmqabadır. Ən
çox Ağcabədi, İmişli, Bərdə və Beyləqan rayonlarında yayılmışdır.
Ş ə k il 72.
Qala
qoyunu
Qala qoyunu xalq seleksiyası yolu ilə yaradılmış, Abşeron yarıma
dasında geniş yayılmışdır. Bu qoyun otlik-yunluq və südlük istiqamətli
olmaqla, yağlıquyruqlu qoyun qrupuna mənsubdur. Onların başı iri, döşü
enli, qulaqları və ayaqları uzundur. Qoçların diri kütləsi 56-100 kq, ana
qoyunlarınkı isə 48-76 kq olur. Qala qoyununun quyruğu sallaq vo iki
hissədən ibarətdir. Quyruğunun çəkisi 6,3-10 kq olur. Qoçlardan ildə orta
hesabla 3,4-4,5 kq. ana qoyunlardan isə 2,8 kq yun qırxılır, il ərzində 61 kq
süd verir. Hər 100 baş ana qoyundan 102-110 quzu alınır. Qala qoyunları
əsasən kəndətrafı örüşlərdə saxlanılır.
433
Şəkil 73.
Baibas qoyunu
Baibas qoyunu xalq seleksiyası nəticəsində yaradılmışdır, Naxçıvan M R-
nın ərazisində yetişdirilir, yanm qaba yunludur, konstitusiyası quru və möhkəm,
boyu hündür, quyruğu yağlı, uzun cüt mütəkkə şəklindədir, başı, boynu və
ayaqlan yunsuz olur. Rəngi ağdır, gözlərinin, bumunun, qulaqlanmn ucunda,
dizlərində irsən nəslə keçən qara ləkələr vardır, yunu ağ parlaq olub, birtiplidir,
xalçaçılıq sənayesi üçün əvəzolunmaz xammaldır. Orta hesabla hər qoyundan
1,8-2 kq. qoçlardan 2,5 -3,5 kq yun qırxılır. Ana qoyunların diri kütləsi 70-80
kq, qoçlannkı isə 85-90 kq təşkil edir. Süd məhsuldarlığı ildə 125-135 kq olub,
südünün tərkibində 5,4-7 % yağ vardır. Balbas qoyunlarının balavermə
qabiliyyəti də yüksəkdir, hər 100 baş ana qoyundan 125 quzu alınır.
Şəkil 74. Bozax qoyunu
Bozax qoyunu xalq seleksiyası yolu ilə Qarabağ və Tuş qoyunlarının
çarpazlaşdırılmasından alınmışdır. Konstitusiyası quru və möhkəmdir,
qulaqları uzun, quyruğu yağlı və cılız irtməkli olur, tiftiyi ağ. qılanı qara və
434
qəhvəyi rənglərdə olduğundan yunu boz və bənövşəyi rənglərə çalır.
Qoyunlarda kiitlə 45-50 kq. qoçlarda isə 55-65 kq. yun qırxımı qoyunlarda
1.8-2,5 kq. qoçlarda 3 kq olur, yunun uzunluğu 8-15 sm-dir. Süd
məhsuldarlığı 25-30 kq. ekiz bala vermə qabiliyyəti 10-15 faizdir. Bozax
qoyunları əsasən Azərbaycanın qərb rayonlarında (Qazax, Ağstafa. Tovuz.
Şəmkir. Gədəbəy. Xanlar və s.) yetişdirilir.
Ş j k i l "5. Şirvan qoyunu
Şirvan qoyunu xalq seleksiyası nəticəsində yaradılmışdır, ölkəmizin
Şirvan. Muğan bölgələrində və Abşeron yarımadasında yetişdirilir, eksteryer
və məhsuldarlıq göstəricilərinə görə Qarabağ qoyun cinsinə yaxındır. Lakin
quyruq forması və yununun keyfiyyətinə görə bir qədər ləzgi qoyun cinsinə
oxşayır. Rəng etibarı ilə 8 % -i ağ. qalanları isə rənglidir. Yunun 18 % -i zərif
olub, ləzgi qoyunlarının yununa oxşayır. Orta hesabla hər qoyundan 1.6-2.2
kq, qoçlardan isə 2,8 kq-a qədər yun qırxılır. Qoyunların diri kütləsi 40 kq.
qoçlarınkı isə 48-50 kq-dır. Şirvan qoyunları duzlaşmış otlaqlara uyğunlaş
mırlar.
435
Şəkil 76. Mazex qoyunu
Mazex qoyunu xa]q seleksiyasının məhsuludur, xarici görünüşcə Balbas
qoyun cinsinə oxşayır, quyruğu Balbas qoyunlarında olduğu kimi, yağlı və cüt
mütəkkəlidir. Qoyunları buynuzsuz, qoçları buyuzludıır. Başı, ayaqlan və qarnı
.yunsuz, rəngi əsasən qəhvəyidir. 10 % - ə qədən ağ rəngli, çox az % -i qara
rəngli olur. Diri çəkisi qoyunlarda 45-57 kq, qoçlarda isə 67-78 kq olur, ildə
bir dəfə qırxılır. Qoyunların yunu qaba olub, ildə 1,4 kq, qoçlardan isə 1.7
kq qırxılır. Süd məhsuldarlığı ildə 75-90 kq-a çatır. Naxçıvan M R-da
Mazex qoyunları Balbas qoyunları ilə cüıləşdiriür. Azərbaycanın Gürcüs
tanla sərhəd bölgələrində də yayılmışdır
Şəkil
77.
Azərbaycan dağ merinosu
Azərbaysan dağ merinosu Qafqaz və Askaniya merinosları ilə
yaxşılaşdırılmış yerli Gədəbəy merinosunun quyruğu yağlı Bozax qoyunları
436
ilə cütbşdirilməsi nəticəsində, uzun illər aparılan elmi-tədqiqat və damazlıq-
seleksiya işləri əsasında yaradılmışdır. Bu cinsin müəllifləri akademik
F.Ə.Məlikov, M .N.Sadıqov və başqa alimlərdir. Azərbaycan dağ merinosu
1947-ci ildə cins kimi təsdiq edilmişdir, yerli merinoslara nisbətən iridir, başı
yunla çox örtülü, dərisi qırışsızdır. Qoyunların din kütləsi 40-50 kq,
qoçlarınkı isə 75-90 kq olur. Yun qırxımı orta hesabla qoçlarda 7-10 kq,
qoyunlarda 4,0-6,5 kq-dır, Gəncə-Qazax bölgəsində geniş yayılmışdır.
Şəkil 78.
Caro qoyunu
Çaro qoyunu xalq seleksiyası yolu ilə yaradılmış yerli qoyundur, əsasən
Qarabağ, Şirvan
və
Şahsevən qoyun cinslərinin qarışmasından törəmişdir,
qaba yunludur, qoyunların yun qırxımı 1,8-2,4 kq, qoçlarınkı isə 2,5-3-kq-
dır. Qoyunların diri kütləsi 35-40 kq, qoçlarınkı isə 45-50 kq-dır. Yerli
şəraitə, nəmliyə, istiyə dözümlü olmaqla ayaqları orta uzunluqdadır. Qoçla
rın buynuzları qıvrılmış, quyruqları yığcam formadadır, südünün yağlılığı
6,5-7 % - dir, hər 100 baş qoyundan 105-110 bala alınır. Əsasən Azərbay
canın cənub bölgəsində (Lənkəran. Astara, Lerik, Yardımlı, Masallı rayon
larında) yayılmışdır.
437
... Ч>,
Şəkil 79. Gödək qoyunu
Gödək qoyunu Xalq seleksiyası yolu ilə yaradılmışdır. Bu qoyunlar xırda
olub, ayaqları qısa, möhkəm, gövdəsi gödək, lakin dərin, quyruğu yağlı, ucu
cılız irtməkli və quyruq aynası örtülü formadadır, konstitusiyası quru və
möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qabil, yerli
şəraitə uyğunlaşmış qoyunlardır. Rəngi (80 % -i) ağ, başı və ayaqları qonur
və qara olur. Diri kütləsi qoyunlarda 30-37 kq, qoçlarda 40-42 kq, illik yun
qırxımı qoyunlarda 1,4 kq, qoçlarda 2-3 kq olur, süd məhsuldarlığı 30 kq-
dır. Azərbaycanın şimal rayonlarında (Şəki-Zaqatala və Quba-Xaçmaz
zonalarında) yetişdirilir.
Şəkil 80. Herik qoyunu
Herik qoyunu xalq seleksiyası yolu ilə yaradılmışdır, herik qoyunu
qabayunludur. Ləzgi qoyunlarının məhsuldarlığını yüksəltmək məqsədilə,
onlar Tuş qoyun cinsinin qoçları ilə çarpazlaşdırılmışdır. Alınmış mələzlər
438
özlüyündə yetişdirilərək Hcrik adlandınlır. Herik Ləzgi qoyunu mələzlərin-
dən az fərqlənir. Gəncə-Qazax bölgəsində Tuş və Bozax qoyunlarının
çarpazlaşdırılmasmdan alınan mələzləri də Herik adlandırırlar. Herik
qoyunları Azərbaycan dağ merinosu ilə də yaxşılaşdırılmışdır. Şəki-Zaqatala
bölgəsində yetişdirilir.
Şakil 81. Ləzgi qoyunu
Ləzgi qoyunu xalq seleksiyası nəticəsində yaradılmışdır, xırda olub,
ayaqları qısa, konstitusiyası möhkəm, gövdəsi gödək, döş qəfəsi yaxşı inkişaf
etməklə, quyruğu yağlı, ucu cıllz irtməkli, quyruq aynası örtüklüdür. Bədəni
ağ, ayaqlan və başı qonur və qara rəngdə olur. Ana qoyunların diri kütləsi
30-37 kq, qoçlarınkı isə 45-50 kq-dır. Yun qırxımı orta hesabla ana
qoyunlarda 1,4 kq, qoçlarda 2-3 kq olur. Ləzgi qoyunlarının Azərbaycan
dağ merinosu ilə yaxşılaşdırılması yaxşı nəticə verir. Azərbaycanın Zaqatala,
Qax, Şəki, Yevlax, Göyçay, Ağdaş və Qəbələ rayonlarında yetişdirilir.
Soyuq hava şəraitinə dözümlülüyü ilə fərqlənir.
439
Şəkil 82.
Yerli keçi
1936-cı ildən başlayaraq yerli keçi cinslərini yaxşılaşdırmaq məqsədilə
Türkiyədən Anqara cinsli keçilər gətirilərək Gəncə-Qazax və Dağlıq Qarabağ
bölgələrində yerləşdirilmişdir. Yerli keçi cinsi Azərbaycanın bütün bölgələrində
yayılmışdır. Yerli keçilərin eksteryeri aşağıdakı kimidir: başı yüngül, sifəti qısa,
buynuzların istiqaməti yuxan, cidovu dar, bədəni yastı, şux duruşludur. Sərt
yetişdirmə şəraitinə yaxşı uyğunlaşmışdır. 5-6 ay sağılır və orta süd
məhsuldarlığı 150 kq və südün yaglılıgı 3,8-4,6 % təşkil edir. Yaşlı keçilərin orta
diri kütləsi 35-40 kq, ət çıxan isə 48-50 faiz olur. Keçilər qoyun sürüləri ilə
birlikdə yay və qış otlaqlarında otarılır. Yemə az tələbkar, çox dözümlü olurlar.
Şəkil 83.
Qarabağ at cinsi
Qarabağ at sinsi Azərbaycanın ən qədim dağ minik cinsidir, gözəl
eksteryerə, mütənasib bədən quruluşuna malik olmaqla ilxı şəraitinə
davamlıdır. Rəngi narıncı, sarı, qızılı və kürəndir. Zaqafqaziyada və Şimali
440
Qafqazda olan at cinslərinin və Don atmın yaxşılaşdırılmasında böyük təsiri
olmuşdur. Qarabağ atının əsas eksteryer xüsusiyyətləri belədir: başı quru,
çox yaraşıqlı, cidovu orta hündürlükdə, arxası və beli düz, döşü enli, ayaqlan
quru, möhkəm və enli duruşlu, temperamentli, oynaq və konstitusiyası möh
kəmdir. Süysününün hündürlüyü 148,5 sm, döş qucumu 165,8 sm və incik
qucumu 18,3 sm-dir. Yığcam formada olmaqla, çox dözümlüdür.
Şakil 84. Dilbaz at cinsi
Dilbaz at cinsi XV1I1 əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların
Şərq atları ilə çarpazlaşdınlması nəticəsində və Q arabağ cinsinin təsiri
altında yaradılmışdır. Minikdə, yükdə və yüngül qoşquda istifadə olunmaqla
ilxı şəraitinə çox dözümlüdür. Rəngi boz vo kəhər olur, konstitusiyası quru
və möhkəm, başı olduqca cazibədar və quru, gözləri qabarıq və alovlu,
hündür duruşlu, cidovu orta hündürlükdə, arxası və beli düz, ayaqları quru,
orta sümüklü, möhkəm və geniş duruşludur. 1600 m məsafəni 2 dəq. 20
saniyəyə qot edir. Dilbaz atları 130-140 kq yüklə gündə 50-60 km yol gedə
bilir. Bu atlar Qazaxda məşhur Dilbazilər sülaləsinin təsərrüfatlarında
yaradılmışdır.
441
Şəkil 85. Quba atı
Quba atı Kür-Ara/, düzənliyində yayılmaqla Dilbaz və Qarabağ
atlarının cırlaşmış qalıqlarından ibarətdir. Şirvan atları dağ tipli atlara
nisbətən bır qədər iri olmaqla, yüngül qoşqu istiqamətlidir, rəngi əsasən
kəhər, tünd kəhər və kürəndir, konstitusiyası quru və möhkəmdir. Cidov
■
hündürlüyü orta hesabla 140 sm, bədənin çəpinə uzunu 142 sm, döş qucumu
165 sm, incik qucumu 18 sm-dir. Yüngül qoşqu işlərində istifadə edilir. 1600
m məsafəni 3 dəqiqə 18 saniyəyə qət edir. Şirvan atı ilxı şəraitinə olduqca
dözümlüdür. Addımı sərbəst olmaqla yaxşı qaça bilir. Bu atlar əsasən Şirvan
zonasında (Ağdaş. Göyçay, Kürdəmir, Ucar rayonlarında) yayılmışdır,
duzlaşmış otlaqlara uyğunlaşmışdır.
Şəkil 86. Dəvə
Dəvəçilik ölkəmizdə heyvandarlığın on qədim sahələrindəndir. Dünyada
mövcud olan bir hürgüclü (dromoder) vo iki hürgüclü (bakterian) dəvə
442
cinslərinin hər ikisi Azərbaycanda geniş yayılmışdır. Bakterian dəvəsi 6-7 yaşına
kimi boy və çəki artımı verir. Dəvələrin 3-4 yaşında diri çəkisi 900 kq-a çatır.
Azərbaycan şəraitində laktasiya ərzində 1600-1700 kq-a qədər süd verir,
südünün yağlılığı 5,0-5,5 % olur. Dəvə yunu zərif qoyun yunundan da
qiymətlidir. O rta hesabla hər dəvədən 8-10 kq yun qırxılır. Azərbaycanın
Abşeron, Beyləqan, Bərdə, Biləsuvar, Hacıqabul rayonlarında yayılmışdır,
yemsizliyə və susuzluğa çox dözümlüdür.
Şəkil 87.
Yerli qaz cinsi
Yerli qaz sinsi ətlik istiqamətlidir, Respublikamızın təbii iqlim
şəraitindən asılı olaraq, müxtəlif çəkili olurlar. Yerli qazların rəngi ağ-boz
olur, ildə orta hesabla 15-20 ədəd yumurta verirlər. Yerli iqlim şəratinə daha
çox uyğunlaşaraq, otlaq
şəraitində bəsləndikdə qüvvəli yemə az
tələbkardırlar. Diri kütləsi orta hesabla erkəklərdə 4-6 kq, dişilərdə 3,5-4 kq
olur. Xəstəliklərə dözümlü olmaqla, yüksək qayğı tələb etmir. Yerli qazlar
tez yetişkən olmaqla, otlaq şəraitində yaxşı kökəlir, ətinin keyfiyyəti
yüksəkdir. Azərbaycanın bütün bölgələrində geniş yayılmışdır.
443
Şəkil 88.
Azərbaycan toyuq cinsi
Azərbaycan toyuq cinsi yumurtalıq istiqamətli olub, isti iqlim şəraitinə
davamlıdır. Hər toyuqdan ildə orta hesabla 120-150 ədəd yumurta alınır,
yumurtanın çəkisi 50-60 qram olur. Yumurtadan cücə çıxma faizi yüksəkdir.
Fərələr 4-5 aylıqda yumurta verirlər. Xoruzların diri kütləsi 2,5-3 kq,
toyuqlarmkı isə 1,8 -2.5 kq olur. Yetişdirmə şəraitindən asılı olaraq
eksteryeri və məhsuldarlıq göstəriciləri müxtəlif olur. Xəstəliklərə davamlı
olduğuna görə, həyətyanı təsərrüfatlarda yetişdirilir. Azərbaycanın bütün
bölgələrində geniş inkişaf etdirilir. Əti dadlı, yumurtası çox qidalıdır, dənə
az tələbkar olmaqla, çoxlu ot yeyir, rəngi qəhvəyi, qonur və çil-çil olur.
Yerli hind toyuğu Azərbay
canın bütün bölgələrində geniş
yayılmışdır. İldə orta hesabla 50-
60 ədəd yumurta verir, otlaqdan
yaxşı istifadə etməklə, yerli şəraitə
davamlıdır. Əti yüksək keyfiyyətə
malikdir, toyuqlarının diri kütləsi
erkəklərdə 6-8 kq, dişilərdə 4-5 kq
olur, tez yctişkənliyı, kökəlmə
qabiliyyətinin yüksək olması ilə
digər cinslərdən fərqlənir. Xarici
mühitə dözümlüdür. Ətindən əsa
sən kabab kimi istifadə olunur.
Şəkil 89.
Yerli hind toyuğu
444
Yerli ördək ətlik istiqamətli
olub, Azərbaycanın bütün bölgələ
rində yetişdirilir. Yerli ördəklər 5-6
aylığında yumurtalamağa başlayır,
ildə orta hesabla 90-100 ədəd
yumurta verir, yumurtanın çəkisi
orta hesabla 60-70 qram olur, tez
yetişkənliyə və yaxşı kökəlmə qa
biliyyətinə malikdir,
2
aylıqda
onların orta diri kütləsi 1,8-2,0 kq
olur. Yaşlı erkək ördəklərin diri
kütləsi 1.5-3 kq. dişiləıinki isə 2-2,5
kq olur. Yerli şəraitə dözümlü olub,
otlaq yemlərindən yaxşı istifadə
edir.
Gölməçələr olan yerlərdə
yaxşı inkişaf edir. Əti çox dadlı,
yumurtası yüksək qidalıdır.
Şəkil 89. Yerli ördək
445
MÜASİR QLOBAL EKOLOJİ BÖHRAN VƏ
KATAKLİZMLƏRİN GENETİK ASPEKTLƏRİ
‘‘Bütün kü ll,n i xəstəliklər hava Ил keçir. Hava bizə həm həyat
verir, h.vn Ил xəstəlik gətirir "
( H i p p o k r a t )
Bu gün ekoloji məsəl ələr m həlli vacib məsələlərdən hindir
Ona görə yo.x ki. hiitiin dünyada ba məsələlərə böyük diqqət
göstərilir Ona görə ki. ha giin Azərbaycanın qarşısımla həllini
gözləyən əsas məsələlərdən hiıi ekoloji vəziyyətin yaxşılaş
dırılmasıdır "
( İ l h a m Ə l i y e v )
Son /am anlara qədər mövcud olan paradiqına (uzun müddət hökm sü
rən elmi nəzəriyyə) görə ekologiyaya biologiyanın bır sahəsi kimi yanaşılırdı.
Lakin bu gün ekologiya həmin məhdud çərçivədən çıxaraq BMT-nın və
dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatlarının diqqət mərkəzində duran,
insan sağlamlığının qorunmasına xidmət edən fundamental elmə çevrilmiş
dir. Azərbaycanın tarixi şəxsiyyətləri ekologiyanın bəşəri və planetar əhə
miyyətli elm sahəsinə çevriləcəyini uzaqgörənliklə çox yüksək dəyərləndirə
rək müdrik kəlamlar söyləmişlər: ".
Ekologiya yaxın gələcəkdə biiriin elmləri
bir-biri ilə əlaqələndirən nəhəng
»’,?
möhtəşəm bir çinar ağacını xatırladan
fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir.
Ekologuyasız başqa elmlərin inkişafı qeyri-miimkündiir" (Həsən Əliyev,
akademik). "Ekologiya tezliklə bütiin elmlər arasında möhkəm əlaqə yaradan
qırılmaz bir zəncirə bənzər geniş diapazonlu, mütərəqqi və bəşəri əhəmiyyətli
elm sahəsi olacaqdır" (Xudu Məmmədov, professor).
Doğrudan da. ekologi
ya bu gün olduqca geniş diapazonlu, insanların sağlamlığı və uzun-
ömürlülüyünün keşiyində dayanan çox nəhəng, qüdrətli elm kimi təşəkkül
446
tapıb. Əgər bu elm təşəkkül tapmasaydı, onda bəşəriyyətin taleyinin necə
olacağı, hansı məcra alacağı çox ciddi təhlükə ilə üzləşə bilərdi. Məhz buna
görədir ki, ekologiyanın yeni sahələri, o cümlədən
« E k o l o j i g e n e t i k a » , « T i b b i
e k o l o g i y a »
və
« B a y t a r l ı q
təbabəti
e k o l o g i y a s ı »
kimi bəşəriyyətin inkişafı
üçün olduqca aktual elmi istiqamətləri formalaşaraq, hazırda ən mütərəqqi
elm sahələrindən birinə çevrilmişdir. Həmin elm sahələrinin əsas məqsədi isə
insan sağlamlağmın təmin olunması, qorunması, heyvan, quş və balıqlardan
insana keçən yoluxucu xəstəliklərin qarşısının alınması, təhlükəli xəstəliklərə
qarşı səmərəli profilaktika tədbirlərinin aparılmasından ibarətdir. Ekoloji
durumun yaxşılaşdırılması, tarazlığın bərpa olunması, ətraf mühitin
mühafizəsi və təbiət-cəmiyyət, cəmiyyət-biosfer münasibətlərindəki dis-
balansın aradan qaldırılması müasir dövrün ən aktual və qlobal problemidir.
Bu problem yaxın gələcəkdə öz müsbət həllini tapmazsa, onda bəşəriyyəti
daha böyük və iri miqyaslı ekoloji böhran və fəlakətlər gözləyir. Çünki XIX
və XX əsrlərdə antropogen fəaliyyət nəticəsində təbiətə, onun sərvətlərinə,
təbii ətraf mühit amillərinə həddindən artıq zərbə vurulmuş və ekoloji
disbalans yaranmışdır.
Planetimizin hər yerində
ekoloji bumeranq
(proqnoz nəzərə alınmadan
görülən işlərin ekoloji fəsadları) özünün kulminasiya nöqtəsinə çataraq
bəşəriyyəti iki yol - ölüm və həyat ayrıcında qoymuşdur. Litosferə, hidros
ferə, atmosferə, flora və faunaya çox güclü, bərpa olunmayan zərbələr vurul
muş,
ekoloji genosid
-
ekosid
törədilmiş, təbiətə zülm edilmiş, nəticədə qar-
şısıalınmayan
ekoloji kataklizmlər
(partlayışlar) və təbii fəlakətlər tüğyan et
mişdir. Leysan yağışlar, güclü sel, daşqın, qasırğa, sunamı. torpaq sürüş
mələri, zəlzələ və vulkan püskürmələri Yer altındakı insan və heyvan cəsədlə
rinin qalıqlarını, onlarla birlikdə isə yoluxucu agentləri torpağın səthinə çı
xararaq, təhlükəli epidemiya, epizootiya və pandemiyalar törədir. Dünya
alimlərinin təbiət-cəmiyyət münasibətlərində
mənfi disbalansın kəs
kinləşməsi və dialektik vəhdətin pozulmasının bəşəriyyət üçün çox neqativ
fəlakətlərlə nəticələnəcəyi barədə həyəcan təbili çalmasına baxmayaraq, bu
proses get-gedə daha da kəskinləşmiş, insanlar təbiətin, onun sərvətlərinin
sanki ən qəddar düşməninə çevrilmiş və dəhşətli ekosid törətmişlər.
Planetimizin ekoloji mənzərəsi antropogen fəaliyyətin təsirindən hazırda
böhran, aqoniya
halına düşmüş və öz məhvərindən tamamilə çıxmışdır.
"Təbiət hər şeyi yaxşı bilir, qiymətləndirir və ona uyğun cavab verir"
(V.Kommoner). "Əvvəllər təbiət insanları qorxudurdu, indi insanlar təbiəti
qorxudur" (Jak-iv-Kusto). "İnsanlar, unutmayın və agah olun! Yaşadığımız
Round river - sonsuz bir çay - hazırda təhliikə qarşısındadır, bu təhlükənin so
nuncu qurbanı isə bütün canlı aləm və Sizlər olacaqsınız!" (A.Leord).
Dünya
şöhrətli alimlərimiz də həmin Round riverə biganə qalmamış, uzaqgörən və
daha kəskin münasibət bildirmiş, vaxtında həyəcan təbili çalmışlar:
"Təbiətə
bir zərbə vurana o, min zərbə ilə cavab verəcək, bir balta endirənə isə min balta
endirəcəkdir" (Həsən Əliyev). "Təbiətə zülm edəni o, zindana salacaq, cəhən
nəmə göndərəcək və ondan öz qisasını mütləq alacaqdır" (Xudu Məmmədov).
447
Həmin müdrik kəlamlar artıq bu gün reallığa çevrilmiş, təbiət in sa n la r
dan üz döndərərək qisas almağa və alternativ cavab reaksiyası göstərməyə
başlamışdır. Özü də çox kəskin və qarşısıalınmaz cavabla! Son illərdə, x ü su
silə 2010-cu və 2011-ci ildə planetimizdə baş verən təbiət kataklızmləri və
fəlakətləri bəşəriyyəti çox ciddi imtahanla üzləşdirib, iki yol ayrıcında
(həyat, yaxud ölüm) qoyub. 2010-cu ildə Avropa, Asıya və Afrika ölkələri,
ABŞ, Pakistan, Hindistan və s.-də baş verən böhran və fəlakətlər bəşəriyyəti
təlatümə salmış, heç bır antibiotikin, sulfanilamid və nitrofuran q ru p u
preparatının təsir etmədiyi "MDM" epidemiyasını törətmişdir. Alimlər belə
qənaətə gəliblər ki, son zamanlar QİÇS, quş, donuz və balıq qripi, atip ik
pnevmaniya, sarı qızdırma, dəli dana-inək duzluğu, viruslu hepatitlər. A frika
taunu, Helikobakter Pilori, "M D M " və “Ekoli infeksiyası, talassemiya,
hemofiliya, anomaliyalar, teratogen xəstəliklər, immun çatışmazlığı, m eta-
bolik sindrom-sürətlə kökəlmə, uşaqların ölü, vaxtından əvvəl doğulması və s.
baş verməsinin və arealının genişlənməsinin, klassik yoluxucu xəstəliklərin
(taun, qarayara, quduzluq, salmonellyoz, vərəm, brusellyoz, leptospiroz, botu-
lizm, malyariya, dizenteriya, leyşmanioz, dəmrovlar, qoturluq, tülyaremiya,
helmmtozlar və s.) isə yeniləşməsinin səbəbi məhz ekoloji kataklizmlər və təbii
fəlakətlərdir. Çünki ekoloji böhranlar və təbii fəlakətlər (qlobal istiləşmə,
parnik effekti, ozon ekranı, leysan yağışlar, sel və daşqınlar, qasırğalar,
'sunamilər, tornodalar, torpaq sürüşməsi, meşə yanğınları, zəlzələ, vulkan
püskürməsi) ekoloji tarazlığı pozur, patogeıı agentlar (virus, bakteriya,
göbələk, parazit, helmint və s) modifikasiyaya uğrayır, yeni təhlükəli
xəstəliklər törədir. Bu isə ekologiya, insan sağlamlığı və baytarlıq
təbabətinin dialektik vəhdətini, qırılmaz bağlılığını sübut etdiyindən
insan
ekologiyası, ekopatologiya, tibbi ekologiya, baytarlıq təbabəti ekologiyası və
ekoloji genetika
kimi bəşəri və planetar əhəmiyyətli yeni, mütərəqqi elm
sahələrinin yaranmasına zəmin yaratmışdır. Narahatlıq törədən odur ki,
qeyd olunan infeksion ageııllər əvvəlkilərdən fərqli olaraq yüksək
patogenliyə, virulentliyə malik olub, dərman preparatlarının və dezinfeksiya
maddələrinin təsirinə həddindən artıq davamlılıq göstərir.
Ekoloji böhran və kataklizmləriıı hazırda həddindən çox kəskinləşməsi
nin əsas səbəbi antropogen fəaliyyət və ekoloji bumeranqın təsirindən
yaranan qlobal istiləşmə və iqlim anomaliyalarıdır. Onlar qarşısıalınmaz
ekoloji dısbalans yaratmış və insan i'ıçün qorxulu sayılan epidemiya, epizo-
otiya və pandemiyalann arealının genişlənməsinə çox böyük zəmin yarat
mışdır. Nəticədə törədicisi torpaqda 100 ildən artıq yaşayan qarayara və 10
ildən artıq yaşayan dəmrovlar (trixofitiya, mikrosporoz, parşa. axorion,
favus), eləcə də taun, vəba, dizenteriya. qoturluq, leyşmanioz, stafılokokkoz.
streptokokkoz, kolibaktcrioz, icrsinioz və s. kimi olduqca təhlükəli yoluxucu
xəstəliklərin yeniləşməsi, təkrarlanması baş vermişdir. Hazırda heyvanlar,
quşlar, balıqlar və onların yeyinti və digər məhsullarından insana keçən
yoluxucu (infeksion və invazion) xəstəliklər və zəhərləmələr (intoksikasiva
və toksikozlar) mütəmadi olaraq tez-tez baş verir, olduqca ağır fəsadlar törə
dir və ölümlə nəticələnir. Dünya alimləri sübut etmişlər ki. ekoloj böhran.
448
kataklizm və təbii fəlakətlər insan sağlamlığı, təbabət və baytarlıq təbabəti,
ekopatologiya, baytarlıq təbabəti genetikası və ekoloji genetika arasında
qırılmaz bağlılıq mövcud olduğundan həmin elm sahələri qarşılıqlı vəhdət
formasında öyrənilməli və müvafiq mübarizə üsulları hazırlanmalıdır.
Alimlər sübut etmişlər ki, "M D M ” genomalı bakteriyalarm rezervııarı təbii
fəlakətlərin fəsadları nəticəsində çirklənən içməli su mənbələridir.
Onlar bu
epidemiyanı yeni əsrin ən qarşısıalınmaz, dəhşətli və təhlükəli faciəsi
adlandırır.
Çünki "MDM" bakteriyaları ilə yoluxan insan və heyvanların
müalicəsi səmərə vermədiyi üçün qısa müddətdə ölümlə nəticələnir.
Əgər
tezliklə bu epidemiyanın spesifik profilaktikası üçün peyvənd vasitəsi-vaksin
hazırlanmasa, onda bəşəriyyəti olduqca ağır fəsadlar gözləyəcək. 2009-cu
ildə ABŞ-da çirklənmiş içməli sudan uşaqlar arasında yeni
v ə
çox davamlı
bakteriyalarm törətdiyi, çətinliklə və uzun müddət müalicə olunan, elmə
məlum olmayan, təhlükəli epidemiyanın baş verməsi
d ə
olduqca böyük
narahatlığa səbəb olmuşdur. Beynəlxalq Epizootiya biirosu (BEH) və
Ümumdünya Səhiyyə Təşkilatının (
UST) son məlumatına görə lıazırda insan,
heyvanlar və
quşlar arasında baş verən bütün yoluxucu xəstəliklərin 70 /d izi
hakteriya, virus, göbələk, helmint. parazil
və s. Hə çirklənmiş su ilə keçir
Son
zamanlar ekoloji böhran
v ə
təbii fəlakətlərin fəsadlarının məntiqi nəticəsi
k i
mi dünyanın bir
ç o x ö l k ə l ə r i n d ə m ü ş a h i d ə o l u n a n ,
elmə
m ə l u m
olmayan ye
ni Ilelikobakter Pilori bakleriyalarınının
mədə-bağırsaq yarası, eroziyası və
xərçənginin ən başlıca törədicisi olmasını sübut etdiyinə görə müəlliflərə
(M .İ.Morozov və b.) Nobel M ükafatı verilmişdir.
2011-ci ildə bəşəriyyət daha ciddi bir təhlükəli epidemiya «likoli» in-
feksiyası ilə qarşılaşdı. Bu epidemiya ilk dəfə olaraq Almaniyada başlayaraq
çoxlu sayda insanların yoluxmasına və ölümünə səbəb oldu, sonralar isə
ABŞ, eləcə də Avropa ölkələrinin əksəriyyətində intişar tapdı. Xəstəliyi tö
rədən Hscherichıya coli bakleriyalarının əsasən insana paxlalı bitkilərdən
(lobya və s.) keçməsi ehtimal olunur. Narahatlıq törədən odur ki, həm
xaricdə, həm də ölkəmizdə KİV, hətta bəzi həkimlər çox böyük səhv edərək
bu epidemiyanın törədicisini bakleriya deyil, «virus» adlandırırlar. Əlbəlıə,
li.coli-ni «virus» adlandırmağı elmi baxımdan olduqca yolverilməz hal kimi
dəyərləndirmək lazımdır. 1 Izun müddət müşahidə edilməyən taun, vəba və s
kimi olduqca qorxulu və ağır fəsadlarla nəticələnən infeksion xəstəliklərin
2010-cu ildə sel, daşqın və leysan yağışlardan sonra Pakistan, Hindistan,
Çin, İndoneziya, Meksika, Çili, Kuba, Kanada və s. ölkələrdə əhali arasında
yenidən baş verməsi təbiətin bəşəriyyətə çox ciddi mesajıdır. 100 ildən sonra
bu günlərdə baş verən vəba xəstəliyindən inindən çox adam ölmüş, 3500
adam xəstələnmişdir. Pakistanda son 80 ildə analoqu olmayan, ölkə
ərazisinin dörddə bir hissəsini basan seldən sonra 14 min insan vəba, taun,
dezinteriya, malyariya ilə yoluxmuş, heyvan və quşlar arasında kəskin
epizootiyalar baş vernv Jir İndoneziyada oktyabrın sonunda eyni vaxtda
7,7 bal gücünü,' baş vı
zəlzələ, vulkan püskürməsi və sunarai nəticəsində
400 nəfər adam ölmüş və on minlərlə insan isə evsiz qalmış, təhlükəli
yoluxucu xəstəliklər baş vermişdir. Dünya üzrə viruslu hepatillə hər il 2
Dostları ilə paylaş: |