3
ÖN SÖZ
XUTBƏTUL-HACƏ
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan
yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən
və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi
hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi
də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz.
Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur.
O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki,
Məhəmməd onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun.
Yalnız müsəlman olduğunuz halda ölün».
(Ali-İmran
102).
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq
edən, ondan zövcəsini (Həvvanı) yaradan və
onlardan da bir çox kişi və qadınlar törədən
Rəbbinizdən
qorxun.
(Adı
ilə)
bir-birinizdən
(cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin
qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz
ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz
söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah
edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və
Peyğəmbərinə itaət etsə, böyük bir səadətə
(Cənnətə)
nail olar». (əl-Əhzab 70-71)
1
.
1
XUTBƏTUL-HACƏ - adı ilə məşhur olan bu duanı, cümə və s.
xütbələrdə Peyğəmbər
- səllallahu aleyhi və səlləm - oxumuşdur.
Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk
4
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı,
yolların ən xeyirlisi Muhəmməd
- səllallahu aleyhi və
səlləm -
in yoludur. Əməllərin ən pisi sonradan
uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər
bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir
(sapmaqdır), hər bir zəlalət isə oddadır
2
.
hissəini bizə: – Əhməd 1/392-393,432, Əbu Davud 2188, Tirmizi 1105,
Nəsəi 3/104-105, 6/69 və «Əməlul Yəum vəl Leyl» 488, İbn Məcə 1892,
Darimi 2202, Tayalisi «əl-Musnəd» 1557, AbdurRazzaq «əl-Musənnəf»
10449, Bəzzar «əl-Musnəd» - Kəşful Əstar 1/314, Əbu Yəla «əl-Musnəd»
5233-5234,5257, Tahavi «Şərhul Müşkilil Asar» 1-3, Təbərani «Məcmuul
Kəbir» 10/10079-10080, Həkim «əl-Mustədrək» 2744, Beyhəqi «Sünnənul
Kubra» 3/214-215, Bəğavi «Şərhus Sunnə» 2268 İbn Məsud - radıyallahu
anhu – yolu ilə, Müslim «Şərhu Nəvəvi» 6/156-158, Əhməd 1/302,350,
Nəsəi 6/89-90, İbn Məcə 1893 və Tahavi «Şərhul Müşkilil Asar» 4 İbn
Abbas - radıyallahu anhu – yolu ilə, Tahavi «Şərhul Müşkilil Asar» 5,
Beyhəqi «Sünnənul Kubra» 3/215 Nubeyt b. Şərit - radıyallahu anhu –
yolu ilə, Əbu Yəla «əl-Musnəd» 7221, Nəsəi «Sünnənul kubra» bax:
«Tuhfetul Əşraf» 6/472 № 9148 Əbu Musa əl-Əşari - radıyallahu anhu –
yolu ilə.
2
Hədisin ikinci hissəsini – Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd
3/319,371, Nəsəi 3/188-189, Beyhəqi «Sünnənul Kubra» 3/214 Cabir b.
Abdullah - radıyallahu anhu – yolu ilə. Bu ləfz Nəsainin ləfzidir. Hədisi
Əhməd 3/371 və Müslim: «Sözlərin ən doğrusu» ləfzi yerinə: «Sözlərin ən
xeyirlisi» ləfziylə rəvayət edilmişdir. İmam Əhmədin digər rəvayətlərində
isə 3/319: «Sözlərin ən gözəli» şəkilindədir. Müslim: «Sonradan
uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir» ləfzi yerinə: «Hər bir
bidət bir zəlalətdir (sapıqlıqdır)» ləfziylə ravayət etmişdir. Hədisin
sonunda olan: «Hər bir zəlalət isə oddadır» ləfzini zikr etməmişdir. Bu beş
səhabədən başqa hədsi: Aişə - radıyallahu anhə –, Səhl b. Sad -
radıyallahu anhu – mərfu olaraq. Hədis səhihdir. Muhəddis Muhəmməd
Nəsrəddin əl-Albani – rahmətullahi aleyhi – hədisin bütün rəvayətlərini bir
yerə toplayaraq «Xutbətul Həcə» isimli bir kitab yazmışdır. İstəyənlər bu
kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih Müslim» 409,
«Mişkətul məsabih» 3149,5860.