Microsoft Word Sadi Gulustan doc


Hekayət    Oğulmuşun 21  sarayı



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə12/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   8   9   10   11   12   13   14   15   ...   162
Sədi Şirazi Gülüstan Bustan

5. Hekayət 
 
Oğulmuşun
21
 sarayında çox ağıllı, düşüncəli və  dərrakəli bir 
sərhəng oğlu var idi. Hələ  uşaqlıq vaxtlarından alnında böyüklük 
nişanəsi parlardı
 
Şer 
 
Kəmalı ulduz tək başı üstə bax.  
Parlardı hər yana işıq saçaraq. 
 
Xülasə, oğlan həm yaraşıqlı idi, həm də ağıllı. Ona görə hökm-
darın rəğbətini qazanmış  və  mənsəbə çatmışdır. Atalar doğru de-
mişlər: «Dövlət malda deyil, kamaldadır, ağıl yaşda deyil, başdadır». 
Bir gün tay–tuşları  oğlanın vəzifzsinə  həsəd aparıb, onu 
xəyanətkarlıqda tzqsirləndirdilər, öldürülməsi üçün səy göstərdilər. 
 
Misra 
 
Düşmən nəçidir, dost, sənə qəmxar olsa. 
 
Hökmdar oğlanı yanına çağırıb soruşdu: «Bunların sənə qarşı 
düşmənçiliyinin səbəbi nədir?». Oğlan dedi: 
 
35
– Böyük hökmdarın mərhəmətilə, paxıllardan başqa hamını razı 
sala bilmişəm, paxıla gəldikdə o, mənim nemətdən, hökmdarın isə 
səadətdən məhrum olmasını istəyir. 
 
Beyt 
 
Bacararam bir ürəyə toxunmayım heç zaman,  
Nə edim ki, paxıl özü öz qəlbini edir qan.  
Öl ey paxıl, bəlkə canın rahat ola büsbütün,  
Çünki səni yalnız ölüm qurtarar bu əzabdan. 
 
Şer 
 
Alçaqlar arzu edər ki, daim,  
Dünyada olmasın bəxtəvər insan,  
Gündüz yarasalar görmürsə əgər,  
Bununçun varmıdır günəşdə nöqsan?  
Kor olsun minlərlə qoy elə gözlər!  
Günəşə çökməsin qaranlıq bir an. 
 
6. Hekayət 
 
Belə  rəvayət edirlər ki, Əcəm
22
 hökmdarlarından biri rəiyyətin 
var–yoxunu  əlindən alıb, onlara əziyyət verməyə başladı.  İş o yerə 
çatdı ki, xalq bu zülm və sitəmə davam gətirməyib başqa ölkələrə 
qaçmağa və qürbətdə yaşamağa məcbur oldu. Əhali əskildikcə ölkədə 
məhsul da azaldı, xəzinə boş qaldı. Bunu görən düşmənlər təzyiq 
göstərməyə başladılar. 
 
Beyt 
 
Kim müsibət günü istər ona bir yar olsun,  
De ki, xoş gündə özü xalqa havadar olsun.  
Qulağı halqalı qul, hörməti görməzsə gedər,  
Lütf qıl, lütf sənə yadları da bir qul edər. 
 
Bir gün onun hüzurunda «Şahnamə»
23
 kitabından Zöhhakın
24
 
devrilməsi və Fridunun qələbəsi haqqındakı hissəni oxuyurdular. 


 
36
Vəzir soruşdu: 
– Heç bilmək olmur ki, xəzinəsi, mülkü və qüvvəsi olmaya–ol-
maya Fridun hökmdarlığı necə ələ ala bildi? 
Hökmdar dedi: 
–Məgər eşitmədinmi ki, cəmaət ona tərəfdar çıxıb, ətrafında sı
birləşmiş, taxt–tacı ələ gətirməsinə kömək etmişdir. 
Vəzir dedi: 
–Ey hökmdar, əgər camaatı  ətrafında sıx birləşdirmək  şahlağı
əsasıdırsa, bəs nə üçün sən xalqı başından dağıdırsan? Məgər sən 
şahlıq etmək istəmirsən? 
 
Beyt 
 
Ordunu can kimi bəslə hər zaman,  
Orduyla sayılar hər yerdə sultan. 
 
Hökmdar dedi: 
–Ordu və camaatı  ətrafımızda birləşdirməyin  şərti nədir? Vəzir 
dedi: 
–Şah səxavətli olmalıdır ki, onun ətrafına toplansınlar; rəhmli 
olmalıdır ki, ondan qorxub qaçmasınlar; səndə isə bunların heç biri 
yoxdur. 
 
Şer 
 
Şahlara yaraşmaz zülm etmək bir an,  
Qurddan ola bilməz sürüyə çoban.  
Padişah zülm etsə xalqına əgər.  
Özü öz mülkünü tar–mar edər. 
 
ıllı vəzirin məsləhəti hökmdarın xoşuna gəlmədi, hiddətlənə-
rək onu zindana göndərdi. Çox çəkmədi ki, hökmdarın  əmoğlanları 
üsyan edib atalarının haqqını almaq üçün qoşun çəkdilər. Şahın zülm 
və sitəminə davam gətirməyən, vətənini tərk etmiş adamlar da 
qayıdıb onlara qoşuldular. Nəticədə hökmdar məğlub oldu və 
hökmdarlıq əmoğlanlarının əlinə keçdi. 
 
Şer 
 
37
 
Rəiyyətə zülm edərsə bir ağılsız hökmdar.  
Düşmən bir gün edər onun ölkəsini tar–mar.  
Rəiyyətlə sülh edən şah dəf edər hər afəti.  
Adil şahın ləşkəridir çünki öz rəiyyəti. 
 
7. Hekayət 
 
Bir şah öz əcəm qulu ilə gəmiyə minmişdi. Demə qul ömründə 
gəmiyə minməmiş, dəniz səfərinin  əziyyətini görməmiş imiş. O, 
qorxudan əsməyə və ucadan ağlamağa başladı. Gəmidəkilər nə qədər 
çalışdılarsa onu sakit edə bilmədilər. Qulun bu halı  şahın kefini 
pozdu. Lakin bir çarə tapa bilmirdilər. Gəmidə müdrik bir adam var 
idi, vəziyyəti belə gördükdə dedi: 
–İcazə versəniz, mən onu sakit edə bilərəm. Hökmdar dedi: 
–Son dərəcə lütf göstərmiş olarsınız. 
Əmr etdi qulu dənizə atdılar, Qul bir neçə dəfə suya batıb çıxdı
sonra saçlarından tutub onu gəmiyə  tərəf dartdılar. O, iki əlli 
sükandan yapışıb sallandı  və elə ki, gəmiyə  çıxdı, susub dinməz, 
söyləməz bir küncdə oturdu. Şaha bu qəribə  gəldi, haman müdrik 
adamdan soruşdu ki, bunda nə hikmət var? 
Dedi: 
–Bu qul dənizdə qərq olmaq qorxusunu keçirmədiyindən gəmi-
dəki  əmin–amanlığın qədrini bilmirdi. O da məlumdur ki, 
fəlakətədüşməyən sakitliyin qədrini bilməz! 
 
Şer 
 
Ey tox, sənə xoş gəlməyir əgər arpa çörəyi, 
Bil ki, sənə xoş gəlməyən bu şey mənə nemətdir. 
Cənnət əhli bir cəhənnəm sanar ikən erafı,
25
  
Cəhənnəmin əhli üçün eraf özü cənnətdir. 
 
Beyt 
 
Fərqi vardır: birisinin ağuşunda gözəl yar,  
Digərinin iki gözü yolda qalmış intizar. 
 


 
38

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin