Microsoft Word Sadi Gulustan doc


Nəsihət.  Ərəblər deyirlər: bağı



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə124/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   120   121   122   123   124   125   126   127   ...   162
Sədi Şirazi Gülüstan Bustan

Nəsihət.  Ərəblər deyirlər: bağışla, lakin minnət qoyma, çünki 
faydası özünə qayıdacaqdır. 
 
Şer 
 
Kəramət ağacı hara düşdüsə, 
Boy atıb yüksəldi fələklərəcən. 
Əgər istəyirsən bar verə daim
Minnət ərəsilə onu kəsmə sən. 
 
217
 
Şer 
 
Allaha şükr elə, ki fayda vardı
Onun baxışında, fəzilətində, 
Şaha minnət qoyma xidmqtinlə, bil 
Səni o saxlamış öz xidmətində. 
 
 
Hikmət. İki adam havayı zəhmət çəkib, faydasız əmək sərf edər: 
biri yığıb yeməyən, o biri bilib etməyən. 
 
Şer 
 
Biliyin olsa da bir ümman qədər, 
Nadansan əməlin olmasa əgər
Eşşəyə yüklənsə bir neçə kitab, 
Nə alim olar o, nə də süxənvər. 
Başı boş o yazıq heyvan nə bilsin
Dalında odundur, ya kitab–dəftər. 
 
 
Nəsihət. Elm əqidəli olmaq üçündür, dünya malı  yığmaq üçün 
deyildir. 
 
Beyt 
 
Kim satsa biliyi, məsləki, dini, 
Elə bil odlamış öz xirmənini. 
 
 
Hikmət. Oxuduğuna  əməl etməyən alim məşəl gəzdirən kora 
bənzər. 
 
Beyt 
 
Faydasız keçirsə ömrünü insan
Qızılı tullayar bir şey almadan. 
 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin