Microsoft Word Sadi Gulustan doc


Hekayət    Zalim hökmdarlardan biri, bir abiddən soruşdu:  –İbadətlərdən hansı



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə16/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   12   13   14   15   16   17   18   19   ...   162
Sədi Şirazi Gülüstan Bustan

12.Hekayət 
 
Zalim hökmdarlardan biri, bir abiddən soruşdu: 
–İbadətlərdən hansı yaxşıdır?  
Dedi: 
–Sənin üçün yarım günlük yuxu. Heç olmasa camaat yarım gün 
sənin əziyyətindən qurtarmış olar. 
 
Şer 
 
Gündüz gördüm yatıbdır bir zülmkar,  
Bu fitnədir dedim, yatsa yaxşıdır.  
Oyaqlıqdan yatması xoş olan kəs.  
Birdəfəlik yerə batsa yaxşıdır. 
 
13. Hekayət 
 
Nəql edirlər ki, bütün gecəni eyş–işrətlə  məşğul olan bir 
hakmdar səhərə yaxın məst halda deyirdi: 
 
Bizim üçün bu dünyada bundan artıq dəm yoxdur. 
Ki, yaxşı, pis şeylər üçün fikir yoxdur, qəm yoxdur. 
 
Bayırda,  şaxtalı havada çılpaq yatmış bir dərviş bunu eşidib 
dedi: 
 
Beyt 
 
Ey deyən dünyada, ən xoşböxt bizik,  


 
42
Tutaq, sən qəmsizsən, biz də qəmsizik? 
 
Dərvişin sözündən hökmdarın xoşu gəldi, ona min qızıl vermək 
istədi, pəncərədən qızıl kisəsini çıxarıb səslədi: 
—Dərviş, ətəyini aç!  
Dərviş dedi: 
–Paltarım var ki, ətəyim olsun?! 
Dərvişin belə yazıq vəziyyətini və zərif təbiətini görən hökmda-
rın ona həddən artıq rəhmi gəldi. O, qızıl kisəsinin üstünə bir xələt də 
qoyub, dərvişə verdi. Lakin çox çəkmədi ki, dərviş pulu xərclədi, 
xələti də satıb yedi və yenə  bəxşiş ümidi ilə hökmdarın yanına 
qayıtdı
 
Beyt 
 
Azadə kəslərin əli boş olar,  
Xəlbirdə su qalmaz, aşiqdə qərar.  
 
Hökmdarın söz dinləməyə meyli olmadığı vaxt dərvişin gəldi-
yini ona xəbər verdilər. Hiddətlənib, qaşqabağını tökdü. 
Buna görə  ağıllı adamlar deyiblər ki, hökmdarların qəzəbindən 
ehtiyat etmək lazımdır. Çünki hökmdarlar ölkənin böyük məsələlərilə 
məşğul olduqlarından qara camaatın hayına qalmazlar. 
 
Şer 
 
Hər kim gozləməsə vaxtı, fürsəti,  
Ona haram olar şahın neməti.  
Hər zaman sözünün bil məqamını  
Boş sözlə məhv etmə ehtiramını
 
Hökmdar dedi: 
– O qədər dövləti az bir vaxtda dağıdıb tələf edən bu həyasız, 
israfçı  gədanı buradan qovun! Dövlət xalqın malıdır. Kömək 
yoxsullar üçündür, israfçılar üçün deyil. 
 
Beyt 
 
 
43
Axmaq əgər yandırarsa şamını gündüz çağı,  
Gecə vaxtı şamsız qalar, zülmət olar otağı
 
ıllı  vəzirlərdən biri sözə qarışıb dedi: – Ey hökmdar, məncə 
belə adamlara xərcliyi az–az vermək yaxşıdır ki, birdən israf etməsin-
lər. Cəzalandırmaq məsələsinə gəldikdə isə, əmriniz onu tərbiyələn-
dirmək məqsədilə olsa da, bəziləri bunu sizin səxavətsizliyinizə 
yozarlar. Bundan əlavə, ümidvar etdiyiniz adamı yenidən naümid 
edib könlünü sındırmaq kəramətinizə yaraşmaz. 
 
Beyt 
 
Tamahkara öz qapını çalış açma heç zaman,  
Açdınsa bil, bir də onu bağlamaq olmaz asan. 
 
Şer 
 
Kim görmüş dünyada Hicaz
28
 təşnəsi,  
Şor suyun yanında yurd salıb yaşar?  
Lakin harda şirin bir bulaq olsa,  
İnsan, quş, qarınca ora toplaşar. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin