Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə23/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   19   20   21   22   23   24   25   26   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
19. Hekayət 
 
Nağıl edirlər ki, bir gün ədaləti Ənuşirəvan üçün ovlaqda kabab 
bişirirdilər, lakin duz yox idi. Duz üçün kəndə bir adam göndərmək 
lazım gəldi. Nuşirəvan ona dedi: 
–Duzu zorla deyil, pulla al ki, kənd xaraba qalmasın.  
Soruşdular: 
–Azacıq duzla kənd neçə xaraba qalar? 
Ənuşirəvan cavab verdi: 
–Zülm dünyada əvvəlcə az idi, sonra hər gələn ona bir az artırdı
nəhayət, indiki həddə gəlib çatdı
 
 
 
Şer 
 
Şah rəiyyət bağından bir alma dərsə həmən,  
Nökərləri çıxarar ağacları kökündən.  
Beş yumurta alıb şah zülm eyləyən zamanda,  
Qoşunu min toyuğu şişə çəkər bir anda. 
 
20. Hekayət 
 
Eşitmişəm ki, nadan bir vəzir sultanın xəzinəsini doldurmaq 
üçün camaatın var–dövlətini əlindən alarmış. Görünür o, ataların bu 


 
54
sözündən xəbərsizmiş: 
– Hər kim xalqa zülm edib böyük və əziz allaha asi olsa, allah da 
həmin xalqı onun üzərinə qaldırıb, kökünü yer üzündən kəsər. 
 
Beyt 
 
Atəşdən daha da bətər yandırar,  
Məzlumun ürəkdən çəkdiyi ahlar. 
 
Deyirlər heyvanların  ən  əzəmətlisi  şir,  ən alçağı  eşşəkdir, lakin 
hamı təsdiq edər ki, yük daşıyan eşşək, adam öldürən şirdən yaxşıdır. 
 
Şer 
 
Eşşək ki, deyirlər çox natəmizdir,  
Yük çəkir, bununçun xalqa əzizdir. 
Zəhmətkeş öküzlə, yük çəkən eşşək
Bədxah insanlardan yaxşıdır bişək. 
 
Yenə nadan vəzirin nağılına qayıdaq. Təsadüfən sultan vəzirin 
bəzi yaramaz işlərindən xəbərdar oldu. Elə bilmə ki, qan yerdə qalar. 
Sultan vəziri cəzalandırıb cürbəcür əziyyətlərlə öldürtdü. 
 
Şer 
 
Soltanın istəyi yerinə yetməz,  
Xalqının halına qalmasa əgər,  
İstərsən ki allah səni ucaltsın,  
Allahın xalqına mərhəmət göstər. 
 
–Belə deyirlər ki, sitəmdidələrdən biri vəzirin başı üstünə gəlib, 
ona neçə cəza verildiyini müşahidə edib deyirdi: 
 
Şer 
 
Bəzi arxalanıb öz qol gücünə,  
Xalqın var–yoxunu əlindən alar.  
Lakin udulsa da sivri bir sümük,  
 
55
Göbəkdə bənd alıb, qarnı parçalar. 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin