Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə24/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   20   21   22   23   24   25   26   27   ...   162
Sədi Şirazi Gülüstan Bustan

Beyt 
 
Xalqına zülm edən zalım dünyada,  
Həmişə lənətlə salınar yada. 
 
21. Hekayət 
 
Nağıl edirlər ki, bir mərdümazar hərbçi, rəhmdil bir dərvişin 
başına daş vurdu. Dərviş intiqam ala bilmədiyi üçün daşı götürüb 
saxladı. Bir gün hökmdar haman hərbçiyə qəzəblənərək onu quyuya 
saldı. Dərviş quyunun başına gəlib saxladığı daşı onun başına çırpdı
Hərbçi soruşdu: 
–Sən kimsən, məni niyə daşla vurursan? 
Dərviş dedi: 
–Mən haman adamam ki, bu daşı sən filan tarixdə mənim başıma 
vurmuşdun. 
–İndiyə qədər bəs haradaydın? 
–Xidmətdə olduğun zaman hiddətindən qorxurdum. İndi isə səni 
quyuda görüb, acığımı çıxmağa fürsət tapdım. 
 
Şer 
 
Hər əclafa olsa əgər bəxti yar, 
Fazil adam sükut edər ixtiyar.  
Yoxundursa iti dırnaq və pəncən,  
Vəhşilərlə heç vuruşa girmə sən.  
Hər kim polad qola dursa müqabil,  
O, öz lətif qollarını əzər, bil.  
Gözlə, fələk onu yıxan zamanda,  
Dost kamınça əz başını bir anda.  
 
22. Hekayət 
 
Keçmiş hökmdarlardan biri elə bir dərdə düşdü ki, adını 
çəkməsək yaxşıdır. Bütün həkimlər belə  nəticəyə  gəldilər ki, bu 
dərdin dərmanı ancaq filan xasiyyətlərə malik adamın ödü ola bilər. 


 
56
Hökmdar belə adamı tapmağı əmr etdi. Bir kəndli oğlunu tapdılar ki, 
həkimlərin dediyi xasiyyətlərin hamısı onda var idi. Hökmdar 
oğlanın atasını cağırtdırdı. Çoxlu mal və pul verib onları razı saldı
Qazı da şərən hökm verdi ki, hökmdarın sağlamlığını qorumaq üçün 
bir kəndlini öldürmək olar. Nəhayət cəllad hazır olub oğlanın başını 
kəsmək istədi. Oğlan gülümsəyərək başını göyə qaldırıb, nə isə 
dodaqaltı danışmağa başladı. Hökmdar oğlandan nə üçün güldüyünü 
soruşdu. Oğlan dedi: 
–Ey hökmdar, övlad ata–anasına arxalanar, şikayətçi qazı yanına 
gedər, hökmdardan aman dilərlər. İndi ata–anam məni dünya malına 
satıb, cəllad  əlinə verdi, qazı ölüm hökmünü yazdı, hökmdar isə öz 
səlamətliyini mənim ölümümdə gördü. Əziz və böyük allahdan başqa 
mənim heç bir pənahım yoxdur. 
 
Beyt 
 
Mən kimə eyləyim səndən şikayət,  
Özün bax dərdimə, göstər ədalət. 
 
Hökmdar oğlanın sözündən mütəəssir olub, gözü yaşardı, dedi: 
–Bir günahsızın qanını tökməkdənsə, mənim həlak olmağı
yaxşıdır. 
Sonra oğlanı bağrına basıb, üz–kozündən öpdü, saysız–hesabsı
bəxşiş verib azad etdi. Deyirlər ki, hökmdar haman həftə içərisində 
xəstəlikdən şəfa tapdı
 
 
Şer 
 
Nil çayının sahiliidə bir filban,  
Əhaliyə söyləyirdi bir zaman:  
«Ayağının altda nəsə qarınca,  
Sən də osan fid ayağı altında». 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin