Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə28/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   24   25   26   27   28   29   30   31   ...   162
Sədi Şirazi Gülüstan Bustan

27. Hekayət 
 
Bir adam güləşməkdə  şöhrət tapmışdı. O, üç yüz altmış  fənd 
bilir, gündə bir fəndlə güləşirdi.  Şagirdlərindən birinə hüsn–rəğbət 
bəslədiyinə görə ona üç yüz əlli doqquz fənd eyrətdi. Ancaq bir fəndi 
cürbəcür bəhanələrlə geri salır, öyrətmirdi. Xülasə, oğlan gücdə, 
ustalıqda elə  məşhur oldu ki, onun qabağında heç kim dayana 
bilmədi. Hətta iş o yerə çatdı ki, o, bir gün hökmdar hüzurunda 
lovğalanaraq dedi: 
– Ustam ona görə  məndən üstündür ki, həm böyük, həm də 
mürəbbimdir. Yoxsa mən gücdə ondan əskik deyiləm, ustalıqda da 
ona bərabərəm. 
Bu söz hökmdarın xoşuna gəlmədi. Əmr etdi, usta ilə şakird gü-
ləşsinlər. Hündür bir yer düzəltdilər, dövlət başçıları, saray xadimləri 
və ölkə  pəhlavanları toplandılar. Oğlan qızmış bir fil kimi elə bir 
heybətlə meydana çıxdı ki, qabağında qurğuşun dağ olsaydı yerindən 
qoparardı. Usta başa düşdü ki, şagirdi gücdə ondan üstündür. Ona 
görə gizli saxladığı  fəndlə  şagirdi ilə güləşməyə başladı. Oğlan ona 
girişə bilməyib hirsləndi. Usta onu başı üstə qaldırıb yerə vurdu. 
Camaat içərisində hay–küy qopdu. Hökmdar ustaya xələt, bəxşiş 
verməyi  əmr elədi. Sonra oğlana acıqlanıb danladı ki, öz ustadına 
vəfasız çıxdın və etdiyin iddianı da başa çatdıra bilmədin. 
Oğlan dedi: 
–Ey hökmdar, o, pəhləvanlıqda mənə üstün gələ bilməzdi, bəlkə 
həyatı boyu məndən gizlətdiyi fənddən istifadə edib qələbə çaldı
Hökmdar dedi: 
–Demək, həmin fəndi belə bir gün üçün gizlədibmiş, zirək 
adamlar demişlər: «Dostu o qədər gücləndirmə ki, düşmənçilik 
fikrinə düşdükdə bir şey edə bilsin!». Eşitməmisənmi öz şagirdindən 
cəfa görmüş bir mürəbbi nə deyibdir? 
 
Şer 
 
Ya vəfa olmamış özü dünyada,  
Ya onu heç kəsə etmir zəmanə.  
Kimə öyrətdimsə ox atmağı mən,  
Axırda qəlbimi etdi nişanə. 
 


 
62

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin