Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə32/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   28   29   30   31   32   33   34   35   ...   162
Sədi Şirazi Gülüstan Bustan

33. Hekayət 
 
Nağıl edirlər ki, öz tabelərinə  rəhm edən və yoldaşlarına xe-
yirxahlıq göstərən bir vəzir var idi. Təsadüfən bir gün hökmdarı
qəzəbinə  məruz qaldı. Dostları onu qurtarmağa çalışdılar, cəza 
məmurları mülayimliklə rəftar etdilər, mənsəb sahibləri isə hər yerdə 
onun yaxşı xasiyyətlərindən danışdılar. Nəhayət hökmdar onun 
təqsirindən keçdi. Arif bir şəxs bu hadisədən xəbərdar olub dedi: 
 
Şer 
 
Dostların qəlbini qazanmaq üçün,  
Ata bostanını satsan yaxşıdır. 
Xeyirxah insanın işi uğrunda,  
Var–yoxun sonuna çatsan yaxşıdır.  
Hətta pislərə də yaxşılıq elə,  
İtə də bir sümük atsan yaxşıdır. 
 
34. Hekayət 
 
Harunərrəşidin oğlanlarından biri hirslənmiş halda atasını
yanına gəlib dedi ki, filan sərhənkin oğlu anamı söydü. Harun dövlət 
başçılarından soruşdu: 
–Belə adamın cəzası nədir? 
Biri öldürməyi, dikəri dilini kəsməyi, üçüncüsü isə qovmağı 
 
67
məsləhət gördü. Harun isə oğduna müraciət edib dedi:  
–Oğlum, mərdlik odur ki, bağışlayasan. Bağışlaya bilməsən, sən 
də onun anasını söy, lakin elə etmə ki, intiqam həddini aşsın, çünki 
belə olduqda biz müttəhim olarıq, o, müddəi. 
 
Şer 
 
O adam, mərd deyil aqil yanında,  
Ki, qızmış fillərə oxuya meydan.  
Bəli, mərd odur ki, düzlüyü sevə,  
Acıqlı zamanda deməyə hədyan. 
 
Şer 
 
Bir nadan, alimə eyib tutanda,  
O dözüb dedi: ey nöqsan göstərən!  
Çalışıb məndə çox nöqsan axtarma,  
Mən qədər bilməzsən nöqsanımı sən. 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin