A. N. Abbasbəyli, S. Z. Yusifzadə


XII Mövzu  Avropa diplomatiyası XVII əsrdə



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə43/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

XII Mövzu 
Avropa diplomatiyası XVII əsrdə 
 
Avropa ölkələri və Türkiyə XVII əsr üçün feodal monarxiyası  mərhələsinin  ən yüksək fazasına daxil 
olmuşdu. Formalaşmış mütləq monarxiyalar konkret xarici siyasət strategiyasına və taktikasına malik olurdu ki, 
biz bunu hazırda dövlət marağı adlandırırıq. XVII əsr üçün  Avropa dövlətinin marağı və bunu həyata keçirmək 
üçün vasitələr öz rəngarəngliyi ilə seçilirdi. Bir tərəfdən bu sahə ilə bağlı nəzəri hüquqi baza formalaşır, digər 
tərəfdən isə Avropa monarxları sülalə nigahlarının geniş  tətbiq olunduğu  şəraitdə bu maraqlar daxilində  çıxış 
edirdilər.  
Fransa qarşısında Dövrün siyasi nəzəriyyəçilərindən və dövlət xadimlərindən sayılan Syulli ”Dövlət 
təsərrüfatının prinsipləri” əsərində aşağıdakı üç vəzifəni konkretləşdirirdi:  
-dövlətin fəaliyyət mexanizmini müəyyənləşdirir;  
-Fransanın ətrafında yaranmış siyasi tarazlığı qiymətləndirir,  
-Fransanın xarici siyasəti qarşısında duran başlıca vəzifələrə diqqəti cəlb edirdi.  
Bu dövrdə artıq Fransa kralı IV Henrixin hakimiyyəti illərində Fransa Avropa siyasətində liderliyi 
həyata keçirməyə müvəffəq olmuşdur. 
1589-1610-cu ildə hakimiyyətdə olmuş IV Henrixin baş köməkçisi və strategi olan Syülli fəlsəfi - 
hüquqi traktadında belə bir məqama toxunurdu ki, Fransa Böyük Karl imperiyasının varisidir və buna görə də 
Avropa siyasətində liderliyi əldən verməməlidir. Lakin Syülli müşahidılərinə  əsasən belə bir fikrə  gəlirdi ki
ərazi iddiasında olmasından asılı olmayaraq Fransa öz ərazilərinin həddindən artıq genişlənməsi kimi təhlükəli 
risqə getməməlidir. Müəllifə görə,  Əgər dövlətin qüdrəti müəyyən sərhəd daxilindən çıxarsa, düşmən 
dövlətlərinin koalisiyası ilə üzbəüz gələ bilər. Fransanın qüdrəti artıqca, onun Avropada hegemonluq mübarizəsi 
gücləndikcə problemin nəzəri-fəlsəfi cəhətləri müzakirə obyektinə çevrilirdi. Düşmən  dövlətlərinin 
koalisiyasından ehtiyat edən Syülli “Böyük düşüncə”əsərində yazırdı ki, Avropa müharibələrdən,sarsıntılardan 
qurtulmaq istəyirsə, Fransanın bayrağı altında birləşməlidir. Bu ideya Fransa kral sarayının prokuroru Pyer 
Dübuanın irsindən bəhrələnirdi. Vaxtilə Dübua Avropada 12 dövlətin yaranmasını, bunların 6-nın respublika, 6-
nın monarxiya olmasını arzu edirdi. O, həm də Avropa monarxlarının Fransa monarxının hakimiyyətini qəbul 
etməsini vacib şərt kimi göstərirdi.  
Bu dövrdən etibarən “dövlət” marağı anlayışının konkret məzmunu formalaşmağa başlayırdı. “Dövlət 
marağı” dedikdə, elə bir ideya nəzərdə tutulur ki, bu ideyaya görə dövlətin sərhədləri xaricində elə bir şərait 
təmin olunmalıdır ki, bu həmin dövlətin mövcudluğu üçün təhlükə yaratmasın. 
Fransa krallarından IV Henrix “dövlət marağını” son dərəcə ciddi şəkildə reallaşdıran hökmdarlardan 
biri kimi tarixdə qalmışdır.Onun xarici siyasət xəttində iki məqsəd güdülürdü:  
- birincisi, Habsburqların qüdrətini sarsıtmaq.  
- ikincisi, Fransanın ətrafında siyasi müvazinəti  bərpa etmək və saxlamaq. 
IV Henrix  “siyasi müvazinət” dedikdə, “dövlət marağına” təhlükə törədən, sərhədlərə təhlükə törədən 
faktorların olmamasını  nəzərdə tutmuşdur. Bu dövrdə Avropanı siyasi sarsıntılarla müşayət edən başlıca 
hadisələr: İspaniya vərəsəliyi və 30 illik müharibə ilə bağlı olmuşdur. Təsadüfi deyildir ki, fransız krallarının 
sonrakı  nəsilləri də IV Henrixin siyasətini davam etdirmiş, lakin xarici siyasətdə Avropa və  şərq istiqamətini 
ayırmışlar. 
Fransız krallarından biri 1535-ci ildə Türkiyə ilə imzalanmış müqaviləni 1604-cü ildə təzələmiş və ona 
xüsusi bənd əlavə olunmuşdu.Həmin bəndə görə, Fransanın ticarət gəmiləri Qara dəniz boğazından keçə bilər və 
gömrük xərcləri ödənilərkən müəyyən imtiyazlar əldə edə bilər. Analoji müqavilə dörd il əvvəl  İngiltərə ilə 
imzalansa da, lakin İngiltərəyə icarəyə götürdükləri ölkələrin gəmiləri ilə bağlı bu imtiyazlardan istifadə şamil 
edilməmişdi.   
Fransanın xarici siyasəti öz klassik məzmununa kardinal Rişelyenin hakimiyyəti dövründə malik oldu. 
Rişelye öz dövrün müasirləri kimi kilsə təhsili almış, müxtəlif kilsə vəzifələrini yerinə yetirmiş və 1614-cü ildə 
Baş ştatlara nümayəndə seçildikdən sonra siyasi karyerası başlamışdı. Rişelye “Siyasi vəsiyyətnamə” əsərində 
hakimiyyətə  gəlişinin məqsədlərini izah edərək yazırdı:”Mənim  əsas məqsədim qədim Qalliya torpaqlarında 
yeni Qalliyanın, yəni Fransanın siyasi yüksəlişinə nail olmaqdı.” Öz məqsədlərini iki hissəyə bölən Rişelye 
yazırdı.“Mənim birinci məqsədim kralı yüksəltmək, ikinci məqsədim krallığı əzəmətli etməkdir.” 
Artıq XVII əsrin  əvvəlləri üçün fransız mütləqiyyətinin daxili və xarici siyasət məsələləri iki orqanın 
vasitəsilə  həyata keçirilirdi. Başlıca orqan Kral Şurası idi.Kral buraya hər 3 təbəqənin seçilmiş adlı-sanlı 
nümayəndələrini daxil etmişdi. Ikinci orqan gizli Kral Şurası idi.Bu orqan müxtəlif vaxtlarda 5,7,9 nəfərdən 
ibarət olmuş, lakin onun üzvlərini heç kəs tanımırdı. Dövlətin daxili və xarici siyasəti ilə bağlı strategiya və 
taktika məsələləri gizli Kral Şurasının prereqativi idi. Bu orqan müttəfiqləri və  rəqibləri müəyyənləşdirərək 
konkret fəaliyyət diapazonunu müəyyənləşdirirdi.  
Yeddi illik müharibə dövrünə aid “diplomatik inqilab” Rişelyenin dövründə başladı. XVII əsrin I 
yarısımda Fransanın hərbi və siyasi uğurları Rişelyenin adı ilə bağlıdır. 1618-də hakimiyyət elitasına daxil olan 


 
71
və gənc kralın regentinə hamilik edən Rişelye 1630 -cu ildən etibarən Birinci nazir postunu əlində cəmləşdirmiş 
və 1642-ci ilə  qədər bu vəzifəni davam etdirmişdir. Rişelye Fransanın  ərazi bütövlüyü uğrunda amansız 
mübarizəsi ilə məşhur idi.  
Hələ XIV əsrdə Fransanın cənub  əyalətlərinə Roma papasının təşkil etdiyi xaç yürüşlərindən sonra 
burada öz fəaliyyətini bərpa etmiş  və tarixə Hugenot respublikası adı ilə daxil olan dövlət yaranmışdı. 
Hugenotların iqamətgahı okean sahilindəki Tulon şəhəri ingilis hərbi mütəxəsislərinin köməyi ilə alınmaz 
qalaya çevrilmişdi. Rişelye artıq mövcudluğu yüz ili keçmiş Hugenot respublikası ilə mübarizəyə bütün 
Fransanın qüvvələrini cəlb etmiş  və özü 13 ilə yaxın bu ərazi uğrunda mübarizə aparmışdı. Rişelye siyasi 
“Vəsiyyətnamə”əsərində yazırdı:” Hugenont respublikası dövlət içərisində dövlət olub Fransanın  ərazi 
bütövlüyünü parçalayır və onun dövlət maraqlarına təhlükə yaradır.”  
Dənizdən və qurudan alınmaz olan Tulon şəhərinin 1629 –cu ildə tutulması ona səbəb oldu ki, gizli Kral 
Şurası Rişelyeyə “generalisisimus” hərbi dərəcəsini verdi .  
Rişelye Fransada duelin ən məşhur pərəstişkarlarından biri və eyni zamanda onu qanunla qadağan edən 
şəxs idi. Rişelye yazırdı ki, fransız zadəganları mütləqiyyətin şah damarıdır. Onlar müharibə meydanlarında qan 
tökməlidir. Dueli qadağan etdikdən sonra münasibəti müəyyənləşdirmək üçün yenidən həmin üsula müraciət 
edən öz yaxın dostu Butvili Paris meydanında yeddi metr hündürlükdə dar ağacından asdırmışdır.  
Rişelyenin Fransanın mədəniyyətində  və  mətbuatında  əvəzsiz xidmətləri olmuşdur. Onun dövründə 
”Fransa xəbərləri” adlı Avropada ilk qəzet çap olunub.Rişelyenin diplomatik yüksəlişində onun yaratdığı 
ənənələrin ,məktəbin çox böyük rolu olub .Rişelye diplomatik məktəbinin yetirmələri olan Fankan, Jozef Ata 
Şarnasse kimi diplomatlar bütün Avropada məşhur idilər.  
İspan kralı V Karla məxsus olan diplomatik üslubdan istifadə edən Rişelye xüsusilə  İngiltərə ilə 
münasibətlərdə kifayət qədər ehtiyatlı  və ardıcıl idi. Onun diplomatik fəaliyyəti 30 illik müharibə dövründə 
xüsusi  əhəmiyyətə malik olmuşdu. Mövcud tədqiqatlarda 1618- 1648-ci illəri  əhatə edən 30 illik müharibə 5 
dövrə bölünür. 
1.1618-1624-cü illər 
2.1624-1628-ci illər 
3.1628-1631-ci illər. (İtalyan dövrü) 
4.1631-1635-ci ilər. 
5.1648-ci ilə qədər. 
Rişelyinin diplomatik ustalığı  nəticəsində bütün Avropanın bir-birinə qarşı vuruşduğu dövrdə Fransa 
hərbi əməliyyatların iştirakçısı olmamış, öz siyasətini hərbi sahədə İsveç vasitəsilə həyata keçirirmişdi. Yalnız 
IV mərhələnin sonlarına doğru vəziyyət dəyişmiş, Fransa daha çox dividend götürmək üçün hadisələrə müdaxilə 
etməyə başlasa da, hərbi  əməliyyatlara yalnız 1640-cı ildən etibarən qoşulmuşdu. Rişelye bir strateq kimi, 
Fransanın  ətrafında yaranmış siyasi müvazinətin taleyinin parçalanmış alman knyazlıqları ilə bağlı olduğunu 
görürdü və buna görə  də  həmin parçalanmanın saxlanmasında ondan istifadə etdi. Otuz illik müharibə 
dövründən etibarən Rişelye Avropadakı siyasi vəziyyəti öyrənmiş və dəqiq müəyyən etmişdi.  
Rişelyenin İsveç kralı Qustav Adolfla siyasi ittifaqı təsadüfi olmamışdı.Müharibənin hər ili üçün Fransa 
İsveçə 1mln.livrə yaxın pul vermiş, üstəlik Hollandiyadakı silah emalatxanadan Fransa vasitəsilə alınmış 
silahlar  İsveçə daşınmışdı. Müharibənin Rişelye dövrü diplomatik kombinasiyaların mürəkkəbliyi ilə 
xarakterizə olunurdu.Belə ki. Rişelyenin yeritdiyi siyasi xətt nəticəsində təkcə hərbi əməliyyatlardakı nəticələr 
müəyyənləşmirdi.Habelə siyasi müvazinət üzərində bərqərar olacaq gələcək Avropa yaradılırdı.  
Otuz illik müharibə hələ dini müharibə dövründə ərazi dəyişiklikləri ilə müəyyənləşən Avropanın siyasi 
xəritəsini cızmışdı.Məlum olduğu kimi, Frank imperiyasının yerində yaranmış dövlətlərin ikisi - Almaniya və 
İtaliya feodal parçalanmaları dövrünü yaşayırdı. Rişelyenin əsas məqsədi Prusiyanın Almaniyanı birləşdirmək 
siyasətini dəfn etməkdən ibarət olmuş və buna da nail olmuşdu. 
Müasir geosiyasətdə “Vestfaliya sistemi
Ⅶ anlayışından geniş istifadə olunur. Haushoferdən - Frans 
Mandolfa qədər siyasi realizm nəzəriyyəçilərinə görə, Vestfaliya sistemi müasir dünya qaydasının beşiyi 
başında durur. 1644-cü ilin iyulundan etibarən başlanmış danışıqlar - Vestfaliya  müqaviləsi iki müqavilədən 
ibarətdir. 1644-cü ildən 1648-ci ilə  qədər davam etmiş danışıqlar nəticəsində Osna Bruyk və Vestminister 
şəhərlərində III Ferdinandla onun rəqibləri arasında iki müqavilə imzalandı.  
Müqavilənin şərtlərinə görə, Prussiya bir sıra ərazilərdən imtina edir, Fransa dini müharibələr dövründə 
əldə etdiyi şəhərlərlə yanaşı Almaniyanın qərb  ərazilərindəki yeni torpaqlara sahiblənir,  Şərqi və  Qərbi 
Pomeraniyanın bir sıra ərazilərini ələ keçirir, bununla da Avropanın şimalında bütün su yollarına nəzarət etdirdi. 
Fransa Strasburqla yanaşı, Mets, Tul, Verden qalalarını tutdu ki, bununlada  Lotaringiyada həmişəlik 
möhkəmləndi.  
Vestfaliya sisteminin qurulması Vyana konqresi çağırılana qədər beynəlxalq münasibətlərdə başlıca 
qayda hesab olunurdu. Vestfaliya sistemi 3 dəfə-Vyana konqresi dövründə, 1918-20-ci il Versal sistemi 
dövründə və Yalta sisteminə uyğun dəyişmişdi.  


 
72
XVII  əsrin II yarısı fransız mütləqiyyətinin apardığı  və ona uğur gəyirməyən 4 müharibə ilə 
səciyyələnir. Bütövlükdə yüzillikdə Avropanın siyasi xəritəsində yeni burjua respublikalarının yaranmasını 
şərtləndirən  Hollandiya və İngiltərə burjua inqilabları baş vermiş və bunun nəticəsində Avropanın siyasi həyatı 
dəyişmişdi. 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin