74
- presveterianlar ölkədə mərkəzləşmiş kilsəni saxlamağa tərəfdar çıxır, lakin kilsənin başında kraldan
asılı yepiskopun deyil, seçilmiş başçının (peresviterin) olmasını istəyirdilər. Presviter sinod qurultayları
qarşısında məsuliyyət daşıyırdı.
-
indenendentlər (müstəqillər) isə mərkəzləşmiş kilsəyə qarşı çıxır, hər bir kilsə icmasının müstəqilliyi
ideyasını yayırdılar. Bu kilsənin başında kilsə icmasının üzvləri tərəfindən seçilmiş və səlahiyyətləndirilmiş
başçı durmalı idi.
1641-ci ilin yazında xalq kütlələrinin inqilabi çıxışlarının genişlənməsi ilə əlaqədar parlament
müxalifəti 204 bənddən ibarət «Böyük remonstrasiya» adlı sənədlə çıxış etdi. Burada kralın cinayətləri
sadalanır, müstəqil daxili və xarici siyasət yeridilməsi, burjua azadlıqlarının verilməsi,
müstəqil puritan kilsənin
yaradılması tələb edilirdi.
Məlum olduğu kimi, ingilis puritanlarının ilk dəstələrindən biri hələ 1629-cu ildə «May çiçəyi»
gəmisində Amerika sahillərinə yan almış və Virginiya ştatının əsasını qoymuşdular. Puritançılığın əlehdarı olan
I Karl Roma papası ilə münasibətlərin kəsilməsini, yəni ingilis kilsəsinin müstəqilləşməsini cinayət hesab edirdi
və bu məsələdə qarşıdurma xüsusi ilə gərgin xarakter almışdı.
Kralın parlament müxalifətini həbs etmək və parlamenti buraxmaq cəhdi boşa çıxdıqdan sonra başlıca
tərəfdarlarının toplaşdığı şimal qraflıqlarına qaçmağa məcbur oldu və 1642-cim ilin avqustunda I Karl
Nottinqemdə qara rəngli müharibə bayrağını qaldırdı. Vətəndaş müharibəsinin I mərhələsi başlandı (1642-
1647). Vətəndaş müharibəsi dövründə İngiltərədə baş verənləri İspaniya və Fransa diqqətlə izləyirdilər. Fransız
kralları ilə qohumluq əlaqələrinə malik olan Stüartlar Fransanın dəniz gücündən İngiltərədəki rəqiblərinə qarşı
mübarizədə istifadə etmək arzusunda olduqlarını gizlətmirdilər və bu məqsədlə fransız kardinalı Mazarini ilə
müvafiq danışıqlar da başlanmışdı. Müharibənin əvvəlində üstünlük I Karlın tərəfindən idi.
1642-ci
ilin
payızında Echill döyüşündə parlament ordusu əzildi, ona prestveteranlardan qraf Mançester
və qraf Esseks başçılıq edirdi. 1644-cü ilədək üstülük kral ordusunun əlində idi.
Müharibənin gedişində Oliver Kromvelin (1599-1658) hərbi istedadı parladı. Orta zadəgan ailəsində
doğulmuş Kromvel tezliklə independentlərin liderinə çevrildi və ordunu yenidən qurmağa müvəffəq oldu. 1644-
cy ildə Marston-Mur döyüşündə parlament ordusu ilk böyük qələbə çaldı. Bu döyüşdən sonra Kromvelin
əsgərləri “dəmirböyürlü” adlanmağa başladı. Orduda əvvəlcə 22 min, sonradan 70 min döyüşçü var idi. Baş
komandan Tomas Ferfaksın başçılığı altında 1645-ci il iyunda Yeyzbi döyüşündə parlament ordusu tam qələbə
çaldı. 1646-cı ilin yazında Kral Şotlandiyaya qaçmağa məcbur oldu, onlar isə kralı pulla parlamentə satdılar.
Royalistərin sonuncu istingahları 1647-ci ilin martında süqut etdi.
Neyzbi döyüşündən sonra I Karlın arvadı Generetta başda olmaqla qohumları Fransada sığınacaq
tapmışdılar.İngiltərədə vətəndaş müharibəsi dövründə Fransanın buradakı səfiri Karulle və İspaniyanın səfiri
Don Allon Karden Kromveli öz tərəfinə çəkmək üçün öz xidmətlərini təklif edirdilər. Fransız
səfiri Karulle
Mazarinin tapşırığı ilə Kromvelə ittifaqla yanaşı böyük miqdarda pul, edam olunmuş kralın qohum-əqrəbasını
və dəniz siyasətində müttəfiqlik təklif edirdi.
Təsadüfi deyildi ki, Fransanın adı Kromvelin imzaladığı Naviqasiya Aktında öz əksini tapmışdı. Aktda
öz əksini tapmayan dövlətlər sırasında Hollandiya və İspaniyanın da adı vardı. Kromvel İspan səfirinin qardaşını
özünü yaxşı aparmadığına görə camaat qarşısında edam etdirmişdi.
1645-ci ildə baş vermiş Neyzbi döyüşü təkcə İngiltərədə deyil, Avropada da siyasi vəziyyətə ciddi təsir
göstərdi. Bu döyüşdən sonra Kromvelin həm hərbi, həm də siyasi gücü artdı. Kral tərəfdarları royalistlərin də
puritanlar kimi, Avropaya və Amerikaya axını başladı. Doğrudur, Kromvel ölkə daxilində bir sıra cərəyanların
müqavimətini də aradan qaldırmaq məcburiyyətində idi. Vətəndaş müharibəsinin I mərhələsi başa çatdıqdan
sonra parlament Avropa siyasətində İngiltərənin rolunun bərpasına çalışırdı və bu məqsədlə konkret tədbirlər
görülürdü.
Neyzbi
döyüşündən sonrakı dövr ərzində siyasi səhnəyə Levellerlər partiyası da çıxdı. Onun lideri Con
Lilbern (1614-1657) idi. Bu partya xırda burjua ideloqu olub aşağı təbəqələri və əsgərləri əhatə edirdi. Lakin
hərəkatın ömrü qısa oldu və 1649-cu ildə başa çatdı. Parlament Lilbernin qovulması haqqında
qanun verdi və o,
Şotlandiyaya getdi. Az sonra Cerard Uinstenlinin (1609-1652) başçılıq etdiyi həqiqi levellerler- diggerlər
hərəkatı (digger- yerqazan deməkdir) başlandı.
Həbsdə saxlanılan kralın qaçması ölkədə vəziyyətin yenidən gərginləşməsinə səbəb oldu. Tampl
qalasından qaçan kral yenidən öz tərəfdarlarını və parlamentdən narazı qüvvələri toplamağa müvəffəq oldu.
1648-ci ilin fevralında cəmi üç ay davam edən II vətəndaş müharibəsi başladı. I Karl şotlandları da öz tərəfinə
çəkərək arxanı möhkəmləndirdi və mübarizəni davam etməyə başladı. Lakin Kromvel dərhal genişlənməkdə
olan hadisələrə reaksiya verdi və parlament ordusu avqustda Preeton yaxınlığında royalistlərin və şotlandların
birləşmiş qüvvələrini darmadağın etdikdən sonra müharbə başa çatdı. Kral I Karl əsir götürüldü və ciddi şəkildə
mühafizə edilməyə başladı. Bu vaxtdan etibarən kralın taleyi ilə bağlı parlament müzakirələrinə start verildi.
Kromvelin kralın edam edilməsi ilə bağlə təklifi müqavimətlə qarşılandıqdan sonra parlamenti
prestveterianlardan təmizləmək üçün 1647-ci il 6 avqustda və 1648-ci il 5 dekabrda sayı 140 nəfərə çatan
presveterianlar parlamentdən qovuldu. Bu hadisə tarixə «Prayd təmizlənməsi» adı ilə daxil oldu.
75
Gərgin müzakirələrdən sonra 1648-ci ilin dekabrında parlament kralı mühakimə etmək üçün tribunal
yaratdı. Tribunal kralı vətənə xəyanətdə ittiham edərək ona ölüm hökmü çıxardı və I Karl 1649-cu ilin yanvarın
30-da edam edildi. 1649-cu il mayın 19-da İngiltərə respublika elan edildi. 1653-cü
ildə Uzunmüddətli
parlamentin qalıqları qovulduqdan sonra xarici siyasət məsələləri başlıca olaraq Kromvelin əlində cəmləşdi.
İngiltərə tarixinin 1649-1653-cü illər dövrü I respublika (İndependent respublikası), 1659-1660-cı illər
dövrü isə II respublika dövrü kimi səciyyələnir. Birinci respublikanın dövründə xarici siyasət məsələləri tam
şəkildə Kromvelin əlində cəmləşmişdi. Onun Avropa siyasətində üç ölkə: Fransa, İspaniya və Hollandiya
mühüm yer tuturdu.
Kromvel Hollandiyadan İngiltərəyə ilhaq olunmağı tələb edirdi. İspaniyadan isə inkvizasiyaya son
qoyulmasını və Amerika qitəsi ilə ticarətə başqa ölkələrə, o cümlədən də İngiltərəyə də imkan yaradılmasını
tələb edirdi.
Bu dövrdə İngiltərədəki İspaniya səfiri Don Alonso Karden və Fransa səfiri Karulle böyük diplomatik iş
aparırdılar. Edam edilmiş kralın Fransaya qaçmış arvadı Qenrietta-Mariya və ona bağlı saray dairələri Fransanın
İngiltərə ilə yaxınlaşmasına göstərdikləri müqavimətə baxmayaraq, uzun sürən danışıqlardan sonra 1655-ci ildə
Fransa ilə müqavilə bağlandı. Çünki kardinal Mazerini Kromvelə pul, edan olunmuş kralın ailəsini və ittifaq
təklif etmişdi.
Müqvilə hər iki ölkənin Avropa siyasətində ziddiyyətlərin yumşalmasına, İspaniya və Niderlanda qarşı
isə birgə siyasətin yeridilməsinə imkan verirdi.
İngiltərə ilə fəal rəqabət aparan Hollandiyanı sıradan çıxarmaq üçün Kromvel Naviqasiya Aktı adlı
sənəd imzaladı (1651-ci il 5 avqust). Sənədə görə, İngiltərəyə mallar ancaq ingilis gəmilərində və adı akta
düşmüş ölkələrdən gətirilə bilərdi. Hollandiyanın aktdan ciddi narazılığı 1652-54-cü
illər ingilis-holland
müharibəsinə gətirib çıxardı ki, bu müharibədə Hollandiya əzildi və təslim oldu. Sülhün şərtinə görə,
Hollandiyanın çoxsaylı ticarət donanması İngiltərə bayrağı altında hərəkət etməli idi. Birləşmiş əyalətlərin Baş
ştatlarının iclasında dövlət xadimlərindən biri obrazlı şəkildə demişdi ki, bunban sonra biz də, dəniz də
ingilislərin himayəsindəyik.
1651-ci il 5 avqust Naviqasiya Aktından sonra İspaniya ciddi şəkildə narazılıqlarını bildirdi. İspaniyanın
Kromveldən Franasaya qarşı istifadə etmək cəhdləri uğursuzluqla nəticələnməsi iki ölkə arasında münasibətlərin
gərginləşməsini şərtləndirdi. Kromvel Kardeniyadan inkivizasiyaya (kilsə məhkəməsi) son qoyulmasını və
Vest-İndiyaya (Amerika) gedən dəniz yolundan maneəsiz istifadə olunmasını tələb etdikdə səfir cavabında - bu
mənim hökmdarımın iki gözünü istəmək kimi şeydir, -cavabını vermişdi.
1656-cı ildə İspaniya ilə başlanan müharibə Kromvelin ölümündən sonra qələbə ilə başa çatdı. Qul
alverinin mərkəzi olan Yamayka adası İngiltərənin əlinə keçdi. İspaniya Avropa siyasətindən sıxışdırılıb
çıxarılmağa başladı.
İngiltərə burjua inqilabının 1653-1659-cu illər dövrü Kromvel protektoratlığı dövrü adlanır. 1653-cü il
16 dekabrda Kromvel respublikanın lord-protektoru (müdafiəçisi) elan olundu. Respublikanın konstitusiyası
qəbul edildi. Ölkə başında general-mayor dayanan dairələrə bölündü. Respublikanı Dövlət Şurası və parlament
idarə edirdi. 1657-ci ilin mayında protektorluq irsi elan edildi və lordlar palatası bərpa edildi. 1658-ci ilin
payızında Kromvelin ölümündən sonra 1658-1959-cu illərdə oğlu Riçard Kromvel lord -protektor oldu.
1650-ci ildə İngiltərəni İspaniya və Fransa tanıdılar. 1649-1652-ci illərdə Kromvel İrlandiyaya yürüş
edərək üsyanı qan içində boğdu, Dublin şəhəri qarət edilərək yandırıldı (üsyan İrlandiyada 1641-ci ildə
başlamışdı).
Kromvel 1653-cü illərdə İsveç, Danimarka və Portuqaliya ilə ticarət müqavilələri imzalanmışdı.
1659-cu il mayından 1660-cı ilin may ayına qədər davam edən II respublika dövründə İngiltərəni
parlament təkbaşına idarə edirdi. 1660-cı il fevralın 3-də Şotland ordusunun komandanı general Monk ordusu
ilə Londona daxil oldu, dövlət çevrilişindən sonra yeni parlament seçkiləri keçirildi. Apreldə parlament I Karlın
oğlu II Karlı taxt-taca bərpa etdi. (1660-1685). Oğlu II Yakov (1658-1688) katolik idi. II Yakov və oğlu II Karl
Stüartların əvvəlki qeyri-məhdud hüquqlarını bərpa etməyə çalışırdılar. Lakin hər iki kralın yeritdiyi siyasi xətt
çox tezliklə İngiltərər parlamentində və hakimiyyət elitasında yeni müxalifətin
meydana gəlməsini şərtləndirdi,
ölkədə ictimai-siyasi vəziyyət yenidən olduqca kəskin xarakter aldı.
Parlament partiyaları – torilər, viqlər və anqlikan kilsəsi Fransanın dəstəyindən istifadə edərək
Stüartların qadın xətti ilə qohumlarından olan II Yakovun qızı Mariyanın əri protestant Oranlı Vilhelmə (o
Hollandiyanın ştathalteri idi) müraciət edərək onu İngiltərəyə kral taxtına dəvət etdilər. 1688-ci il dekabr ayında
Vilhelm (1688-1702) Londona daxil oldu və II Yakov tələsik şəkildə Londonu tərk etmək məcburiyyətində
qaldı.
Hakimiyyəti tamamilə ələ aldıqdan sonra 1689-cu il oktyabr ayında Vilhelm «hüquqlar haqqında» bill
adlı parlamentin və kralın hüquqlarını müəyyənləşdirən sənəd imzaladı. 13 bənddən ibarət billdə xarici siyasət
fəaliyyətinin bütün sahələri parlamentin prereqativinə çevrilirdi. Həmin sənəd İngiltərə parlament
monarxiyasının təsis aktı hesab edilə bilər. Beləliklə, 1688-ci il «şanlı inqilabı» adlanan bu hadisə ilə də
İngiltərə burjua inqilabı başa çatdı. İngilis tarixşünaslarınının «şanlı inqilab» adlandırdığı epizod 1688-1689-cu