78
bəyannaməsi”ni elan etdi. Bəyannamə 13 ingilis koloniyasının metropoliyadan ayrılmasını və sərbəst ştatlarda
“ABŞ” adı altında vahid respublikada birləşməsini elan edirdi.
Respublikanın ilk günlərindən etibarən xarici siyasət məsələləri ilə kontinental konqresin plenumu
məşğul olurdu. Həm I, həm də II kontinental konqres öz plenumu vasitəsilə «gizli müxbir komitələrini» təsis
etmişdi. Gizli müxbir komitələri ilk dövrlərdə koloniyaların fəaliyyətinin əlaqələndirilməsində mühüm rol
oynayırdı. Bu komitələr Kanadada da meydana gəlmişdi. İngiltərənin Kanadanın ərazisində 30 min nəfərlik
hərbi qüvvə saxlaması Kanada ilə 13 koloniya arasında fəaliyyətlərin əlaqələndirilməsinə imkan vermədi.
İstiqlaliyyət müharibəsi dövründə Amerikaya ingilis generallarından Burqoynun, Karnoullisin və
Xounun başçılığı altında 90 min nəfərlik hərbi qüvvə daşınmışdı, alman muzdularından ibarət 30 minlik hərbi
qüvvvəni də bura daxil etsək, 120 min nəfərlik ordunun Amerika sahillərinə aparıldığı nəticəsini alırıq. Lakin bu
ordunun fəaliyyətinin əlaqələndirilməməsi, həm də azadlıq mübarizəsinin vüsəti İngiltərənin planlarını puça
çıxardı. Əgər əvvəllər xarici siyasət məsələləri bu sahə ilə o qədər də bağlı olmayan orqanlara həvalə olunsa da,
1777-ci ildə Saratoqi döyüşündən sonra bu məsədlə Dövlət departamenti yaradılmış və Dövlət Katibi postu təsis
olunmuşdu. ABŞ-ın ilk Dövlət Katmbi Robert Lvinqston olmuşdu. Lakin Dövlət departementinin XIX
yüzilliyin sonlarına qədər cəmi 80-ə qədər əməkdaşı var idi.
Dostları ilə paylaş: