Sxem 3.1. Riskin azaldılması yolları
Mənbə: Steve L. Allen. “Financial Risk management” 2016 kitabının
məlumatları əsasında müəllif tərəfindən tərtib olunmuşdur.
Sxem 3.1-dən də göründüyü kimi, riskin tazaldılması yollarının
əsasında iki əsas metod vasitəsilə həyata keçirilir ki, bunlardan da
birincisi risklərin aradal qaldırılması, digəri isə risklərin azaldılması
üsullarının təmin olunmasıdır. Risklərin aradan qaldırılması prosesi də
Risklərin
azaldılması
yolları
Risklərin
aradan
qaldırılması
Riskdən
qaçmaq
Riskin
ötürülməsi
Riskin
saxlanılması
Risklərin
azaldılması
Limitləşdirmə
Diversifikasiya
Sığorta və
özünü sığorta
Xəcirləmə
50
üç formada təzahür edir. Həmin formalar isə riskdən riskdən qaçmaq,
riskin saxlanılmasının təmin olunması və eləcə də riskin ötürülməsinin
təmin olunmasıdır. Risklərin azaldılması üsulunun əsasında isə
diversifikasiya, limitləşdirmə, sığorta və özünüsığorta və xəcirləmə kimi
proseslər dayanır. İndi isə xərclərin azaldılmasının qeyd olunan
növlərinin təhlilini həyata keçirək (Altman, 1997: 12):
Diversifikasiya dedikdə, müxtəlif fəaliyyət növləri üzrə
kapitalın bölüşdürülməsi zamanı yarana biləcək risklərin bir
hissəsinin azaldılması prosesi başa düşülür.
Limitləşdirmə dedikdə, bankın risk xərclərinin son həddi
başa düşülür. limitləşdirmə elə xərclər kateqoriyasına aiddir
ki. bu xərcləri banklar hiss etməyə də bilər. başqa sözlə
desək, kifayət qədər az olan xərclərdir.
Özünüsığortalama dedikdə isə bankların sıöortalanmaqdan
özünüsığortalamağa keçməsi prosesinin icrası başa düşülür
ki. bu zaman da sığortalanmaq haqqlarının azalması prosesi
baş vermiş olur.
Xəcirləmə dedikdə isə, uzunmüddətli dövrlərdə məhsulların
göndərilməsini, satışını nəzərdə tutan istənilən mal-
materialların
qiymətlərinin
əlverişsiz
risklərinin
sıöortalanması prosesi başa düşülür.
51
NƏTİCƏ
Hər bir bankın fəaliyyətinin əsasında bank fəaliyyəti zamanı
yaranmış və yaxud da yarana biləcək risklərin müəyyən olunması və
eləcə də həmin risklərin düzgün idarə olunmasının təmin olunmasıdır.
Risklərin idarə edilməsi prosesi kifayət qədər nəzəri və mürəkkəb proses
olmaqla yanaşı, eyni zamanda da müəssisənin dayanıqlı fəaliyyəti
baxımından kifayət qədər aktual prosesdir. Bu baxımdan da hər bir bank
öz fəaliyyətində mövcud risklərin müəyyən olunması, həmin risklərdən
sığortalanmaq, bu risklərin maliyyə xarakterli təsirlərini aradan
qaldırmaq, bir sözlə isə bankların fəaliyyərində risklərin idarə
edilməsinin təmin edilməsi prosesi öz aktuallığını qoruyaraq
saxlamaqdadır.
Müasir maliyyə-kredit sisteminin əsasında dayanan əsas
anlayışlardan biri də bank riskləridir. Bank risklərinin mövcud olması
hər bir bankın fəaliyyətində mühim əhəmiyyət kəsb edən məsələlərdən
biridir. Bank riskinin yüksək səviyyədə olması bankların gələcək
dövrlərdə fəaliyyətinə əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Bu
baxımdan deyə bilərik ki, hər cür kommersiya bankı öz fəaliyyətində
bank risklərini analiz etməli, həmin risklərin indiki və gələcək
dövrlərdəki nəticələrini analiz etməlidirlər.
Risklərin idarə olunması dedikdə. elə risk forması başa düşülür ki.
həmin risk son nəticədə müəssisəyə, daha da konkretləşdirsək banka
mənfəət gətirməyə imkan versin.
Risklərin idarə olunması hər bir bankın qarşısında dayanan əsas
məsələlərdən biridir. Banklarda risklərin idarə olunması müxtəlif
proseslərin vəhdətindən ibarətdir. belə ki, həmin proseslərə aşağıdakıları
aid etmək olar:
Risklərin müəyyənləşdirilməsi;
Risklərin qiymətləndirilməsi;
52
Risklərin ölçülməsi;
Risklərin tənzimlənməsi.
Yuxarıda dediklərimiz əsasında belə bir nəticəyə gələ bilərik ki,
risklərin idarə olunması proseduru dörd əsas həlqəni əhatə edən
prosesdir. belə ki, risklərin idarə olunması prosesi risklərin
müəyyənləşdirilməsi ilə başlayır, daha sonra müəyyənləşdirilmiş
risklərin qiymətləndirilməsi prosesi həyata keçirilir. Mövcud risk
dərəcələrinin qiymətləndirilməsinin nəticəsindən asılı olaraq risklərin
ölçülməsi də həyata keçirilir. Bank risklərinin ölçülməsinin nəticəsi
olaraq isə həmin risklərin tənzimlənməsi, eyni zamanda da hansı alətlər
vasitəsilə tənzimlənməsi prosesi xüsusilə fərqləndirilir.
Banklar öz fəaliyyətlərinin düzgün qiymətləndirilməsində
özlərinin stress-test modellərini yaratmalı və bu modelə uyğun olaraq
bankın qarşılaşa biləcəyi hər hansı bir problemi, risk amillərini müəyyən
etməlidir.
Stress-testlər hazırlanarkən istifadə olunan bütün məlumatların
mötəbərliliyi və eləcə də aktuallığı qiymətləndirilməli və əhatəli şəkildə
təhlil olunmalıdır. Eyni zamanda da stress-testlər hazırlanarkən “ən
yaxşı”, “ən pis” və “ehtimal olunan” bütün ssenarilər nəzərdən
keçirilməli, hər bir ssenari üçün ayrılıqda götürülmüş şoklar müəyyən
edilməlidir.
Azərbaycan
Respublikasında fəaliyyət göstərən bankların
fəaliyyətinin tənzimlənməsində nəzarəti Azərbaycan Respublikasının
Mərkəzi
Bankı
həyata
keçirir.
Azərbaycan
Respublikasının
Konstitusiyasına əsasən, Mərkəzi Bank dövlətin çox müstəsna
mülkiyyətindədir. Mərkəzi Bank kommersiya xarakteri daşımır, o, yalnız
bankların normal fəaliyyətinin təminatçısı, eyni zamanda da bankların
fəaliyyətinin tənzimlənməsində çıxış edir.
53
Hər bir kommersiya bankının ən mühim vəzifəsi rentabelli
fəaliyyət göstərərək vermiş olduğu xidmətin müqabilində qazanc əldə
etməsidir. bu baxımdan da hər bir bank, xüsusilə də kommersiya
bankları öz fəaliyyətlərində risklərin idarə edilməsi mexanizminin
təkmilləşdirilməsinə, bankların fəaliyyəti dövründə məruz qala
biləcəkləri potensial risklərin azaldılması sahəsində tədbirlərin həyata
keçirilməsini əsas götürür.
Bankların fəaliyyətində risklərin idarə olunması proseslərin
təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilən əsas tədbirlərdən biri də
risklərin idarə olunması üzrə müvafiq strategiyaların hazırlanması, eyni
zamanda da bankların maliyyə bazarına təqdim etmiş olduğu yeni
xidmətlərin həmin bankın strategiyasına uyğunluğunun müəyyən
olunmasıdır.
|