Yol hərəkəti haqqında



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə58/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   54   55   56   57   58   59   60   61   ...   130
yhq az

Qeyd:  At  arabaları  (kirşələr)  işığı  əks  etdirən  qurğu  ilə,  sutkanın  qaranlıq  vaxtı  isə,  həm  də  fənərlərlə  təchiz 

olunmalıdırlar. 



 

Maddə  48.  Nəqliyyat  vasitələrinin  üstün  hərəkət  rejimi  ilə  hərəkəti  və  bununla  əlaqədar  digər 

sürücülərin vəzifələri 

I. Üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət 

rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar. 

II.  Yuxarıda  nəzərdə  tutulmuş  nəqliyyat  vasitələrindən  biri  yaxınlaşdıqda,  hərəkətdə  iştirak  edən  digər  nəqliyyat 

vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri 

üçün  zolağı  boşaltmalı  və  ya  yol  qırağına  mümkün  qədər  yaxın  hərəkət  etməli,  zərurət  olduqda  isə  nəqliyyat 

vasitəsini dayandırmalıdırlar. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə 

verən  nəqliyyat  vasitəsinin  müşayiət  etdiyi  mütəşəkkil  nəqliyyat  dəstəsinə  daxil olmayan  nəqliyyat  vasitəsinin  belə 

mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməsi qadağandır.



  

III.  Yolayrıcından  kənarda,  tramvay  yollarının  yolun  hərəkət  hissəsi  ilə  kəsişdiyi  yerlərdə  tramvay,  onun  depodan 

çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir. 

IV. 


  5.9, 

  5.10.1, 

  5.10.2, 

  5.10.3  nişanları  ilə  işarə  edilmiş,  ümumi  istifadədə  olan 

nəqliyyat  vasitələri  üçün  nəzərdə  tutulmuş  zolağı  olan  yollarda  hərəkət  edən  digər  nəqliyyat  vasitələrinin  həmin 

zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət 

hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən 

və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, 

ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. 

V. Yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol 

verməlidirlər. Trolleybus  və  avtobus sürücüləri  yalnız onlara yol  verildiyinə  əmin olduqdan sonra  hərəkətə başlaya 

bilərlər.  Üstün  hərəkət  rejimli  nəqliyyat  vasitəsinin  sürücüsü  yol  hərəkətinin  qalan  iştirakçılarını  təhlükə  altında 

qoymamaq şərtilə, bu Qanunun tələblərindən kənara çıxa bilər. Bütün hallarda, o, nizamlayıcının siqnallarına tabe 

olmalıdır. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin