Maddə 63. Üstünlük nişanları
I. Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki
nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir.
II. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər.
Maddə 64. Qadağan nişanları
I. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir.
II. Onların dairəvi forması, ağ fonu,
3.27,
3.28,
3.29,
3.30 işarələrinin mavi və qırmızı
haşiyəsi vardır.
3.1,
3.21,
3.23,
3.25 və
3.31 nişanlar rəngli tərtibatla
fərqlənirlər.
III. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya
onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən
7.1.1 lövhəciyi ilə quraşdırıla bilər.
IV.
3.2,
3.3,
3.4,
3.5,
3.6,
3.7,
3.8,
3.9,
3.34 və
3.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir.
V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir:
1)
3.2,
3.3,
3.4,
3.5,
3.6,
3.7,
3.8 — işarələnmiş sahədə
yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya
məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan
yolayrıcından girib-çıxmalıdırlar;
2)
3.2,
3.28,
3.29,
3.30 — I və II qrup əlillərin idarə etdiyi tanınma nişanına
malik nəqliyyat vasitələrinə;
3)
3.18.1,
3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin
kəsişmə yerinə aiddir.
VI.
3.16,
3.20,
3.22,
3.24,
3.26,
3.27,
3.28,
3.29,
3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində
yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl,
meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarda kəsişmə (qovuşma) yerlərində
nişanlar qüvvəsini itirmir.
VII.
5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş
3.24 nişanı həmin nişana
qədər qüvvədə olur.
2017v3
45
VIII. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər:
1)
3.16 və
3.26 nişanları üçün —
7.2.1 lövhəciyi tətbiq etməklə;
2)
3.20,
3.22,
3.24 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında
müvafiq olaraq
3.21,
3.23,
3.25 nişanları qoymaqla və ya
7.2.1 lövhəciyi tətbiq
etməklə.
3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən
3.24 nişanı qoymaqla azaltmaq olar;
3)
3.27,
3.28,
3.29,
3.30 nişanları üçün — onların qüvvədə olduğu sahənin
qurtaracağında
3.27,
3.28,
3.29,
3.30 nişanlarını
7.2.3 lövhəciyi ilə təkrarən
qoymaqla və ya
7.2.2 lövhəciyi tətbiq etməklə,
3.27 nişanı
1.4 nişanlama xətti ilə birlikdə;
3.28 nişanı isə
1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə
olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir.
IX.
3.10,
3.27,
3.28,
3.29,
3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan
qurulmuş tərəfinə şamil edilir.
Dostları ilə paylaş: |