Xülasə— Məqalədə sağlamlıq imkanları məhdud olan insanların
yeni texnologiyalar vasitəsilə cəmiyyətə inteqrasiya yolları
araşdırılmış və müəyyən həll yolları müzakirə olunmuşdur.
Açar sözlər— informasiya-kommunikasiya texnologiyaları; fiziki
məhdudiyyətli insanlar; əlillik; assistiv texnologiyalar.
I.
GİRİŞ
Sağlamlıq imkanlarının məhdudluğu, başqa sözlə əlillik–
fiziki və sosial qüsurun olması ilə yanaşı ictimai həyatda digər
fərdlərlə bərabər səviyyədə iştirak imkanlarının itkisi və ya
əskikliyidir [1]. Əlillik dedikdə, orqanizmin funksiyalarının
nasazlığı ilə bağlı sağlamlığın pozulması nəticəsində sosial
çatışmazlıq başa düşülür ki, o da öz növbəsində insanın həyat
fəaliyyətini məhdudlaşdırır və həmin şəxs ehtiyac duyduğu
işləri görməkdə çətinlik çəkir və ya bu imkandan tamamən
məhrum olur. Belə vəziyyət əlilliyi olan insanları öz
problemlərini həll etmək üçün müxtəlif vasitələr axtarmağa
vadar edir. Məhz bu məqamda texnoloji vasitələr köməyə gəlir
və onların cəmiyyət içində sağlam şəxslərlə bərabər imkanlar
əldə etməsinə şərait yaradır. Bu vasitələrdən biri kimi çıxış
edən
informasiya-kommunikasiya
texnologiyaları (İKT)
sağlamlıq imkanları məhdud insanların müəyyən məlumatlar
və biliklər əldə etməsinə kömək edərək, onların cəmiyyətə
inteqrasiyasını asanlaşdırır və inkişaf etməsi üçün şərait
yaradır, sosial mühitdə bir fərd kimi iştirakını təmin edir.
Lakin tək İKT bu insanların qarşısında olan baryerlərin məhv
edilməsində kifayət deyil. Bu şəxslərin cəmiyyətdə müstəqil
insanlar kimi yaşaya bilmələri üçün həm hökumət
qurumlarının, həm də özəl şirkətlərin iştirakı zəruridir.
Müasir elmi-texniki inkişaf sağlamlıq imkanları məhdud
insanların sağlam insanlarla bərabər işləməsi və yaşaması üçün
geniş imkanlar açır. Bu kateqoriyadan olan insanların fiziki
məhdudiyyətlərini nəzərə alaraq, kompüter avadanlığının idarə
olunması, verilənlərin daxil olunması və emalının onlara
uyğunlaşdırılmasına imkan verən texnologiyalar yaradılmışdır.
1998-ci ildə ilk dəfə sağlamlıq imkanları məhdud olan
insanların yenidən cəmiyyətə inteqrasiyasına xidmət edən bu
texnologiyalara
Assistiv
Texnologiyalar
(ing.
Assistive
Technologies) adı verilmiş və bu istiqamətdə çoxlu sayda işlər
həyata keçirilmişdir [2].
Assistiv texnologiyalar, yardımçı, adaptiv və reabilitasiya
cihazlarını özündə cəmləşdirən ümumi bir termindir [3].
Yardımçı cihazlar bütün fiziki və əqli qüsurları olan insanlar
üçün nəzərdə tutulur. Adaptiv cihazlar isə xüsusi sifariş
əsasında müəyyən fərdlərin ehtiyaclarına görə hazırlanır və
əlillik ünsürlərini aradan qaldıran həm yüksək texnologiya, həm
də adi texnologiya məhsulları buraya aiddir.
II.
ƏL
İ
LL
İ
Y
İ
OLAN ŞƏXSLƏR
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən,
hazırda dünya əhalisinin 15–16 faizi sağlamlıqla bağlı müəyyən
məhdudiyyətlərlə yaşayır. Bu, təqribən 1 milyard insan
deməkdir [4].
Birləşmiş Millətlər Təşkilatının (BMT) [5] hesabatına
əsasən, isə bu rəqəm bir qədər azdır – 10 faiz. Azərbaycanda
hazırda əlillər əhalinin 5,6 faizini təşkil edir [6]. BMT İnkişaf
Proqramı tərəfindən aparılan araşdırmalar göstərmişdir ki,
dünyada mövcud olan əlillərin 80 faizi inkişaf etməkdə olan
ölkələrdədir. Bu sahədə maraqlı araşdırmalardan biri də İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən aparılmışdır.
Belə ki, onların araşdırmalarına əsasən, təhsil almamış
insanların 19 faizi ahıl və sağlamlıq imkanları məhdud
olanlardan ibarətdir. BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı
(ing. UNESCO) tərəfindən aparılan araşdırmada isə məlum
olmuşdur ki, inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqların
90 faizi hətta məktəbə getmir [7]. Təbii ki, qeyd olunan
problemlər həm də bu vəziyyətdə yaşayan insanların maddi
sıxıntılarının olmasına gətirib çıxarır. Dünya Bankının
məlumatına əsasən, bütün dünyada kasıb əhalinin 20 faizini
əlilliyi olan insanlar təşkil edir. Bu statistik məlumatlara əsasən
demək olar ki, sağlamlıq məhdudiyyətləri olan insanlar
həqiqətən də müasir cəmiyyətdə çox əziyyət çəkirlər [7].
Bu hesabatların hazırlanması bir sıra problemlərlə müşayət
olunur ki, bunlardan biri əlilliklə bağlı vahid sərhədlərin
olmamasıdır, yəni bəzi ölkələr müəyyən tip qüsurlara malik
insanlara əlil kimi baxsalar da, digərləri onları bu kateqoriyaya
aid etmirlər. Bu isə, öz növbəsində, göstəricilərin həqiqətdə
olduğundan fərqli görünməsinə gətirib çıxarır. 1995-ci ildə
qəbul olunmuş “Əlilliyi olan şəxslər (bərabər imkanlar,
hüquqların müdafiəsi və tam iştirak)” beynəlxalq aktına [8]
əsasən əlillik aşağıdakı kateqoriyalara bölünür:
görmə qabiliyyətini itirənlər;
görmə qabiliyyəti zəif olanlar;
hiss etmə qabiliyyətini itirənlər;
eşitmə qabiliyyətini itirənlər;
|