görüşüb başına gələnləri danışmağı tələb edirdi [25, s.111];
Məltəmin əri Salehi həbsdən, özünü
ölümd
ən qurtardı, xarici düşməndən geri qalmayan yerli canavarların saldığı çirkabdan dartıb
çıxardı, öz ailəsinə və düz yoluna qaytardı [25, s.62] və s.
B
əzi nümunələrdə isə qurd sözünün müsbət və ya mənfi konnotasiya bildirməsi ondan əvvəl
işlənən təyinlə daha aydın xarakterizə edilir. Məsələn:
Gülafət xanım sakitcə dayanıb qulaq asırdı. Bu hiyləgər qurdun dedikləri başına batırdı [27,
s.335].
Konnotativ m
ənaya malik sözlərin semantik-üslubi təhlili hər bir dilin daşıyıcılarının milli-
psixoloji portretini yaratmaq üçün qiym
ətli informasiya verir. Belə bir fikir irəli sürülür ki, canavar
“köç
əri həyat sürən, ovçuluq və balıq ovu ilə yaşayan, həmçinin dağlarda yaşayan xalqlar arasında,
ad
ətən, ağıl və zadəganlığı, oturaq həyat sürən əkinçi və maldarlarda isə şər və aqressivliyi təcəssüm
etdirir” [28].
Şərq xalqlarına məxsus ibrətamiz hekayələrdə hər ikisi – həm qəddar, həm də
m
ərhəmətli canavar (qurd) iştirak edir və insan təbiətinin hər iki üzünü təmsil edir.
O da qeyd olunmalıdır ki, konnotasiyada implisit informasiya ifadə olunduğu üçün nitq
subyekti m
ədəni konnotasiyanı hər zaman anlaya bilmir, yəni mədəni konnotasiya heç də hər bir
ünsiyy
ət şəraitində dərk edilmir, anlaşılmır. Ancaq o, hər zaman eksplisit, təsviri şəkildə ifadə edilə
bil
ər və həmişə nitq aktının konkret tipinə aid olmur, həmişə bu və ya digər diskursla bağlı olur.
M
əsələn, qeyd olunan mənalardan başqa, Azərbaycan dilində qurd sözünün hətta “pul” konnotasiyası
da vardır ki, bu konnotasiya müasir dövrün məhsuludur və jarqon səciyyəlidir:
– De görüm, qurdun var?
– Qurd n
ədir, dayı?
–
Əşi, sən balqabaqsan məgər? Heç nə anlamırsan məgər?
– Yox.
–
İndi ki, yox, onda de görüm, pulun var?
–
Yetim oğlanam, məndə pul nə gəzir?
– Dem
ək, qurdun yoxdur! [25, s.54].
Nümun
ədən
göründüyü kimi,
qurd sözünün implisit konnotativ mənası (pul) dialoq
iştirakçılarının ikisinə də məlum olmur. Deməli, “pul” konnotasiyası qurd sözünün semantikasına
uzual deyil, okkazional şəkildə daxil olduğu üçün Azərbaycan dilinin bütün daşıyıcıları üçün aydın
deyil.
K
onnotasiyaların linqvokulturoloji kontekstdə tədqiqi zamanı dil situasiyalarında tez-tez
müşahidə olunan, cəmiyyətdə baş verən ictimai-mədəni dəyişiklikləri əks etdirən daha bir konnotativ
xüsusiyy
əti qeyd etmək lazımdır. İ.M.Kobozevanın fikrincə, bir dildəki sözlərin konnotasiyaları çox
zaman dig
ər dillərin daşıyıcılarına məlum olmur, buna görə də öz dilindəki sözdə mövcud olan mənfi
konnotasiyaları ləğv etmək istədikdə, dilə alınma yolu ilə elə ekvivalent daxil edilir ki, o, həmin mənfi
konnotasiyalardan m
əhrum olur və söz alan dildə yeni konnotasiyalar qazanır. Bu konnotasiyalar
sinonimik neologizmin götürüldüyü dilin aid
olduğu ölkə haqqında təsəvvürlərlə əlaqəli olur [29,
s.94]. Dem
əli, nəticədə, doğma dildə pis münasibətləri əks etdirən, mənfi çalarlı reallıqlar başqa cür
adlandırılmağa başlanır. Görünür, bu, həmin sözlərin ilkin mənasını yumşaltmaq, pərdələmək və ya
ona daha ön
əmli status vermək məqsədi ilə edilir. Çox güman ki, bu prosesin əksi də müşahidə oluna
bil
ər, yəni mənfi konnotasiyalar daşımayan xarici söz başqa bir dil tərəfindən alınır və yeni sosial-
m
ədəni mühitlə əlaqədar olaraq, əlavə mənfi konnotasiyalar qazanır.
Konnotasiya, semantik m
ənanın hissəsi kimi, ikinci dərəcəli, lakin sabit əlamətlərlə yaradılır,
linqvom
ədəni birliyə, yəni dilçiliklə mədəniyyətin birliyinə istinad edir, gerçəklik haqqında assosiativ-
obrazlı təsəvvür formasında meydana gəlir, dil və nitq səviyyələrində müxtəlif formalar qazanır,
obyekt
ə emosional-qiymətləndirici münasibət ifadə edir. Həm dil hadisələrinin
mədəniyyət əlamətləri
il
ə əlaqədə şərhi, həm də konnotasiyaların başqa dillərdən götürülməsi hadisələrinin izahı milli-
m
ədəni hadisələrdən və dil kollektivinin həyatında onların özəlliklərindən danışmağa imkan verir.
H
ər bir dilin semantikasında həm ümumi mədəni universalilərin əksi, həm də konkret xalqa
m
əxsus mədəniyyətin xüsusiyyətləri – lakunalar (lakuna latın sözüdür, “çökək, çuxur, batıq”
m
ənalarını verir) vardır. Lakuna həm dar, həm də geniş mənada işlənir. Dar mənada lakuna, yəni dil
lakunası dedikdə, bu və ya digər anlayışı ifadə edən sözün dilin leksik sistemində olmaması başa
düşülür. Geniş mənada lakuna isə mədəniyyətin dildə və bu mədəniyyətin daşıyıcılarının nitqində öz
əksini tapan, kommunikasiya prosesində başqa linqvomədəniyyətin daşıyıcıları tərəfindən ya tamamilə
anlaşılmayan, ya da tam başa düşülməyən milli-spesifik elementidir. Deməli, geniş mənada lakuna
dedikd
ə, dil vahidinin milli-mədəni konnotativ semantikası nəzərdə tutulur.
Etnos m
ədəniyyətinin xüsusiyyətləri linqvistik mentallığın milli-spesifik komponentinin
özün
əməxsus xüsusiyyətlərini müəyyənləşdirir. Buna görə də hər bir dildə dünyanın konseptual
m
ənzərəsi milli özünəməxsusluq əsasında formalaşır. Linqvistik mentallığın milli-spesifik
kompon
entinin reallaşdırılması ilə əlaqədar olaraq, dilçilik ədəbiyyatında mədəni konnotasiya hadisəsi
haq
qında daha tez-tez söhbət gedir.
M
ədəni konnotasiya denotativ mənaya aid elə əlavə əlamətdir ki, milli-mədəni təcrübəyə dair
m
əlumatları özündə birləşdirir. Məhz milli təcrübə dilin bütün səviyyələrdə xüsusiyyətlərini müəyyən
edir. H
ər bir dilin xüsusiyyətlərinə uyğun olaraq, həmin dildə danışanların şüurunda dünya haqqında
mü
əyyən mənzərə yaranır və insan dünyanı o prizmadan görür. Dünyanın dil mənzərəsi xalqın
çox
əsrlik təcrübəsi ilə hazırlananların və dünyada mövcud olanların dildəki nominasiya vasitələri ilə
h
əyata keçirilən təsviridir.
Dil daşıyıcıları dünyanın dil mənzərəsini formalaşdıran mədəni konseptləri mədəni
konnotasiyalar vasit
əsilə şərh edirlər. Ancaq mədəni konnotasiyaların əksəriyyətində hətta dil
daşıyıcıları üçün də hər zaman aydın olmayan implisit məlumatlar olur.
Bel
əliklə, mədəni konnotasiyanın funksiyası bütün dillər üçün universal olmayan xüsusiyyətləri
dilin konseptual sistemin
ə əlavə etməkdən ibarətdir. Bu isə hər bir konkret dilin spesifik
xüsusiyy
ətlərini müəyyən edir.
“Koenə görə, söz eyni zamanda həm denotativ, həm də konnotativ ola bilməz: “Konnotasiya və
denotasiya –
antaqonistdir. Eyni vaxtda həm emosional, həm də ağıllı cavab vermək olmaz. Onlar
kəskin şəkildə bir-birinə ziddir və birinin meydana çıxması üçün digəri yox olmalıdır” [30, s.202].
Leksikanın konnotativləşdirilməsi sahəsinin araşdırılması milli-mədəni konnotasiyaların
semantik kateqoriya kimi müəyyən edilməsi yollarından biri hesab edilir. Müasir cəmiyyətin inkişafı
şəraitində dilin mədəniyyət kontekstində öyrənilməsi dilçiliyin, o cümlədən digər humanitar fənlərin
inkişafının əsas istiqamətlərindən biridir. Müxtəlif milli mədəniyyətlərin nümayəndələri dünyanı eyni
üsullarla dərk etmirlər. İdrak fəaliyyətinin nəticələrindəki fərqlər bunu göstərir. Həmin nəticələr
müxtəlif xalqların dil anayışlarının spesifikasında və dili dərketmə xüsusiyyətlərində öz əksini tapır.
Milli-
mədəni spesifikaya əsasən, mətn və gerçəklik arasında müxtəlif xarakterli əlaqələr – mətndə öz
məzmununu, mənasını dəyişən əlaqələr müəyyən edilir. Dünyanın dil mənzərəsinə xas olan milli-
spesifik xü
susiyyətlər mətnin bütün səviyyələrində əks olunur: fonetik, leksik, morfoloji və sintaktik.
Dünyanın dil mənzərəsinin daha aydın milli-mədəni spesifikası etnokonnotativ açar sözlərdən, milli-
mədəni rəmzlər ifadə edən xüsusi isimlərdən, etnoeydemlərdən (eydem yunan sözüdür, “obraz”
mənasını verir), daxili mədəniyyətin spesifik ünsürlərini ifadə edən sözlərdən və s. ibarət leksik sistem
vasitəsilə göstərilir. Belə ki, xalqın mədəni ənənələri ilə bağlı olan gündəlik-təcrübi, tarixi və mənəvi
təcrübəsi dildə əks olunur.
Xalqın mədəniyyətinin spesifik və unikal olan bütün incəlikləri dildə əks olunur. Keçmiş
dövrlərin izləri hazırda atalar sözü və zərbi-məsəllərdə, frazeologizmlərdə, metaforalarda, mədəniyyət
rəmzlərində və s. mühafizə edilir. Çünki onlar xalqın mədəniyyət və mentaliteti haqqında məlumatların
ən qiymətli mənbəyidir, onlarda, sanki, mif, əfsanə və adətlər saxlanılır. Məşhur rus dilçisi B.A.Larin
yazırdı: “Frazeologizmlər həmişə xalqın düşüncələrini, ictimai quruluşu, öz dövrünün ideologiyasını
dolayısı ilə əks etdirir. Səhər işığı bir damla şehdə əks olunduğu kimi əks olunur” [Bax: 9, s.4]. Eyni
fikri m
əcazlar, simvollar və s. barədə də demək olar.
H
əqiqətən də, hər hansı bir xalqın, millətin ənənələri, mentaliteti, dünyagörüşü, mənəvi-əxlaqi
d
əyərlərinin üzə çıxarılmasında milli-mədəni konnotasiyaya malik frazeoloji və paremioloji vahidlər
ən önəmli mənbələrdən biri hesab edilə bilər.
Dostları ilə paylaş: