Tərcüməçinin məqsədi təhrikedici (imperativ) olduqda
tərcümədə adaptasiyaya daha geniş yer verilir. Bu zaman
tərcüməçi nəinki müəyyən bir davranış tərzi təlqin etməyə çalışır,
həm də bunu aydın və təhrikedici bir şəkildə edir; oxucunun onu
yalnız başa düşməsinə deyil, həm də tərcümənin aydın olmasına
çalışır.
Məlumatın növü, xarakteri və tərcümənin müxtəlif
məqsədlərindən əlavə, oxucunun dərk etmə qabiliyyəti və
maraqları da nəzərə alınmalıdır. Hər hansı bir dildə dərk etmənin
ən azı dörd səviyyəsi var: (1) uşaq səviyyəsi
{məhdud lek- sikonu
və təcrübəsi olduğu üçün), (2) yenicə savad alanların səviyyəsi
{şifahi məlumatı dərk edir, yazılı məlumatı dərk etmək qabiliyyəti
məhduddur), (3) orta səviyyəli yaşlı savadlı adamlar
{nisbətən
asanlıqla həm yazılı, həm də şifahi məlumatı dərk edir), (4)
yüksək dərk etmə səviyyəsi
{bura mütəxəssislər daxildir, öz
sahələrinə dair məlumatı çox asanlıqla dərk edirlər). Şübhəsiz,
uşaqlar üçün nəzərdə tutulmuş tərcümə yaşlılar, yaxud savadlılar
üçün nəzərdə tutulanlarla eyni səviyyədə ola bilməz.
Potensial oxucular təkcə məlumatı dərk etmə səviyyəsinə
görə deyil, maraqlarına görə də seçilirlər. Məsələn, asudə vaxtda
əylənmək xatirinə oxunan tərcümə ilə mürəkkəb bir maşını
yığmaq, quraşdırmağı öyrənmək istəyən adamın bu məqsədlə
oxuduğu bir təlimatın tərcüməsi eyni deyil. Bundan əlavə, bəzən
mütərcim bizdən çox uzaq xalqların miflərini tərcümə edir,
oxuculara bu qəribə xalqlar haqqında məlumat verir. Eyni
mətnlər dilçilər üçün anlaşıqlı şəkildə ayrı cür də tərcümə oluna
bilər. Diliçləri bu tərcümədə maraqlandıran oradakı mədəni
yenilik deyil, bu miflərin dilidir. Deməli, oxucunun marağından
asılı olaraq bu iki tərcümə bir-birindən fərqlənir.
Nəzəriyyəçilərin fikrincə sözün əsl mənasında üst-üstə düşən
ekvivalent yoxdur, tərcümə zamanı mütərcim həmişə ən yaxın, ən
münasib ekvivalenti tapmağa çalışır.
Ümumiy-
225
yotb gölürdükdo, iki əsas ekvivalent növü var:
formal və
dinamik.
Formal ekvivalent diqqəti forma və məzmunun hər ikisi daxil
olmaqla mətndəki məlumat üzərində cəmləşdirir. Belə
tərcümələrdə mütərcim çalışır ki, məxəz və tərcümə mətnlərində
nəzm nəzm üstə, cümlə cümlə üstə, anlayış anlayış üstə düşsün,
hər bir element bu iki mətndə bir-birinə uyğun gəlsin. Formal
yönümdən yanaşdıqda mütərcim hədəf dildəki məlumatın dil
baxımından məxəz mətnin dilinə mümkün qədər yaxın olmasına
cəhd edir. Bu isə o deməkdir ki, hədəf dildə danışan xalqın
mədəniyyətini əks etdirən məlumat, yəni hədəf mətn daim məxəz
dildə danışan xalqın mədəniyyətini əks etdirən mətnlə, yəni
məxəz mətnlə doğruluq, düzlük, dəqiqliyi müəyyən etmək
məqsədilə müqayisə olunur.
Bu cür struktural ekvivalentliyi tam əks etdirən tərcüməni
gloss (formaca cazibədar, yaraşıqlı) tərcümə adlandırmaq olar.
Bu növ tərcümədə məxəz mətndəki forma və məzmun hərfən,
sözbəsöz verilir. Bundan ən çox qədim mətnlərin tədqiqi zamanı
istifadə edilir. Belə tərcümələr struktur cəhətdən bir-birinə yaxın
olan dillərdə daha müvəffəqiyyətli alınır. Ancaq onların tam
anlaşıqlı olması üçün çoxlu şərhlərə ehtiyac duyulur.
Belə tərcümə oxucuya imkan verir ki, məxəz mətndə ifadə
olunmuş adətləri, fikir və ifadə tərzini başa düşsün. Məsələn,
ingilis dilindəki
holy kiss bu növ tərcümədə hərfən
müqəddəs
öpüş kimi tərcümə edilə bilər, amma tərcümə hök- mən şərhlə
müşayiət olunmalıdır. Misal üçün, qədim romalı- larda
öpüşməklə bir-birini salamlamaq adəti var idi.
Bunun tam əksinə olaraq formal yox,
dinamik ekvivalent- lik
üzərində qurulan tərcümə
ekvivalent təsir yaratmaq prinsipinə
əsaslanır. Belə tərcümədə mütərcim məxəz və tərcümə
mətnindəki məlumatı tutuşdurmur, onların arasında bir dinamik
əlaqə yaratmağa səy göstərir. Çalışır ki, tərcümədəki məlumatla
onun reseptoru arasındakı
əlaqə məxəz mətndəki
226
molumatla onun reseptoru arasındakı olaqo lamamilo üst-üstə
düşsün, həm orijinal, həm də tərcümənin eyni cür dərki təmin
olunsun.
Dinamik ekvivalentliyə əsaslanan tərcümənin dili təbii olur.
Mütərcim çalışır ki, məxəz mətndəki ifadə tərzinin hədəf mətndə
təbii səslənməsi naminə bacanğmı əsirgəmir, məxəz mətndəki
məlumatı başa düşmək üçün oxucunu məxəz mətnin kontekstinə
nüfuz etməyə sövq etmir. Söz yox ki, dinamik ekvivalentliyə
əsaslanan tərcümənin özünün də müxtəlif ekvivalentlik dərəcəsi
var. Məsələn, müasir ingilis mü- tərcimlərindən biri
holy kiss
ifadəsini
give one another a hearty handshake all around
(ürəkdən əl sıxmaq, ürəkdən görüşmək) kimi vermişdir.
Tərcümənin iki qütbü
{sırf formal ekvivalentlik və
tam
Dostları ilə paylaş: