4. Kütlə sosial qrup kimi Kütlə maraqların ümumiliyi ilə qapalı fiziki məkanlarda birləşmiş insanların qısamüddətli toplantısıdır.
Kütlənin sosial strukturu çox sadədir. Əksər hallarda kütlədə lider və onlara inanan insanlar toplanır. Aydındır ki,
kütlədə toplanan insanların əxlaqı, davranışı, səviyyələri bir-birindən kəskin şəkildə fərqlənir. Kütlədə səslənən
istənilən fıkir tezliklə iştirakçılar tərəfindən anlaşılır.
Kütlə fərdlərin adi yığımından bir qədər böyükdür. Fiziki cəhətdən məhdud bir məkan insanların kütlədə
şəxsiyyətlərarası əlaqədən qaçmağa çalışdıqları zamanda belə sosial qarşılıqlı hərəkətlə nəticələnir.
Kütlələr xarakterinə və davranışına görə kəskin fərqlənirlər. Bir növ kütlə başqa növ kütləyə asanlıqla
çevrilə bilər. Kütlələr, hər şeydən əvvəl, ümumi xüsusiyyətlərə malikdirlər.
Təlğinetmə. Kütlə daxilində olan adamlar, adətən, kənardakılara nisbətən daha çox təsirə məruz qalırlar.
Onlar böyük yəqinliklə əksəriyyətin fıkrini, hissini və hərəkətini qəbul edirlər.
Anonimlik. Fərd özünün kütlə daxilində tanınmaz və əlçatmaz olduğunu hiss edir. Kütlə həmişə tam şəkildə
hərəkət edir, onun ayrı-ayrı üzvləri fərqlənmirlər və özlərini xüsusi fərd kimi qəbul etmirlər.