Fəaliyyətdə olan kütlə. «Fəaliyyətdə olan» dedikdə, kütlənin hərəkətinin tam kompleksi nəzərdə tutulur.
Bu, hiddətlənmiş yığıncaq və ya ekstremal növlü davranış toplusudur. Adətən hərəkətdə olan kütlənin sosial
proseslərinin tədqiqi zamanı kütlənin bu növü daha çox fərqləndirilir, əhəmiyyətli hesab edilir.
Fəaliyyətdə olan kütlənin çox mühüm forması toplantılardır. Bu toplantılar zorakı hərəkətlərə sövq
olunmuş emosional şəkildə qızışdırılmış kütlədir. Toplantılarda adətən özlərinin aqressiv niyyətlərində
məqsədyönlü olan və kütlə iştirakçılarından ciddi konformizm tələb edən məqsədyönlü
[135 – 136]
liderlər olur.
Toplantıların hərəkəti bilavasitə hansısa müəyyən obyektə istiqamətlənir və qısamüddətli xarakter daşıyır. Bundan
sonra toplantı bir qayda olaraq dağılır. Toplantılara ən çox yayılmış nümunə məhdud istiqamətdə olan «daşqalaq
edilmiş» kütlədir.
Linclənmiş kütləyə daxil olan insanlar adi həyatda heç də qəddar və fəal hərəkətdə olan toplantı iştirakçısını
xatırlatmır.
Fəaliyyətdə olan toplantının digər mühüm forması üsyankar kütlədir. Bu, dağıdıcı və zorakılığın kollektiv
partlayışıdır. Belə kütlə toplantıdan onunla fərqlənir ki, üsyankar kütlənin davranışı nisbətən strukturludur, məqsədi
məhduddur və nisbətən qeyri-sabitdir. Həmin kütlə müxtəlif məqsədli qruplardan ibarət ola bilər. Onların qrupları
müxtəlif olsa da, son məqamda eyni formada olurlar. Belə kütlə növü xaricdən təsadüfi təsirlərə məruz qalır,
onların hərəkəti əksər hallarda gözlənilməz təxribatla yekunlaşır.
Sosioloji tədqiqatların nəticələri göstərir ki, sözügedən tipli kütlə əksər hallarda ictimai qaydaları pozur,
qanunsuz hərəkətlərə yol verir. Yəqin ki, bu, ilk növbədə, onların hərəkətlərinin anonim qalacağına, bununla da
cəzadan kənarlaşa biləcəyinə əminliklə bağlıdır.
Kütlənin yaranma mexanizmi, fəaliyyətdə olan kütlədə insanların destruktiv davranışı həmişə tədqiqatçıları,
sosioloqları maraqlandıran mühüm məsələlərdəndir. Fəaliyyətdə olan kütlənin davranışı ilə bağlı sistemli
nəzəriyyənin ilkin variantını 1895-ci ildə fransız alimi Q. Lebon irəli sürmüşdür. Onun «Kütlə psixologiyası» adlı
əsəri daha əhəmiyyətlidir. Onun fıkrincə, Avropa cəmiyyəti öz inkişafında yeni dövrə - «kütlə erasına» qədəm
qoyur. Bu zaman şəxsiyyətdə təcəssüm olunan zəkayauyğun tənqidi başlanğıc irrasional kütləvi şüur tərəfındən
əzilir. Lebon qeyd edir ki, kütlədə hər bir adamın fikirlərinin gedişi kütlənin ümumi əhval-ruhiyyəsi ilə
istiqamətlənir. İnsan kütlə içərisində nə qədər çox qalırsa, onda reallıq hissi də bir o qədər azalır, kütlənin təsirinə
daha çox məruz qalır.
[136 - 137]
Aydındır ki, «kollektiv cəhd» bütün insanlara eyni dərəcədə təsir etmir. Təsiretmə qabiliyyəti cəmiyyətin
aşağı təbəqələrindən olan və fərdi cəhətdən intellektual səviyyəsi aşağı olan insanlarda daha çox hiss edilir.
Kütlənin tədqiq edilməsi ilə bağlı digər istiqamət Amerika sosioloqu R. Ternerin 1964-cü ildə işləyib
hazırladığı «törəyən» normalar nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, kütlənin davranışı qarşılıqlı fəaliyyət
prosesində kütlədə spesifık normalar kompleksinin yaranması və sürətlə inkişaf etməsindən ibarət olan sosial
prosesdir. O, belə hesab edir ki, fəaliyyətdə olan kütlədə insanların məqsədi əvvəl müxtəlif' olur, bəziləri fəal
iştirakçı, digərləri passiv müşahidəçi kimi çıxış edir, başqaları isə öz fıkirlərini deməklə kifayətlənirlər. Lakin
fərdlərin qarşılıqlı fəaliyyəti zamanı kütlədə sürətlə yeni normalar yaranmağa başlayır. Beləliklə, kütlənin
davranışını idarə etmək üçün bu normaların törənmə mənbəyinə, daşıyıcılarına və onları yaradanlara məqsədyönlü
təsiretmə imkanlarını müəyyən etmək lazımdır.
[137 - 138]