59
İnkişaf prosesini kəmiyyətcə qiymətləndirmək üçün adətən sosial mobilliyin sürəti
və intensivliyi kimi
göstəricilərdən istifadə edirlər. Mobilliyin sürəti dedikdə «şaquli mobilliyin məsafəsi» başa düşülür. Məsələn, ali
məktəbi bitirdikdən və işə başladıqdan 3 il sonra hər hansı bir fərdə ali məktəbdə müəllim vəzifəsinə kimi
yüksəlmək nəsib olur. Onunla bir vaxtda qurtarmış digər tələbə yoldaşı isə ancaq orta məktəbdə direktor müavini
vəzifəsinə kimi yüksəlmişdir. Aydındır ki, bu halda birinci fərdin mobillik sürəti ikincidən böyükdür. Digər
tərəfdən, əgər hər hansı bir fərd yaranmış vəziyyətlə əlaqədar, ya da şəxsi zəifliyi
nəticəsində yüksək sosial
vəziyyətdən cəmiyyətin lap aşağı vəziyyətinə enirsə, onda onun haqqında deyilir ki, sosial mobillik sürəti
böyükdür, lakin bu sürətin istiqaməti aşağı vəziyyətə doğru yönəlmişdir.
[143 - 144]
Mobilliyin intensivliyi dedikdə, müəyyən vaxt ərzində sosial vəziyyətlərini şaquli və ya üfüqi istiqamətdə
dəyişən fərdlərin sayı başa düşülür. Belə fərdlərin sayı hər hansı sosial cəmiyyətdə mobilliyin mütləq
intensivliyini
göstərir, onların digər hissəsi isə mobilliyin nisbi intensivliyini ifadə edir. Məsələn, əgər biz 40 yaşa qədər olan
boşanmış və başqa ailə qurmuş fərdlərin sayını nəzərə alsaq, onda söhbət bu yaş hüduduna olan üfüqi mobilliyin
mütləq intensivliyindən gedəcəkdir. Əgər biz 40 yaşa qədər olan bütün fərdləri bu yaşa qədər boşanaraq təzə ailə
quranlarla
müqayisədə götürsək, onda söhbət sosial mobilliyin üfüqi istiqamətdə nisbi intensivliyindən gedəcəkdir.
Çox zaman mobillik prosesinə sürət və intensivliyin qarşılıqlı əlaqədə olması nöqteyi-nəzərindən baxılması lazım
gəlir. Bu halda həmin sosial birlik üçün ümumi mobillik indeksindən istifadə edilir. Bu yolla, məsələn, iki
cəmiyyətdən hansında müəyyən müddət ərzində mobilliyin göstəricilərinin çox və ya az olduğunu təyin etmək
mümkün olur. Belə indeks peşə, siyasi, iqtisadi sahədə fərdin fəaliyyətindən asılı olaraq hesablanır.
Dostları ilə paylaş: