15
21.1. Az
ərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem
m
əhsullarının təhlükəsizliyi Azərbaycan Respublikasında qida və yem məhsullarının
t
əhlükəsizliyi sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə əsasən həmin tələblərə ekvivalent
hesab edilmiş digər dövlətlərin qanunvericiliyinin tələblərinə uyğun olmalıdır.
21.2. Müvafiq icra hakimiyy
əti orqanının müəyyən etdiyi orqan (qurum) ixracatçı
ölk
ələrdə yayılmış xəstəliklərdən və zərərvericilərdən, habelə onların insan həyatına və
sağlamlığına, heyvan və bitki sağlamlığına yaratdığı təhlükə riskinin səviyyəsindən asılı
olaraq h
əmin ölkələrdən idxal olunmuş qida və yem məhsullarına münasibətdə fərqli tələblər
mü
əyyənləşdirə bilər.
21.3.
Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
t
ərəfindən müəyyən edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük
ərazisinə idxal olunması üçün həmin məhsulları ilkin istehsal və emal edən qida obyektləri
onlara cavabdeh qida biznesi subyektl
ərinin müraciəti əsasında qanunvericilikdə nəzərdə
tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
t
ərəfindən və ya Azərbaycan Republikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
əsasən, ixracatçı ölkənin səlahiyyətli qurumu tərəfindən təsdiq edilmiş və ya qeydiyyata
alınmış olmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq
olunmuş və ya qeydiyyata alınmış qida obyektləri və reyestrdən çıxarışları elektron qaydada
gömrük orqanına təqdim edir.
21.4. S
iyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
t
ərəfindən müəyyən edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük
ərazisinə idxal olunması üçün ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən Azərbaycan
Respublikasının tələbləri nəzərə alınmaqla verən qida və yem məhsullarının təhlükəsizliyini
t
əsdiq edən müvafiq sənədə (sertifikata) malik olmalıdır.
Müvafiq icra hakimiyy
əti orqanının
mü
əyyən etdiyi orqan (qurum) ixracatçı ölkələrin səlahiyyətli orqanları tərəfindən verilən qida
v
ə yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərin (sertifikatların) nümunələrini
elektron qaydada gömrük orqanına verir.
21.5. Az
ərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsulu idxal etmək
ist
əyən idxalatçı və ya onun səlahiyyətli nümayəndəsi həmin məhsullar gömrük ərazisinə
g
ətirilməzdən ən azı 3 iş günü əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) t
ərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının
mü
əyyən etdiyi orqana (quruma) elektron qaydada bildiriş göndərməlidir. Müvafiq icra
hakimiyy
əti orqanının müəyyən etdiyi orqan (qurum) qəbul etdiyi bildiriş əsasında ixracatçı
ölk
ələrdə yayılmış xəstəlikləri və zərərvericiləri və onların insan həyatına və sağlamlığına,
heyvan v
ə bitki sağlamlığına yaratdığı təhlükə riskinin nəzərə almaqla idxalın dayandırılması
v
ə ya məhdudlaşdırılması ilə bağlı qərar qəbul etdikdə bu haqda bildiriş göndərən idxalatçını
v
ə ya onun səlahiyyətli nümayəndəsini, habelə gömrük orqanını bildiriş qəbul etdiyi tarixdən
etibar
ən 1 iş günü ərzində elektron qaydada məlumatlandırmalıdır. Qida və yem
m
əhsullarının gömrük sərhəddindən keçirilməsini təmin etmək məqsədilə müvafiq icra
hakimiyy
əti orqanının müəyyən etdiyi orqan (qurum) idxalını məqbul hesab etdiyi qida və
yem m
əhsulları üzrə bildirişləri elektron qaydada gömrük orqanına elektron qaydada
gönd
ərir.
21.6. Xarici dövl
ətlərin qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarının
Az
ərbaycan Respublikasının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarına,
habel
ə ixracatçı ölkələrin səlahiyyətli orqanları tərəfindən aparılan təsdiq və qeyydiyyatın
müvafiq icra hakimiyy
əti orqanının müəyən etdiyi orqanın (qurumun) aparılan təsdiq və
16
qeydiyyata ekvivalentliliyin qiym
ətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) t
ərəfindən həyata keçirilir.
21.7. Az
ərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının
idxalına dair tələblər və idxalı qaydaları bu Qanunun və Azərbaycan Respublikasının
Gömrük M
əcəlləsinin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının
mü
əyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Dostları ilə paylaş: