Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ


CƏRİK (Naxçıvan) – yun adyal.  CƏRGOV



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə41/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   37   38   39   40   41   42   43   44   ...   245
naxcivan

CƏRİK (Naxçıvan) – yun adyal. 
CƏRGOV (Camaldın) – dörd öküz qoşulan cüt. 
CƏVCƏ//CƏVCİ//CƏHƏNG  (Naxçıvan)  –  ağızın 
k
ənarları. –Hava soyuyan kimi cəvcələri başdıyır çatdamağa.  
CƏVƏRƏ I (Culfa) - metalı yonmaq, təmizləmək üçün 
üz
əri diş-diş olan polad alət, yeyə. -Cəvərəynən bir şeyin zadın 
üsdün hamarrıyarıx. 
CƏVƏRƏ  II (Tivi) –  xırda  səbət.  –Bəğdan  meyvəni 
c
əvərəyə yığıp gətirərıx əvə. 
CƏVİZ (əksər şivələrdə) – qoz. –Bizdərdə heş kim qoz 
dem
əz, cəviz diyərix'. 
Az
ərbaycan dilinin bir çox şivələrində cəviz sözünə rast 
g
əlinir (1, s.74). 
CƏYƏN (Naxçıvan) – bərk. –Ət elə bil cəyən kimindi. 
CƏYƏN  PALAN  (Şahbuz)  –  içərisinə  ot qoyulub 
tikil
ən palan. 
CIBIRIX 
(Şahbuz) – yabanı bitki. –Cıbırıx çöldə olur. 
CIBIRIĞI CIXMAX I (Naxçıvan) – yanmaq. -Qəynər 
su tökülmüşdü cıbırığı çıxmışdı. 
CIBRIĞI  ÇIXMAX  II (Dəstə)  –  qabığı  düşmək.  –
Avqusda zadda ta başdıyəcax cəvizin cıbrığı çıxməğa.  
CIĞARA  (əksər  şivələrdə)  –  nazik  kağıza  bükülmüş 
tütün. –
Kişi cığarası ağzında bir xeylax fikirrəşdi. 
CIĞATAY  (Babək, Nehrəm)  –  qovurmanın  suyu.  –
Qa:
rmalığ eliyəndə çağır gələx' bir yaxcı cığatay yiyəx'. 
55 
 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin