4.2.10. Həyəcanlanma nəzəriyyəsi və onun bəzi tətbiqləri. Stasionar həyəcanlanma nəzəriyyəsi. Stasionar həyəcanlanma
nəzəriyyəsinin tətbiq olunma şərtləri. Həyəcanlanma operatoru.
Şrödinger tənliyinin enerji təsvirində yazılışı. Dalğa funksiyası və
enerjinin kiçik parametrin üstlərinə görə sıraya ayrılışı. Dalğa
funksiyası və enerjinin ifadələrinin sıfırıncı, birinci və ikinci
yaxınlaşmada ifadələri.
4.2.11. Ştark effekti. Ştark effektinin tərifi. Xətti və kvadra-
tik Ştark effektləri. Bircins elektrik sahəsində atomun Hamilton
operatoru. Xarici bircins elektrik sahəsində hidrogenəbənzər
atomların enerjisinə edilən birinci tərtib əlavənin hesablanması.
(Xətti Ştark effekti). Xarici bircins elektrik sahəsində biroptik
elektronlu atomların enerjisinə edilən birinci tərtib əlavənin
hesablanması (kvadratik Ştark effekti).