13. Baku (Bakı) Grammar: The present perfect tense form.
Mətndə Bakının qədim tarixindən, onun tarixi abidələrindən
danışılır. Bakının hazırda sənaye, elm və mədəniyyət mərkəzi olması
haqqında məlumat verilir. Şəhərin ən hündür yerində vətənin müstə-
qilliyi uğrunda canlarından keçmiş şəhidlərə xiyaban salınması qeyd
olunur.
14. Azerbaijan Youth (Azərbaycan gəncliyi) Grammar: The past perfect tense form.
1991-ci ilin 18 oktyabrı Azərbaycanın müstəqil respublikaya
çevrildiyi gündür. Bu ölkədə çoxlu Gənclər təşkilatları fəaliyyət
göstərir. Bu təşkilatlar gənclərin humanizm və vətənpərvər ruhun-
da formalaşmasında mühüm rol oynayırlar. Tələbələr və digər
gənclər cəmiyyətin ictimai-siyasi və iqtisadi həyatında mühüm
amilə çevrilmişlər.