Fənnin «Tədris planı»ndakı yeri. «Çoxatomlu molekulların
kvant mexanikası» fənni «Fizika – 050503» ixtisası üzrə bakalavr
hazırlığının «Tədris planı»nda «İxtisasın peşə hazırlığının seçmə
fənləri» qrupuna (İPFS B05) daxildir.
Fənnin tədris üsulları. Mühazirə, məşğələ, sərbəst işlər və
kollokviumlar.
FƏNNİN MƏZMUNU 1. Atomlar üçün Şrödinger tənliyinin həlli üsulları. Giriş.
Hidrogenəbənzər atomlar üçün Şrödinger tənliyi. Hidrogenəbən-
zər atomların atom orbitalları. Laqer və Lejandr polinomları.
Həqiqi və kompleks sferik funksiyalar, onların xassələri. Çox-
elektronlu atomlar üçün Şrödinger tənliyi. Mərkəzi sahə yaxın-
laşması. Elektronun atomdakı vəziyyətini müəyyən edən kvant
ədədləri, onların fiziki mahiyyəti və aldığı qiymətlər. Atom spin
orbitalları. Atomda elektronun halları. Atomların elektron təbəqə-
ləri, elektron konfiqurasiyaları. Hund qaydası. Qurma prinsipi.
Atom orbitallarının elektron buludu şəklində göstərilməsi. Elek-
153 tron buludunun radial və bucaq paylanması. Polyar diaqramlar
üsulu. Elektronların seçilməzlik prinsipi. Pauli prinsipi. Determi-
nant dalğa funksiyaları. Mübadilə qüvvələri və onların xassələri.